MüSTƏQİLLİYİMİZ



Yüklə 4,42 Mb.
Pdf görüntüsü
səhifə242/256
tarix21.06.2018
ölçüsü4,42 Mb.
#50298
1   ...   238   239   240   241   242   243   244   245   ...   256

____________Milli Kitabxana____________

571


vəzçilikdə də, çayçılıqda da, üzümçülükdə də, tütünçülükdə də dönüş yaradılmalı

idi. Üstəlik, biz kənd təsərrüfatına dair geniş bir müşavirə keçirdik, mühüm

məsələləri müzakirə etdik. Bundan sonra çiyid səpini ərəfəsində yenə də geniş bir

müşavirə keçirdik, pambığın lazımi səviyyədə əkilib-becərilməsi məsələlərini

müzakirə etdik.

Bütün bunlarla daim məşğul olmaq lazımdır. Bu işlərlə Kənd Təsərrüfatı

Nazirliyi, Nazirlər Kabinetinin kənd təsərrüfatı strukturları ciddi məşğul

olmalıdırlar. Təəssüf ki, Prezident Aparatında kənd təsərrüfatı ilə məşğul olan

struktur yoxdur. Bəlkə buna ehtiyac da yoxdur. Çünki Nazirlər Kabineti Prezident

Aparatının, daha doğrusu, prezident strukturunun bir hissəsidir. Nazirlər Kabineti

prezidentin icra orqanının bir hissəsi olduğuna görə məsələlərin Nazirlər

Kabinetində həll edilməsi nəzərdə tutulur. Bunu izah etməyə ehtiyac yoxdur.

Amma bu gün mən bunu bir daha tələb etməli oluram.

Bizim həm sənaye, həm də kənd təsərrüfatı sahəsində imkanlarımız

böyükdür. Lakin Nazirlər Kabineti bu məsələlərlə layiqincə, hər gün məşğul

olmur. Bunu ona görə tam əsasla deyirəm ki, bildiyiniz kimi, keçmişdə bu

məsələlərə illərlə vaxt sərf etmişəm. O dövrü, o quruluşu indi pisləmək də olar,

tənqid etmək də. Amma o dövrlərdə ciddi tələbkarlıq vardı, hansı sənaye

müəssisəsinin nə iş gördüyü, həftə ərzində nə qədər məhsul buraxdığı, nə qədər

gəlir gətirdiyi, sürətin necə olduğu barədə hesabat verilirdi. Kənd təsərrüfatında

əkinin, səpinin, suvarmanın, becərmənin necə getdiyi, məhsulun necə yığıldığı

barədə məlumat gəlirdi. Lakin indi bu məsələlərlə heç kəs məşğul olmur, işlər

başlıbaşına buraxılmışdır.

Burada kimsə dedi ki, dövlət aparatı çox şişirdilib. Doğrudan da belədir.

Nəhəng bir dövlət aparatı var. Nazirliklərin hər birində o qədər adam var ki,

onların sayı-hesabı yoxdur. Hamısının avtomaşını da, sürücüsü də var, bir sözlə,

hər şeyləri var. Yadımdadır, hələ o vaxtlar, sosializm quruluşu illərində, mənim

dövrümdə, yəni 15 il ərzində dövlət aparatında strukturların və işçilərin ixtisarı,

minik maşınlarının sayının azaldılması, ümumiyyətlə, dövlət aparatının

saxlanmasına ayrılan vəsaitə qənaət olunması haqqında neçə dəfə xüsusi qərarlar

qəbul edilmişdır.

Baxmayaraq ki, o vaxtlar indiki kimi nə aclıq, nə də kasadlıq yox idi, hər şey

çatırdı, camaat korluq çəkmirdi, yaxşı yaşayırdı, amma iqtisadiyyat hər bir işlə

ciddi məşğul olmağı tələb edirdi, İqtisadiyyatda qənaətcilliyin təmin olunması

üçün qərarlar çıxarılırdı. Ancaq indi hər şeyi başlı-başına buraxmışıq. Hansı

nazirlik özünə nə qədər istəyirsə, ştat düzəllir, kiçicik bir müəssisə özünə ştatlar

açır. Halbuki bütün bunlara dövlət büdcəsindən vəsait ayrılır. Hələ onların bir

çoxuna avtomaşın, sürücülər də ayrılır. O vaxtlar, sosializm dövründə isə təkcə

nazirin fərdi maşını və sürücüsü olurdu.

Doğrudur, indi zaman o zaman deyildir, biz o quruluşdan imtina etmişik, yeni

quruluşda yaşayırıq. Amma bu quruluşda da ola bilməz ki, hamının avtomobili

olsun, sürücüsü olsun, hamı qapı-




____________Milli Kitabxana____________

572


sında qulluqçu saxlasın. Bəziləri hətta özlərinə şəxsi mühafizəçilər saxlayırlar.

Mən bilmirəm, bunlar hansı vəsaitə, kimin hesabınadır. Hətta bəziləri yanlarında

silahlı adamlar gəzdirirlər. Bəs bunu hansı pulla, hansı vəsaitlə saxlayırlar? Bunu

bir adam yoxlamır, bununla bir adam məşğul olmur.

İndi biz sərbəstlik vermişik, demokratiya yaratmışıq. Bütün bunlar göz

qabağındadır, lazımi tədbirlərdir və biz onları bundan sonra da həyata

keçirəcəyik. Amma bu o demək deyil ki, kim nə istəyirsə, onu da edə bilər.

Bunların heç birinə yol verilməməlidir, indən sonra da yol verilməyəcəkdir! Bunu

bilmək lazımdır.

Lakin İqtisadiyyatımızı nizamlamaq, maliyyə vəziyyətimizi düzəltmək üçün

həm sənayedə, həm də kənd təsərrüfatında istehsalla, eləcə də bütün sosial

sahələrdə ciddi məşğul olmaq lazımdır. Məsələn, akademik Nadirov çıxış edərək

dedi ki, müalicə ocaqlarına girəndən çıxanadək pul vermək lazımdır. Bu nə

deməkdir? Səhiyyədə heç belə şey olar? İndi yadıma gəlir ki, biz belə hallara

qarşı o vaxtlar - 10 il 15 il bundan qabaq da mübarizə aparırdıq. Çalışırdıq ki, bu

mənfi halların kökü kəsilsin. Hərçənd onda vəziyyət indiki kimi deyildi.

Xatirimdədir, rüşvətxorluq üstündə bir neçə tibb işçisi cəzalandırılmışdı. Amma

indi rüşvətxorluq dəhşətli hal almışdır. Bina dövlətin, aparatlar dövlətin, dava-

dərman dövlətindir, müalicənin xərclərini dövlət çəkir. Amma di gəl ki, camaatı

soyurlar, pul kimlərinsə cibinə gedir. Bunlar yaramaz hallardır. Buna nəzarət

etmək lazımdır. Deməli, Səhiyyə Nazirliyi bu məsələ ilə ciddi məşğul olmalıdır.

Başqa nazirliklər də kənarda qalmamalıdır.

Odur ki, Nazirlər Kabinetinin bütün strukturları bu işlərlə ciddi məşğul

olmalıdır və bizim Prezident Aparatında da müvafiq strukturlar belə məsələlərə

lazımınca nəzarət etməlidirlər.

Bir daha fikrimi bildirmək istəyirəm. Baxmayaraq ki, son illərdə

Azərbaycanın iqtisadiyyatına zərbələr vurulub, iqtisadi potensial xeyli dağıdılıb,

ancaq mövcud istehsal fondlarından, sənaye və kənd təsərrüfatı, məişət xidməti,

ticarət sahəsində və başqa sahələrdəki əsas fondlardan səmərəli istifadə etmək

lazımdır. Axı onların hamısını dövlət xalqın vəsaiti hesabına yaratmışdır. Bu,

əsas yoldur və hesab edirəm ki, biz burada denüş yarada bilsək, iqtisadiyyatı

indiki vəziyyətdən çıxarmaq üçün müəyyən qədər şərait təmin etmiş olarıq.

Eyni zamanda biz nəyin bahasına olursa-olsun iqtisadi islahatları həyata

keçirməliyik. İqtisadi islahatlarımız ləngiyir. Düzdür, burada belə bir fikir

söylədilər ki, biz gərək bu məsələləri əvvəlcə inzibati amirlik yolu ilə həll

edəydik, sonra isə iqtisadi islahatlara keçəydik. Bilirsinizmi, bu proses təxminən

1985-ci ildən gedir: bir tərəfdən, iqtisadiyyata sərbəstlik vermək, islahatlar

aparmaq, ikinci tərəfdən isə inzibatiamirlik prinsiplərini saxlamaq prosesi həmin

ildən başlanmışdır. İndi artıq 1994-cü ildir və bir ildən sonra həmin prosesin on

ili tamam olacaqdır. Lakin o öz nəticəsini vermədi. Yəni bir tərəfdən

iqtisadiyyata sərbəstlik vermək, islahatlar keçirmək və eyni zamanda



Yüklə 4,42 Mb.

Dostları ilə paylaş:
1   ...   238   239   240   241   242   243   244   245   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə