MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə243/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   239   240   241   242   243   244   245   246   ...   256

____________Milli Kitabxana____________

573


mövcud iqtisadi strukturları, inzibatiamirlik metodlarını saxlamaq bir nəticə

vermədi.


Buna görə də məsələni aydınlaşdırmaq lazımdır: Nizam-intizamı

möhkəmlətmək, özü də hər yerdə, birinci növbədə isə dövlət orqanlarında

möhkəmlətmək gərəkdir, hər bir dövlət orqanı işçisinin məsuliyyətini artırmaq

lazımdır. Yoxsa ki, indi dövlət orqanında işləyən adam bu orqandan çox, öz şəxsi

məsələləri ilə məşğuldur, özəl bölmə ilə əlaqə yaradır. İndi mən burada soruşdum

ki, o banklar haradan yaradılır. Rəsul Quliyev dedi ki, bəzi dövlət adamları gedib

dövlətnn hesabına belə banklar yaradırlar. Bu, doğrudan da belədir.

Təəssüf ki, son illərdə nəzarətsizlik nəticəsində, dövlət orqanlarında yüksək

vəzifələr tutan şəxslərin bir çoxunun dövlət malından, dövlət vəsaitindən istifadə

edərək özlərinə şəxsi strukturlar yaratmağa can atması nəticəsində bu cür

vəziyyət əmələ gəlmişdir. Lakin biz ayırd etməliyik. Özəl bölməyə inkişaf etmək

üçün imkan vermişik və bundan sonra da imkan verəcəyik. Bunun qarşısını heç

kəs almamalıdır. Mən bunu qəti şəkildə demişəm və bir da deyirəm. Amma bu

adamlar da bilməlidirlər ki, əgər onlar dövlət orqanlarının əməkdaşlarıdırsa, bu

orqanlarda da işləməlidirlər. Yox, əgər kimsə dövlət orqanı hesabına gedib bank

yaradırsa, yaxud dövlətin vəsaiti hesabına özünə firma açırsa, başqa bir şey

yaradırsa, belə hallar yaramaz, biz buna yol verə bilmərik. İndiyədək belə hallar

çox olubdur. Elə iqtisadiyyatımız da buna görə dağılıbdır. Vəzifəli şəxslərin

əksəriyyəti öz vəzifəsnidən pərdə kimi istifadə edərək, onun vasitəsilə cürbəcür

çirkin yollara gedir. Nəticədə isə dövlət qarşısında, xalq qarşısında məsuliyyət

yaddan çıxır və hərə öz cibini doldurmaqla məşğul olur. Şübhəsiz ki, biz belə

adamlarla, belə hallarla mübarizə aparmalıyıq.

Mən burada bir neçə göstəriş verdim və tələb edirəm ki, bu göstərişlər həyata

keçirilsin. Əlbəttə, nizam-intizam da möhkəmləndirilməlidir. Nizam-intizam

bazar iqtisadiyyatında da olmalıdır. Bazar iqtisadiyyatının, sərbəst iqtisadiyyatın

ən böyük üstüilüyü ondan ibarətdir ki, burada, əvvəla, yüksək səviyyəli

mədəniyyət var (mən həqiqi bazar iqtisadiyyatını nəzərdə tuturam), ikincisi isə

nizam-intizam, qanunları var: Qanunsuz olaraq heç kəs heç nə edə bilmir. Əgər

kimsə qanundan kənar bir iş görürsə, dərhal onun biləyindən tuturlar. Buna görə

də mən nizam-intizamın möhkəmlənməsini əsas şərt hesab edirəm.

Amma bu, inzibati-amirlik metodlarının yenidən tətbiq olunması demək

deyildir. Nizami-itizamın möhkəmləndirilməsi eyni zamanda iqtisadi islahatların

həyata keçirilməsi deməkdir. Burada dedilər ki, iqtisadi islahatları nə qədər tez

keçirsək, iqtisadiyyatımızda bir o qədər tez müəyyən sabitlik yarada biləcəyik.

Başqa yol yoxdur. Əgər kimsə fikirləşir ki, yenidən sosializm quruluşu olacaq,

onlar yanılırlar. Bu quruluş bir daha olmayacaqdır. Amma orta bir quruluş da

olmayacaq. Bəli, o vaxtlar bəzi adamlar orta bir şey axtarırdılar, yəni nə o tərəf

olsun, nə də bu tərəf. Amma bu, baş tutmadı.




____________Milli Kitabxana____________

574


Bazar iqtisadiyyatı nədir? Məsələn, indi deyirlər ki, Azərbaycanda firmalar,

assosiasiyalar, banklar, daha nə bilim nələr var. Bəli, var. Amma bunların

əksəriyyəti, təkrar edirəm, əksəriyyəti Azərbaycanın iqtisadiyyatına heç bir xeyir

verməyibdir. Mən bunu tam cəsarətlə deyirəm. Bunların əksəriyyəti ayrı-ayrı

adamların varlanmasına gətirib çıxarmışdır. Əgər onların iqtisadiyyata xeyri

dəysəydi, bu müddətdə yeni-yeni müəssisələr tikilərdi. Bəlkə də bir neçəsi olub.

Amma bazar iqtisadiyyatı yolu ilə son illərdə Azərbaycanda kapital qoyuluşu

olmayıb, olubsa da təəssüf ki, çox az miqdarda olub. Mən banklar haqqında da

dedim. Güman edirəm ki, bu məsələ ilə də məşğul olacaqlar.

Yenə də deyirəm, biz kommersiyanın, kommersiya strukturlarının inkişafına

yol açmışıq, bundan sonra da açacağıq. Ancaq gəlin görək, bundan xalqımız,

əhalimiz, dövlətimiz nə xeyir götürüb. Mən vergi inspeksiyasından soruşdum ki,

birinci rübdə vergi nə qədər olub? Dedi ki, dörd ayda 38 milyard manat. Guya

plan yerinə yetirilib. Əvvəllər plan ödənilmirdi. İndi, şükür olsun ki, dörd aylıq

plan yerinə yetirilib. Amma, gəlin fikirləşək: Əgər biz sərbəst iqtisadiyyata

keçmişiksə, dörd ayda 38 milyard manaq vergi bugünkü tələblərimizə uyğunmu

rəqəmdir? Mən hesab edirəm ki, uyğun deyil. Biz bazar iqtisadiyyatını vergi yolu

ilə tənzimləməliyik. Verginin həm həcmi ilə, həm də hamı tərəfdən ödənilməsi

yolu ilə. Bu barədə geniş danışmaq istəmirəm. Bunların hamısı məlum

məsələlərdir. Ancaq onu demək istəyirəm ki, biz bazar iqtisadiyyatını tətbiq

edərkən özəl bölməsi olan hər bir strukturun dovlətin qanunlarına, prinsinlərinə

müvafiq surətdə fəaliyyət göstərməsinə nəzarət etməliyik. Bu nəzarət təmin

olunmalıdır.

Bir sözlə, bizim yolumuz belədir və biz tutduğumuz bu yolla da getməliyik.

Tələb edirəm ki, islahatlara dair sənədlər tezliklə hazırlanıb təqdim olunsun və

onlara Milli Məclisdə baxılsın. Düzlür, burada çətinliklər olacaq. Ola bilsin ki,

daha ağır maliyyə vəziyyətinə və iqtisadi vəziyyətə düşəcəyik. Lakin biz bu

mərhələni keçməliyik.

Hazırlanmış fərmanın layihəsi barədə burada müxtəlif fikirlər soylədilər. Mən

hesab edirəm ki, fərmandakı müddəaların əksəriyyəti qəbul oluna bilər. Əlbəttə,

bugünkü müzakirə ilə əlaqədar mən onu bir daha nəzərdən keçirəcəyəm. Bəlkə də

mütəxəssislərlə yenidən kiçik bir müzakirə aparacağam. Lakin bəziləri istəyrlər

ki, mən fərmanı bu gün imzalayım. Yox bu gün, şübhəsiz imzalaya bilməyəcəm.

Ancaq hesab edirəm ki, fərman tezliklə imzalanacaq və elan olunacaqdır.

Fərmanda nə kimi dəyişikliklər ediləcəyi barədə düşünürəm. Mən indi bunu açıb

söyləmək istəmirəm.

Qiymətlərin artırılması ilə əlaqədar olaraq bəzi fikirlər söylənildi. Söz yox ki,

mən onları nəzərə alacağam. Lakin qiymətlərin qaldırılması lazımdır, bununla

bağlı əhalinin bəzi təbəqələrinə kompensasiya verilməsi, onların təmin edilməsi

labüdlür. Sonra, Vahid Axundov burada məruzə edərkən dedi ki, cürbəcür

güzəştlər var, hansı bir təbəqəsə ictimai nəqliyyatdan



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   239   240   241   242   243   244   245   246   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə