MüSTƏQİLLİYİMİZ



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə2/164
tarix02.10.2017
ölçüsü3,36 Mb.
#2626
1   2   3   4   5   6   7   8   9   ...   164

______________________________________________ 

7

 



xətti çəkmək, camaatı saxlamaq lazım idi, amma bizim nə vəsaitimiz var idi

nə də blokadada olduğumuza görə, vəsait tapsaydıq da həmin məqbərəni inşa 

etməyə imkan yox idi. Çünki bütün inşaat idarələrinin hamısı dayanmışdı. 

Düzünü deyim ki, mən buraya gələndən bu planın həyata keçirilməsi fikri 

daim qəlbimdədir. Bu müddətdə  də göstərişlər vermişəm, xahişlər etmişəm 

ki, layihələr hazırlasınlar. Ancaq bir çox ciddi problemlər buna imkan 

verməyib. Nəhayət, hesab edirəm ki, indi bu məsələ ilə ciddi məşğul 

olmalıyıq. Oktyabr ayında Hüseyn Cavidin anadan olmasının ildönümüdür. O 

vaxtadək bu məqbərəni tikib başa çatdırmalıyıq. Yəni 1981-ci ildə  qəbul 

etdiyimiz qərarı heç olmasa 1995-ci ildə həyata keçirməliyik. 

Birincisi, bu məsələyə görə sizi buraya dəvət etmişəm. Mənə dedilər ki, 

burada bir neçə layihə var. Elçin Əfəndiyevə  də, Fatma Abdullazadəyə  də 

tapşırmışdım ki, həmin layihələrə baxsınlar, sonra oturub fikirləşək

məsləhətləşək. Ancaq eyni zamanda, bir halda ki, buraya yığışmışıq, əslində 

qabaqcadan başqa məsələlər də  nəzərdə tuturdum. Biz o vaxtlar Hüseyn 

Cavidin ev-muzeyi haqqında da qərar qəbul etmişdik. Həmin ev-muzeyinin 

təşkili də böyük bir çətinlik yaratdı. 

Mən keçmiş  təcrübədən bilirəm ki, hakimiyyətdə olan şəxslər, orqanlar 

bir məsələni həll etmək istəsələr onu edə bilərlər. Vaxtilə, 1976-cı ildə biz 

böyük  şairimiz Səməd Vurğunun 70 illik yubileyinə hazırlaşanda onun ev-

muzeyini bir neçə ay müddətində təşkil etdik və bu muzey indi də fəaliyyət 

göstərir. Ondan əvvəl, 1975-ci ildə böyük bəstəkarımız Üzeyir Hacıbəyovun 

ev-muzeyini yaratdıq. Sonra Cəfər Cabbarlının 80 illik yubileyi ərəfəsində 

onun həm böyük abidəsini, heykəlini qoyduq, həm də ev-muzeyini yaratdıq. 

Böyük sənətkarımız, müğənnimiz Bülbülün də ev-muzeyini yaratdıq. 

Demirəm ki, bunlar asan işdir. Amma respublika miqyasında bunlar o 

qədər də böyük iş deyil ki, onu etmək mümkün olmasın. Buna sadəcə 

münasibət, istək lazımdır. Məsələn, biz 70-ci illərdə 

Cəlil 

Məmmədquluzadənin ev-muzeyinin yaradılması haqqında da qərar qəbul 



etmişdik. Amma bu o vaxtdan qaldı. Xatirinizdədir ki, həmin ev-muzeyi 

açılanda mən oraya getdim, onun açılışında iştirak etdim. Xatırladım ki, biz 

Cəlil Məmmədquluzadənin yaşamış olduğu evdəki vətəndaşlara, onların 

qohumlarına hələ 1981-1982-ci illərdə başqa yerlərdə mənzillər verdik. Yəni 

Cəlil Məmmədquluzadənin yaşadığı ev  



______________________________________________ 

8

 



o vaxt boşaldılmışdı, ancaq bu muzey yaranmamışdı. Həmin muzeyi biz 

keçən il yaratdıq. O, Azərbaycanın mədəniyyəti, tarixi üçün yeni bir səhifə 

oldu və yeni bir abidədir. Böyük bəstəkarımız, dirijorumuz Niyazi 1983-cü 

ildə  vəfat edib, ancaq onun ev-muzeyini bir il bundan əvvəl yaratdıq. Yəni 

istəyəndə eləmək mümkün olur. Bu, işə münasibətdən asılıdır. 

Hüseyn Cavidin həyatı da çox çətin, faciəli olub. Ancaq biz Hüseyn 

Cavidin tariximizdə, mədəniyyətimizdə,  ədəbiyyatımızda tutduğu yeri 

müəyyən etdik və o vaxt qərar qəbul etdik. Cəmiyyət bildi, ictimaiyyət bunu 

qəbul etdi, alqışladı, bəyəndi. Bundan sonra Hüseyn Cavidin ev-muzeyinin 

yaradılması da problemə dönüb. Mənə dedilər ki, bu muzey üçün iki-üç otaq 

ayırıblar, ancaq bu, ev-muzeyi səviyyəsində deyil. Ev-muzeyi yoxdur. İndi 

bununla razılaşmaq olmaz. Ona görə  mən dedim ki, bu gün lazım olsa bir 

neçə saat vaxt sərf edək, bu məsələlərin hamısını  həll edək. Mən 

akademiyanın,  Əlyazmalar  İnstitutunun rəhbərlərini də buraya dəvət 

etmişəm. Bilirsiniz, elə məsələlər var ki, onları siz özünüz həll edə bilərsiniz. 

Mən belə hesab edirəm. Gəlin açıq danışaq, lazım deyil ki, mən bu işə 

qarışım.  Əgər mənə qalsa, vəzifə borcumla əlaqədar 1981-ci ildə bütün 

qərarlar qəbul olunmuşdu və bu qərarları yerinə yetirmək lazımdır. Hüseyn 

Cavid bizim üçün doğrudan da əzizdir. O, tariximizdə böyük bir şəxsiyyətdir 

və böyük bir irs qoyub. Xalqımız, tariximiz nə  qədər yaşayacaqsa, Hüseyn 

Cavidin irsi də o qədər yaşayacaq və xalqımız ondan istifadə edəcək.  İndi 

onun ev-muzeyini yaratmaq üçün bu onun üstünə, o bunun üstünə atır. İki-üç 

otağın verilməsini həll etmək böyük bir məsələ deyil ki? Ona görə də mən bir 

çox adamları da buraya dəvət etmişəm ki, bütün bunları həll edək. 

1981-ci ildə  qərar qəbul etmişdik ki, Bakıda Hüseyn Cavidin abidəsi 

qoyulsun. Heykəltəraş Ömər Eldarov bu işə başlamışdı  və o vaxt onun 

emalatxanasında eskizlərlə tanış olmuşdum. Heykəlin yeri barədə də müxtəlif 

fikirlər oldu. Nəhayət, heykəlin yeri müəyyən olunub və uzun müddətdən 

sonra abidə  də qoyulub. Ancaq mən Ömər Eldarovla görüşdüm, danışdım. 

Mənə deyilənə görə, həmin abidə kompleksi hələ tamamlanmayıb. Hər halda

bu da şəhərin sərəncamında olan işdir. İndi görürəm ki, bu məsələyə də mən 

qarışmasam həll olunmur. İstəyirəm ki, bu gün həmin məsələni də həll edək. 




______________________________________________ 

9

 



Bax, mən bütün bu məsələləri həll etmək üçün sizi buraya dəvət etmişəm. 

Yəni mənim qəti fikrimdir ki, bu ilin oktyabr ayınadək Naxçıvanda Hüseyn 

Cavidin qəbri üzərində möhtəşəm bir abidə, məqbərə qurulmalıdır. Ona görə 

də biz bu gün burada olan layihələrə baxaq, onların hansı birini seçə biləriksə 

seçək. Mən belə qərara gəlmişəm ki, hökumətin, dövlətin ehtiyat fondundan 

vəsait ayrılsın, lazım olan materiallar qısa müddətdə tapılsın, inşaat işləri 

aparılsın və  məqbərə qurulsun. Mən bu gün buraya heykəltəraşları, 

memarları, rəssamları da dəvət etmişəm ki, bu layihələrə hamımız birlikdə 

baxaq. Ancaq məqbərənin bu ilin oktyabr ayınadək yaranması  təmin 

olunmalıdır. Fikrim qətidir, mən bu barədə  sərəncam verəcəyəm və bunun 

üçün lazım olan vəsaiti dövlətdən ayıracağam. Biz bu gün layihəni 

müəyyənləşdirməliyik və  mən bundan sonra inşaat işlərinə başlamaq üçün 

müəyyən orqanlara lazımi tapşırıqlar verəcəyəm. 

Mən burada hiss etdim ki, ev-muzeyinin təşkilində  də müəyyən çətinlik 

var. Deyilənə görə,  Əlyazmalar  İnstitutundakı  həmin otaqların boşaldılması 

üçün Dövlət  İqtisad  İnstitutunun onun yaxınlığında yerləşən binadakı 

fakültəsi oradan çıxarılmalıdır.  İndi bu barədə  də kim lazımdırsa sözünü 

desin. Ancaq mənim fikrim qətidir ki, layiqli ev-muzeyi yaradılmalıdır. 

Çünki yarımçıq iş yaramaz. Biz ev-muzeyləri yaratmışıq və xalqımızın 

görkəmli nümayəndələrinin ev-muzeylərini bundan sonra da yaradacağıq. Bu, 

yaxşı  ənənədir və onu davam etdirmək lazımdır. Mən yenə  də deyirəm ki, 

Cavidin yaşadığı yerdə ev-muzeyi yaradılmalıdır. Hüseyn Cavidin abidəsinin 

ətrafında da lazımi işlər görülməlidir. Bu barədə Ömər Eldarov məlumat verə 

bilər və biz də müvafiq qərar qəbul edərik ki, o işlər qısa müddətdə görülsün. 

 

* * * 


 

Biz indi bu layihələrə baxacağıq, ancaq mən ümumi fikrimi demək 

istəyirəm. Əslində bu fikir 1981-ci ildə də var idi və həmin vaxtdan məndə 

yaşayır. Nizami Gəncəvinin qəbri üzərində vaxtilə bir məqbərə düzəldilmişdi. 

Dahi şairin 850 illik yubileyi münasibətilə həmin məqbərə yenidən quruldu. 

Mən Gəncəyə gedəndə ona baxdım. O vaxt Gəncədəki alüminium zavodunda 

istehsal prosesi elə idi ki, onun tozu Nizaminin məqbərəsini bərbad hala 

qoyurdu. Xatirimdədir ki, Azərbaycanın görkəmli yazıçıları, mədəniyyət 

xadimləri həmin məqbə- 



Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə