MüSTƏQİLLİYİMİZ



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə25/164
tarix02.10.2017
ölçüsü3,36 Mb.
#2626
1   ...   21   22   23   24   25   26   27   28   ...   164

______________________________________________ 

78

 



sülhyaratma qüvvələrindən ibarət beynəlxalq kontingentin təşkilinə 

əməli kömək etməyə hazırdırmı? 

İon İliyesku: İqtisadi münasibətlərə gəldikdə, bu, söhbətlərimizin mühüm 

mövzularından biridir, Qara Dəniz  İqtisadi  Əməkdaşlığında iştirak edən 

ölkələrin yüksək səviyyədə görüşündə  əsas mövzudur. Bir tərəfdən, biz 

ənənəvi iqtisadi münasibətlərin bərpa edilməsinin mümkün yollarını 

tapmağın zəruriliyini nəzərə çarpdırdıq. Lakin bu dəfə yeni şəraitdə, müstəqil 

Azərbaycanın mövcudluğu şəraitində. Bilavasitə əlaqə ənənələri var. Bu, ən 

əvvəl, neft sənayesi, neft-kimya sənayesi, neft avadanlığı istehsalı kimi 

sahələrinə, bundan başqa digər sənaye sahələrinə, sənaye sektorlarına aiddir. 

Söhbətlərimiz əsasında biz yeni şəraitdə ölkələrimizin iqtisadiyyatlarında 

struktur dəyişikliklərinə bilavasitə başlamağın zəruriliyini nəzərə çarpdırdıq. 

Biz zonalarla, regionlarla bağlı  məsələləri də müzakirə etdik. İndiki halda 

gələcəkdə kooperativləşdirmənin, Xəzər dənizi ilə Qara dəniz arasında 

birbaşa xətlər, Azərbaycandan Rumıniyaya birbaşa xətlər yaradılmasının 

mümkünlüyündən, Rusiya və Ukrayna ərazilərindən keçən marşrutları 

qısaltmaq üçün qaz və neft kəmərləri çəkilməsindən danışdıq. Bütün bunlar 

yüksək səviyyədə görüş çərçivəsində müzakirə edildi. 

O ki qaldı sülhün qorunması üçün kontingent yaradılmasına, belə 

birləşmələrlə qonşu ölkələrdə, habelə keçmiş Sovet İttifaqı məkanında iştirak 

etməmək barədə siyasi qərar qəbul olunmuşdur və bu qərar BMT-nin 

qətnamə və qərarlarına uyğun gəlir. 



S u a l: Heydər  Əliyevə verilir: Cənab prezident, Azərbaycan 

Respublikasının Müstəqil Dövlətlər Birliyinə 

mənsubiyyəti 

respublikanızın müdafiə etdiyiniz müstəqilliyinə  nə  dərəcədə toxuna 

bilər? 

Heydər Əliyev: Müstəqil Dövlətlər Birliyinə mənsubiyyətimiz məhz ona 

əsaslanır ki, Azərbaycan Respublikasının müstəqilliyinə heç bir ziyan 

dəyməsin, Müstəqil Dövlətlər Birliyini Azərbaycan  ən  əvvəl iqtisadi 

inteqrasiya baxımından zəruri hesab edir və bunu əsas tutur ki, keçmişdə 

Sovet  İttifaqı  tərkibində olarkən ölkəmizin iqtisadiyyatı hazırda Müstəqil 

Döylətlər Birliyinə daxil olan digər respublikaların iqtisadiyyatı ilə çox sıx 

şəkildə inteqrasiya edilmişdi. Biz Müstəqil Dövlətlər Birliyində iştirakımıza 

Azərbaycanın məhz tam müstəqilliyi mövqeyindən yanaşırıq. 

  

 

 




______________________________________________ 

79

 



 AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ  

 

İSTİQLALİYYƏT GÜNÜNÜN 219-cu  

 

İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ TƏŞKİL  

 EDİLMİŞ BAYRAM MƏRASİMİNDƏ NİTQ 

 

 Bakı, ABŞ səfirliyi 4 iyul 1995-ci il 



 

Cənab səfir, hörmətli xanımlar və cənablar! 

 

Sizi ABŞ-ın istiqlaliyyət qazanmasının 219-cu ildönümü münasibətilə 



təbrik edirəm, Amerika xalqına səadət, xoşbəxtlik və  əmin-amanlıq 

arzulayıram. Amerika xalqı öz dövlət müstəqilliyini  əldə edəndən sonra iki 

əsrdən artıq müddətdə böyük bir yol keçib və çoxlu nailiyyətlər əldə edibdir. 

Bu dövrdə əzəmətli bir dövlət yaradılmış, demokratik prinsiplərlə yaşayan bir 

cəmiyyət qurulmuşdur. ABŞ-ın iqtisadiyyatı çox sürətlə inkişaf etmişdir. İndi 

bu ölkə dünyanın  ən inkişaf etmiş, qabaqcıl dövlətidir.  Ən böyük nailiyyət 

ondan ibarətdir ki, amerikalılar özlərinə  sərbəst, rifah içərisində yaşamaq 

üçün  şərait yarada bilmişlər və öz daxili imkanlarından, ölkənin 

potensialından hər bir vətəndaşın rifahı naminə istifadə etməyi bacarıblar. 

ABŞ-ın keçdiyi böyük yol Amerikada bərqərar olmuş demokratik dövlət 

və  cəmiyyət, insan hüquqları bütün dünya ölkələri üçün zəngin təcrübə 

mənbəyinə çevrilibdir. ABŞ dünyanın böyük və  əzəmətli dövlətidir. Onun 

beynəlxalq aləmdə tutduğu yer və yeritdiyi siyasət dünyada gedən ictimai-

siyasi proseslərə müsbət təsir göstərir. Bunların hamısı dünyanın hər bir 

yerində, o cümlədən də Azərbaycanda ABŞ-a, onun dövlət quruluşuna, 

demokratik cəmiyyətinə yüksək hörmət və ehtiram hissi oyadır. 

Biz 219 il müddətində Amerika xalqının müstəqillik şəraitində yaşadığını 

görüb sevinirik və  şübhəsiz ki, onu özümüz üçün örnək hesab edirik. Gənc 

müstəqil dövlət kimi Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatlarının 

keçdiyi yoldan və onun bugünkü həyatından, təcrübəsindən istifadə edir və 

bundan sonra da istifadə edəcəkdir. Hesab edirik ki, bunlar respublikamızın 

öz müstəqilliyini möhkəmləndirməsi və daim azad şəraitdə yaşaması üçün 




______________________________________________ 

80

 



 çox faydalı olacaqdır. 

Biz azərbaycanlılar üçün, müstəqil respublikamız üçün ABŞ dost ölkədir. 

Biz bu dostluq əlaqələrini yüksək qiymətləndiririk və dostluq 

münasibətlərimizə daim sadiq qalacağımızı bildiririk. ABŞ dövlətinin, 

xüsusən hörmətli cənab prezident Bill Klintonun Azərbaycanın 

müstəqilliyinə  və ölkəmizin bugünkü həyatına göstərdiyi diqqət bizim üçün 

çox  əhəmiyyətlidir. Cənab Bill Klintonun məktublarında Azərbaycanın 

müstəqilliyinin və  ərazi bütövlüyünün tərəfdarı olduğunu və onu 

dəstəklədiyini bəyan etməsmi mən yüksək qiymətləndirirəm və buna görə 

təşəkkürümü və minnətdarlığımı bildirirəm. 

Biz gənc müstəqil dövlətik. Ancaq müstəqilliyimizin möhkəmlənməsi və 

inkişaf etməsi üçün çox böyük dəstək və köməyə ehtiyacımız var. 

Respublikamızın ərazi bütövlüyü pozulub. Azərbaycan Ermənistan tərəfindən 

hərbi təcavüzə  məruz qalıbdır. Bunun nəticəsində torpaqlarımızın 20 

faizindən çoxu erməni silahlı qüvvələri tərəfindən işğal olunubdur. Bir 

milyondan artıq vətəndaşımız öz evindən, yurdundan qaçqın düşübdür. Belə 

bir zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi 

və bu məsələlərin sülh yolu ilə  həll olunması üçün bizim hər bir ölkədən 

yardıma ehtiyacımız var. Amerika Birləşmiş  Ştatlarının, onun prezidentinin 

bu məsələlərə münasibəti və prinsipial mövqeyi bizdə böyük hüsn rəğbət 

oyadır. 

ABŞ ilə Azərbaycan arasında əməkdaşlığın, dostluq əlaqələrinin inkişafı 

üçün çox böyük imkanlar var. Biz bu imkanlardan səmərəli istifadə etməyə 

çalışırıq. Azərbaycan Respublikasının neft sərvətlərindən müştərək istifadə 

olunması barədə keçən ilin sentyabrında imzalanmış müqavilədə  və  həmin 

layihənin həyata keçirilməsi üçün yaradılmış neft konsorsiumunda ABŞ-ın 

beş neft şirkəti iştirak edir. 

Bu,  əməkdaşlıq yolunda atdığımız ilk addımdır. Ancaq bizim 

imkanlarımız böyükdür. Güman edirəm ki, biz gələcəkdə yeni-yeni addımlar 

atacaq və  əməkdaşlığımızı bütün sahələrdə inkişaf etdirəcəyik. Hər halda 

Azərbaycanda qısa zaman ərzində bir çox Amerika şirkətlərinin 

nümayəndəlikləri vardır. ABŞ  vətəndaşları daim burada olur və 

respublikamıza tez-tez gəlirlər. Bunların hamısı bizim üçün sevindirici 

hallardır. Eyni zamanda qeyd etmək istəyirəm ki, Azərbaycan vətəndaşları da 

ABŞ-a yol aça biliblər. Respublikamızdan orada təhsil alanlar, təcrübəyə 



Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə