MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə217/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   213   214   215   216   217   218   219   220   ...   256

____________Milli Kitabxana____________

512


rarilik edənlərin çoxu hərbi hissələrə qayıtdı. Bu hal bizdə ümumən böyük razılıq

hissi doğurdu. Lakin son vaxtlar fərarilik yenidən artmışdır. Tələb edirsiniz ki,

cəza tədbirləri gücləndirilsin. Bu, düzgün tələbdir. Bizim özümüzdə də belə

təkliflər var və bunlar həyata keçiriləcəkdir. Ancaq biz bütün imkanlardan, təsir

vasitələrindən istifadə etməliyik ki, fərarilik edən olmasın, gənclər başa düşsünlər

ki, fərarilik artarsa, bəs orduda kim qalmalıdır, torpaqlarımızı kim qorumalıdır?

Necə olur ki, əhalisi bizdən iki dəfə az olan Ermənistan ordu yaratmışdır və o

gəlib bizim torpaqlarımızı işğal etmişdir? Yerevandan, Leninakandan gəlib

Füzuli, Ağdam, Tərtər bölgələrində vuruşur, halak olur, erməni millətçilərinin

iddialarını həyata keçirirlər. Biz isə öz torpağımızı qorumaqda asizlik çəkirik...

Fərarilik olmamalıdır. Rayonun vahid rəhbəri kimi sizin də borcunuzdur ki,

tabeliyinizdəki  hüquq-mühafizə orqanları ilə birlikdə, ictimaiyyətlə, ziyalılarla,

rayonun hörmətli adamları, ağsaqqalları ilə birlikdə respublikanın indiki ağır

vəziyyətində fərariliyin qarşısını alasınız.

Rayonlarda nə qədər qaçqın var. Qaçqınlar Komitəsinin sədri çıxışında bu

barədə dedi: bir rayonda 20 min, o birisində 30 min, digərində 40 min qaçqın

məskunlaşıb. Axı onların arasında gənclər də var. Əgər onlar erməni təcavüzü

nəticəsində qaçıb gəlmişlərsə, orduya gedərək öz torpaqlarını azad etməlidirlər.

Orduya ilk növbədə, işğal olunmuş rayonlardan qaçqın düşmüş gənclər

getməlidirlər. Onlar respublikamızın digər vətəndaşlarına nisbətən bu işdə daha

fəal olmalıdırlar.

Dünən mən hərbi hissələrdə olarkən gördüm ki, orada respublikanın bütün

şəhərlərindən, rayonlarından gələn adamlar xidmət edirlər. Xaçmazdan da,

Astaradan da, Qusardan da, Şəkidən də, eyni zamanda Ağdamdan da, Füzulidən

də, Laçından da, Kəlbəcərdən də xidmət edənlər var. Bu, çox sevindirici haldır.

Ancaq işğal olunmuş rayonlardan olan gənclər bilməlidirlər ki, onlar bütün

işlərini bir kənara qoyaraq, orduya getməli, torpaqlarımızın geri qaytarılması

üçün vuruşmalıdırlar. Belə rayonların, həmçinin qaçqınların müvəqqəti

məskunlaşdığı rayonların icra başçıları bu məsələyə xüsusi diqqət yetirməlidirlər.

Burada verilən izahatların heç biri qəbul edilə bilməz. Yalnız bir cavab ola bilər:

Bu iş təşkil edilməlidir. Başqa yol yoxdur.

Dünən Beyləqanda keçirilən müşavirədə hərbi komissarlar barədə danışdım,

bu gün də təkrar edirəm: onların günahı çoxdur, rüşvətxorluqları barədə çox söz-

söhbət gedir və bu, əsassız deyildir. Bunlara son qoyulmalıdır. Müdafiə

Nazirliyinin rəhbərləri bununla ciddi məşğul olmurlar. Mən onlara bu barədə

dəfələrlə demişəm. Ancaq rayon icra başçıları da hərbi komissarların işinə

nəzarət etməlidirlər. Bundan ötrü isə özünüzün mənəvi hüququ olmalıdır ki,

onlardan tələb edə biləsiniz. Yəni özünüz qayda-qanunu gözləməli, bu işləri

lazımi səviyyədə həll etməlisiniz ki, tabeçiliyinizdəki başqa dövlət

strukturlarından da eyni şeyi tələb edəsiniz. Görüşümüzdən istifadə edərək

bunları sizə



____________Milli Kitabxana____________

513


deməyi vacib bildim və bu tələbləri qarşınızda kəskin şəkildə qoyuram.

Kənd təsərrüfatı sahəsindəki işlər barədə burada məlumat verdilər. Bərdə

rayonunun icra başçısı, başqa şəxslər də çıxış etdilər. Son illərdə kənd

təsərrüfatına münasibət çox pis olmuşdur. Mən Ağcabədiyə getmişdim. Qarabağ

zonasında bizim nə qədər münbit torpaqlarımız var. Başqa yerlərdə də belədir.

Lakin həmin torpaqlar istifadəsiz qalmışdır. Biz isə hansı dövlətdənsə kredit

valyuta alırıq ki, taxıl yaxud başqa ərzaq məhsulları alıb gətirək. Nə vaxtadək

belə yaşayacağıq? Öz imkanlarımızdan istifadə edilmir, onun-bunun ümidinə

qalmışıq. Belə yaramaz. Keçirdiyimiz müşavirələrdə bu məsələləri kəskin şəkildə

qoymuşuq və sizdən tələb edirəm ki, həmin vəzifələri layiqincə yerinə yetirəsiniz.

Bununla da görüşümüzü yekunlaşdıraq. Güman edirəm ki, belə görüşlərə,

müşavirələrə dəvət olunanlar deyilənlərdən özləri üçün nəticə çıxaracaqlar.

Həmin nəticələr əməli işdə öz əksini tapmalıdır. Əminəm ki, siz konkret işinizlə

bizim bu çağırışlarımıza, tələblərimizə cavab verəcəksiniz.




____________Milli Kitabxana____________

514


ERMƏNİSTANIN AZƏRBAYCANA QARŞI

TƏCAVÜZÜNÜN GÜCLƏNMƏSİ İLƏ ƏLAQƏDAR

RESPUBLİKA MİLLİ TELEVİZİYA VƏ RADİOSU

İLƏ XALQA MÜRACİƏT

12 aprel 1994-cü il

Əziz həmvətənlər, bacılar, qardaşlar, Azərbaycan Respublikasının

vətəndaşları! Son günlər Ermənistanın Azərbaycana qarşı təcavüzünün

güclənməsi, erməni silahlı qüvvələrinin Azərbaycan ərazisinə hücumlarının

şiddətlənməsi ilə əlaqədar yaranmış vəziyyət məni bu gün axşam Azərbaycan

televiziya studiyasına gəlməyə məcbur edibdir. Məqsədim yaranmış vəziyyət

haqqında məlumat vermək və bu barədə bəzi fikirlərimi bəyan etməkdən

ibarətdir.

Bildiyiniz kimi, Azərbaycan dövləti, onun rəhbərliyi Ermənistan ilə

Azərbaycan arasında gedən müharibəyə son qoymağa və bunun üçün sülh

danışıqları apararaq müəyyən saziş əldə etməyə çalışır. Bu sahədə biz böyük

dövlətlərin təşəbbüslərini qəbul edir, beynəlxalq təşkilatların imkanlarından daim

istifadə etməyə çalışırıq. Biz Ermənistan Respublikası ilə bilavasitə əlaqədər

yaradıb, danışıqlar aparırıq. Son vaxtlarda Rusiya dövlətinin vasitəçilik

təşəbbüsünü qəbul edib, Rusiya xarici işlər və müdafiə nazirliklərinin vasitəsilə

Ermənistanla Azərbaycan arasında müəyyən saziş əldə olunmasına razılıq

vermişik.

Mən son aylarda gedən proseslərin hamısını sizin yadınıza salıb, onları təhlil

etmək fikrində deyiləm. Ancaq bəzi məqamları qeyd etmək istəyirəm. Məlumdur

ki, hələ keçən il dekabr ayının 24-də Aşqabatda Müstəqil Dövlətlər Birliyinin

toplantısında mən Ermənistan prezidenti Levon Ter-Petrosyanla görüşüb ətraflı

söhbət apardım və Azərbaycanla Ermənistan arasında gedən müharibəyə son

qoyulması haqqında təkliflər irəli sürdüm. Bizim aramızda geniş fikir mübadiləsi

oldu. O vaxt, yəni Müstəqil Dövlətlər Birliyinin toplantısında mən son illər

Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında geniş bəyanat verdim,

müstəqil dövlətlərin başçılarını bu məsələyə müdaxilə etməyə çağırdım və bəyan

etdim ki, Müstəqil Dövlətlər Birliyinə daxil olan dövlətlər arasında müharibə

qeyri-normal bir haldır. Ona görə də hər bir dövlət, onun başçısı bu məsədəyə öz

münasibətini bildirməlidir.

Sonra Rusiyanın Xarici İşlər Nazirliyi bu istiqamətdə fəaliyyətə başladı. Biz

onların nümayəndəsini bir neçə dəfə qəbul etdik, ayrı-ayrı saziş layihələrinə

baxdıq, öz ilk təkliflərimizi verdik və bəzi kompromislərə gedərək saziş əldə

olunmasına çalışdıq. Ancaq bunlar da nəticə vermədi. Nəhayət, fevralın 18-də

Moskvada Azərbaycanın, Ermənistanın və Rusiyanın müdafiə nazirləri

görüşdülər, atəşin dayandırılması barədə, Ermənis-



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə