MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə223/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   219   220   221   222   223   224   225   226   ...   256

____________Milli Kitabxana____________

527


bilməz, xüsusən son günlərdə Ermənistan silahlı qüvvələrinin hücumlarının

qarşısını almaq üçün konkret tədbirlər görməlidir. Həmin təkliflərin əsasında

müzakirə getdi və nəhayət, Müstəqil Dövlətlər Birliyi dövlət başçılarının bəyanatı

qəbul olundu. Bu bəyanat da mətbuatda verilib.

Bəyanatda qeyd olunur ki, Müstəqil Dövlətlər Birliyinin başçıları nəzərə

alırlar ki, Azərbaycan və Ermənistan respublikalarının rəhbərləri atəşin

dayandırılmasını bəyan etdilər. Doğrudan da mən bunu bəyan etdim. Siz bilirsiniz

ki, burada başqa müddəalar da var. Lakin aprelin 15-də Müstəqil Dövlətlər

Birliyinin belə bir bəyanatından sonra, elə həmin gün, bundan sonra yenə ayın

16-da da Ermənistan silahlı qüvvələrinin hissələri Azərbaycan mövqelərini bir

neçə istiqamətdən güclü atəşə tutublar, hücum ediblər. Dünən və bu gecə, elə indi

də çox ciddi və qanlı döyüşlər gedir.

Bunlar onu göstərir ki, bizim bütün sülhsevər təşəbbüslərimiz, addımlarımız

Ermənistan Respublikasının rəhbərləri tərəfindən rədd olunmuş, onlar sözdə

bununla razılaşsalar da, ancaq öz əməllərini əvvəlki kimi davam etdirir, yenə də

zorla, güclə Azərbaycan Respublikasını onlar üçün sərfəli olan sazişə getməyə

məcbur edirlər. Siz yəqin ki, televiziyada gördünüz - mən Müstəqil Dövlətlər

Birliyinin toplantısında da, MDB ölkələri başçılarının qapalı görüşündə də

Ermənistan silahlı qüvvələrinin son hücum əməliyyatları barədə öz fikirlərimi

ciddi şəkildə bildirdim. Orada müəyyən müzakirə də getdi. Mətbuat konfransında

həm mənə, həm də Ermənistan prezidentinə sual veriləndə mən o suala qısa

cavab verdim. Lakin Ermənistan prezidenti belə bəyanat verdi ki, guya

Ermənistan bu müharibədə iştirak etmir və müharibə yalnız Azərbaycanla Dağlıq

Qarabağ arasında gedir. O, eyni zamanda qeyd etdi ki, Ermənistan Rusiyanın

təqdim etdiyi plana elə buradaca, bu stol arxasınla, buraya toplaşanlarla birlikdə

imza atmağa hazırdır. Sual olunur, əgər Ermənistan müharibədə iştirak etmirsə,

müharibə edən tərəf deyilsə, onda Ermənistan hansı hüquqla və nəyə görə belə bir

planı, belə bir sazişi imzalamaq istəyir? Yəni özləri öz əməllərini artıq büruzə

verdilər və ictimaiyyətə göstərdilər.

Bütün bunlar şübhəsiz ki, ictimaiyyət üçün maraqlıdır. Ancaq bizim üçün o

qədər də maraqlı deyil. Bizim üçün maraqlı və əsas odur ki, indiki mövqelərimiz

qorunmalı, respublikanın ərazisi müdafiə olunmalıdır. Təəssüf ki, Ermənistan

silahlı qüvvələrinin hücumları bizə çox ağır başa gəlir. İtkilər var və dünən də bir

neçə yaşayış məntəqəsində qanlı döyüşlər olmuş, onların bəziləri əldən getmiş,

yenə də geri qaytarılmışdır. Vəziyyət bir gün, bir sutka müddətində elə dəyişir ki,

qəti söz demək mümkün deyil. Ancaq bir fakt məlumdur ki, Ermənistan silahlı

qüvvələri həddindən artıq güclü hücuma keçiblər. Etiraf etmək lazımdır ki, bu

hücumlar çox

səriştəli, peşəkar səviyyədə aparılır. Müşahidələr, cəbhə

bölgələrindən bizə verilən məluatlar göstərir ki, bu, yalnız Ermənistan silahlı

qüvvələrinin dərinin apardığı hücumlar deyil. Müşahidələr göstərir ki,



____________Milli Kitabxana____________

528


kənar qüvvələr o hücumların təşkil olunmasında fəal iştirak edirlər. Bunlar da

cəbhədə vəziyyəti həddindən artıq gərginləşdirir.

Eyni zamanda onu da qeyd etməliyəm ki, Azərbaycan Ordusunun hissələri

belə ağır, dəhşətli hücumlara  mən bunu aldığım məlumatlara görə deyirəm - çox

güclü hücumlara layiqli cavablar verirlər. Döyüşçülərimiz Vətən yolunda həlak

olurlar, şəhid olurlar, ancaq torpaqlarımızı müdafiə edirlər. Düzdür, çətinlikləri

də var, bəzi yerlərdə geri çəkilməyə məcbur olublar, amma torpaqlarımızı

ləyaqətlə qoruyurlar. Elə bu gün səhər mənə məlumat verdilər ki, gecə Ağdam

rayonunun Suma kəndinin müdafiəsində qəhrəmancasına vuruşan, vaxtilə Şuşada

döyüşərək Milli Qəhrəman adı almış Fərhad Əsgərov da bu gecə şəhid olmuşdur.

Qəhrəmancasına həlak olan təkcə Fərhad Əsgərov deyil. Onun adını ona görə

çəkirəm ki, o, məşhur adamdır, Milli Qəhrəmandır. Həlak olanlar, şəhid olanlar

çoxdur. Belələri Vətən, torpaq yolunda döyüşür, canlarını qurban verirlər. Bu

təbiidir. Bu, xalqımızın, ordumuzun qəhrəmanlığından, cəsarətindən xəbər verir,

onu göstərir ki, ordumuz, xalqımız bundan sonra da öz gücü, məharəti ilə

Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısını ala bilər.

Xahiş edirəm, bu son döyüşlərdə şəhid olmuş həmvətənlərimizin, Azərbaycan

övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad edək.

Allah rəhmət eləsin!

Bütün şəhidlərin ailələrinə başsağlığı verirəm. Onları və bütün Azərbaycan

xalqını əmin etmək istəyirəm ki, heç kəs unudulmayacaq, qəhrəmanlıq

nümunələri xalqın qəlbində həmişəlik yaşayacaq. Məhz belə qəhrəmanlıq

nümunələri,

şəhidlərin

qoyduqları iz Azərbaycan

xalqını günü-gündən

gücləndirəcək, yüksəldəcək və torpaqlarımızı qorumağa, ərazi bütövlüyümüzü

təmin etməyə əsas yaradacaqdır.

Ancaq bununla yanaşı, böyük təəssüf hissi, ürək ağrısı ilə qeyd etmək

istəyirəm ki, bəzi cəbhə bölgələrimizdə qorxaqlıq göstərənlər, qaçanlar, cəbhəni

qoyub canını qurtaranlar da olubdur. Belə hallar təəssüf ki, davam edir və bu da

müdafiə mövqelərimizi zəiflədir, çox yerdə Ermənistan silahlı qüvvələrinin

hücumlarına cavab verməyimizə maneələr törədir. Şübhəsiz ki, belə qorxaqlara,

fərarilərə, cəbhə bölgəsini qoyub qaçanlara - nə onların özlərinə, nə də

valideynlərinə, qohum-əqrəbalarına heç kəs heç vaxt hörmət etməyəcəkdir. Onlar

həmişə cəmiyyətin nifrətini qazanacaqlar. Güman edirəm ki, mövcud qanunlar

əsasında belə adamlar məsuliyyətə cəlb olunacaq və cəlb olunmalıdırlar.

Mən aprelin 12-də televiziya və radio ilə çıxış edərkən bunu qeyd etmişdim

və bu gün, üstündən bir neçə gün keçdikdən sonra bu mövzuya qayıtmağa

məcburam ki, ordumuzun formalaşmasında, ordu hissələrimizin əsgərlərlə,

zabitlərlə tam təmin olunmasında çox böyük çətinliklərimiz vardır. Bunlar bir

tərəfdən səfərbərliyin zəif getməsi, ikinci tərəfdən isə həm ordu hissələrini,




Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə