MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə221/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   217   218   219   220   221   222   223   224   ...   256

____________Milli Kitabxana____________

521


yəndələrinin iştirak etdiyi bir vaxtda Ermənistan silahlı qüvvələri belə güclü

hücumlara keçmişlər. Bildiyiniz kimi, aprelin 14-15-də Moskva şəhərində

Müstəqil Dövlətlər Birliyi dövlət başçılarının görüşü keçiriləcək, mühüm

məsələlər müzakirə olunacaqdır. Bu ərəfədə Ermənistan silahlı qüvvələrinin

Azərbaycana qarşı hücumları da yəqin ki, bir məqsəd daşıyır: ola bilər ki, bu

hücumlarla Azərbaycana və onun rəhbərliyinə təsir göstərmək istəyirlər. Ancaq

böyük səhv edirlər. Heç kəs bizə təsir edə bilməz! Biz Azərbaycan

Respublikasının müstəqilliyini qorumuşuq və bundan sonra da qoruyacağıq. Biz

müstəqilliyimizin keşiyində nəyin bahasına olursa-olsun durmuşuq.

Mən eyni zamanda MDB-nin üzvü olan dövlətin rəhbəri kimi, həmin birliyə

daxil olan müstəqil dövlətlərin başçılarına müraciət edirəm. Bir daha bəyan

edirəm ki, Müstəqil Dövlətlər Birliyinin tərkibində olan dövlətlər arasında

müharibənin getməsi qeyri-normal bir haldır. Müstəqil Dövlətlər Birliyində

böyük xüsusi çəkisi olan Rusiya dövlətinə, onun başçılarına müraciət edirəm: Bu

hadisələrə son qoymaq lazımdır. Rusiyanın bu məsələləri sülh yolu ilə həll etmək

imkanları vardır. Zənn edirəm ki, onlar bu imkanlardan istifadə edəcəklər və

etməlidirlər.

Güman edirəm ki, mənim bu müraciətlərim diqqətsiz qalmayacaq, dünya

ictimaiyyəti tərəfindən düzgün qarşılanacaq, qəbul

olunacaqdır. Dünya

ictimaiyyətinə, beynəlxalq təşkilatlara, beynəlxalq normalara güvənərək bu gün

televiziya və radio vasitəsilə öz fikirlərimi onlara çatdırıram.

Eyni zamanda respublikamızın daxili həyatına nəzər salaraq bir daha bütün

Azərbaycan vətəndaşlarına, respublikamızda olan siyasi qüvvələrə müraciət

edirəm. Bəyan etmək istəyirəm ki, respublikamızın bu ağır dövründə, çətin

günündə hamı bir məqsədə qulluq etməlidir. Bu məqsəd Azərbaycan

Respublikasının təhlükəsizliyini təmin etmək, onu ağır müharibə şəraitnidən

çıxarmaq və ölkəmizin ərazi bütövlüyünü təmin etməkdən ibarətdir. Bu yolda

hamı birləşməli, hamı bu yolla getməlidir. Əgər kimlərsə belə ağır şəraitdə

fürsətdən istifadə edib öz mənfur niyyətlərinə çatmaq istəyirsə, qoy bilsinlər ki,

buna nail ola bilməyəcəklər.

Mən Azərbaycan xalqının dəyanətinə, dözümünə, qəhrəmanlığına güvənirəm

və əminəm ki, biz bütün bu sınaqlardan müvəffəqiyyətlə çıxacaq, torpaqlarımızı

müdafiə edəcək və təcavüzkar qüvvələrin hamısına layiqli cavab verəcəyik.

Döyüş bölgələrində olan əsgərlərimizə, zabitlərimizə bir daha müraciət edib

deyirəm: Bilin ki, siz ana Vətəninizi, torpağınızı müdaf

edirsiniz, müqəddəs



amallara xidmət göstərirsiniz. Sizin xidmətiniz xalq, cəmiyyət və dövlət

tərəfindən daim qiymətləndiriləcəkdir.

Bu bəyanatlarımın bir hissəsi başqa dövlətlərə yönəldiyinə görə müraciətimin

məzmununu qısaca rus dilində təkrar etmək istəyirəm, İstəyirəm ki, müraciət

etdiyim dövlət nümayəndələri, Dövlət başçıları mənim fikirlərimi öz dilimdən

eşitsinlər...




____________Milli Kitabxana____________

522


Əziz və hörmətli həmvətənlər! Bu gün həm böyük həyəcanla, həm də böyük

ümidlə sizə müraciət edirəm. Ümidvaram ki, Azərbaycan xalqı bu ağır

sınaqlardan çıxacaq, öz gücünü toplayacaqdır. Azərbaycan Respublikasının

vətəndaşları milli həmrəylik, vətəndaş həmrəyliyi əsasında bütün bu çətinlikləri

dəf edəcəklər. Əminəm ki, respublikamızın müdafiəsində, keşiyində dayanan

Azərbaycan ordusu, qəhrəman əsgərlərimiz verdikləri sözə əməl edəcək,

torpaqlarımızı etibarlı qoruyacaqlar. Sizə bugünkü müraciətim yalnız və yalnız

Azərbaycan xalqını, respublikamızın vətəndaşlarını bir daha ayağa qaldırmaq

məqsədi daşıyır. Başqa məqsəd yoxdur və heç bir narahatlıq üçün də əsas yoxdur.

Mən Azərbaycan vətəndaşlarına güvənirəm və əminəm ki, hamımız birlikdə bu

çətinliklərdən çıxacağıq.

Diqqətinizə görə sağ olun. Hamınıza yaxşı gələcək, xoş günlər diləyirəm.




____________Milli Kitabxana____________

523


MDB DÖVLƏT BAŞÇILARI  ŞURASININ

İCLASINDA ERMƏNİSTAN SİLAHLI

QÜVVƏLƏRİNİN AZƏRBAYCAN ƏRAZİSİNDƏ

GENİŞMİQYASLI HÜÇUMLARI İLƏ ƏLAQƏDAR

BƏYANAT

Fövqəladə vəziyyət məni bu bəyanatla sizə müraciət etməyə vadar edir.

Bu il aprelin 10-dan başlayaraq Ermənistan Respublikasının silahlı qüvvələri

Azərbaycan Respublikasının Goranboy və Tərtər rayonları istiqamətində, aprelin

11-dən isə Ağdərə və Ağdam rayonları istiqamətində yeni genişmiqyaslı hücuma

keçmişlər. Bu günlər Azərbaycan bölmələri Ermənistan Respublikası silahlı

qüvvələrinin sayca üstün olan hissələrinin fasiləsiz hücumlarını dəf edərək, qanlı

müdafiə döyüşləri aparırlar. Ermənistan ərazisindən münaqişə zonasına 3000

nəfərədək canlı qüvvə, onlarca zirehli texnika və ağır top, o cümlədən "Qrad"

qurğuları gətirilmişdir. Azərbaycanın adları

çəkilən rayonlarının yaşayış

məntəqələri bu qurğulardan atəşə tutulur. Həmin kəndlərdə böyük dağıntılar,

mülki əhali arasında çoxlu tələfat var.

Beləliklə, Ermənistan Respublikası Azərbaycan ərazisində öz işğalçılıq

müharibəsini davam etdirərək, Azərbaycan Respublikasının müstəqilliyinə,

suverenliyinə və ərazi bütövlüyünə qəsd edir, Azərbaycan dövlətçiliyini də

təhlükə altına qoyur.

Ermənistan təcavüzü davam etdirərək, problemin sülh yolu ilə aradan

qaldırılması prosesinə mane olur, halbuki Azərbaycan bu proseslə ən fəal surətdə

iştirak edir. Hər dəfə böyük vasitəçilik təşəbbüsləri irəli sürülərkən və ya onların

irəli sürülməsi ərəfəsində növbəti hücuma başlayan təcavüzkar, qanlı münaqişəyə

son qoymaq üçün təəssüf ki, hələlik uğursuz cəhdlər göstərən dünya birliyinə

həyasızcasına meydan oxuyur.

Mən ermənilərin son hücumunu Azərbaycanın yeni ərazilərini işğal etmək

məqsədilə Ermənistan Respublikasının təcavüzünün yeni mərhələsi kimi

qiymətləndirirəm, Ermənistan Respublikası münaqişənin sülh yolu ilə aradan

qaldırılmasına səy göstərməsi barədə dəfələrlə bəyanat verməsinə baxmayaraq,

MDB üzvü olan suveren dövlətin ərazisinin içərilərinə doğru son hücumu ilə

özüçün əsl niyyətlərini - Azərbaycana və onun rəhbərliyinə təzyiq göstərmək və

sülh prosesinə mane olmaq niyyətlərini nümayiş etdirir.

Diqqətinizi belə bir cəhətə xüsusilə cəlb etmək istəyirəm ki, erməni silahlı

qüvvələrinin yeni hücumu bu il aprelin 11-də Praqada ATƏM-in Minsk qrupunun

iclasının açılışından bir gün əvvəl başlanmışdır. Həmin iclasda Azərbaycan və

Ermənistan nümayəndələri də iştirak edirlər.

Azərbaycana qarşı Ermənistan Respublikasının təcavüzünün genişlənməsi

Rusiyanın vasitəçilik təşəbbüsü çərçivəsində gərgin danışıqlar getdiyi dövrdə və

Müstəqil Dövlətlər Birliyi ölkələri başçılarının indiki görüşü zamanı baş verir.



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə