MüSTƏQİLLİYİMİZ



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə3/164
tarix02.10.2017
ölçüsü3,36 Mb.
#2626
1   2   3   4   5   6   7   8   9   ...   164

______________________________________________ 

10

 



rənin yerinin dəyişdirilməsi barədə  mənə bir neçə  dəfə müraciət etmişdilər. 

Mən bu barədə  məktub da almışdım. O məktubu mərhum Rəsul Rza, Qara 

Qarayev,  İmran Qasımov, Süleyman Rüstəm və bir çox başqaları 

imzalamışdılar. Doğrudan da, belə bir narahatçılıq var idi. O vaxt mən özüm 

də bir dəfə  Gəncədə olanda gedib baxdım. Texnologiyanın aşağı  səviyyədə 

olması üzündən alüminium zavodundan çıxan tozlar həqiqətən, o vaxt 

Gəncənin bu ərazisini bütünlüklə bürüyürdü. Hətta oradakı ağaclar, güllər də 

çox pis vəziyyətə düşürdü. 

Bu məsələ bir neçə il müzakirə olundu. Mən 70-ci illəri deyirəm. Ancaq 

mən düşünürdüm ki, əgər bu qəbir buradadırsa, bütün müharibələrə, 

hücumlara, qalibiyyətlərə, məğlubiyyətlərə, dəyişikliklərə baxmayaraq, 800 il 

burada qalıbsa, indi onun yerini dəyişdirmək olmaz. Ona görə də mən o vaxt 

bu fikrə razı olmadım. 

Nizami Gəncəvinin 840 illik yubileyini keçirəndə  həmin məqbərənin 

yenidən qurulması haqqında qərar qəbul etdik. Bundan sonra Gəncə 

alüminium zavodunun istehsal texnologiyasında da bir çox dəyişikliklər 

əmələ gəldi, müəssisədən çıxan tozun qarşısı müəyyən miqdarda alındı. İndi 

o, modernləşib. Mən Gəncədə olanda gedib baxdım, məqbərə yaxşı 

vəziyyətdədir. 

Biz  Şuşada Molla Pənah Vaqifin qəbri üzərində gözəl bir məqbərə 

yaratdıq. Çox cəsarətlə deyirəm ki, bu məqbərə Molla Pənah Vaqifə layiq idi, 

gözəl idi. Biz o vaxt gedib onun açılışını böyük bir təntənə ilə keçirdik. 

Orada respublika ictimaiyyətinin nümayəndələri,  ədəbiyyat, incəsənət, 

mədəniyyət xadimləri iştirak edirdilər. Təəssüf ki, indi Şuşa işğal altındadır. 

Ancaq mən əminəm ki, Şuşa işğaldan azad olunacaq və Molla Pənah Vaqifin 

məqbərəsi də öz xalqımıza qayıdacaq. Umumiyyətlə,  Şuşada olan tarixi 

abidələrimizin hamısı özümüzə qayıdacaq. 

Əgər keçmişi götürsək, Naxçıvanda çox böyük bir tarixi məqbərə vardır - 

dahi memar Əcəmi Naxçıvaninin  əsəri. Q, 800 ildir yaşayır. Bu, Möminə 

Xatun məqbərəsidir. Bilirsiniz ki, onun altı  qəbirdir. Naxçıvanda belə bir 

möhtəşəm məqbərəni bizim əcdadlarımız yaradıblar. Bu, Azərbaycanın 

memarlıq tarixində, sənətində  ən görkəmli yerlərdən birini tutur. Bəs indiki 

nəsillər nə üçün belə abidələr yaratmasın? Ona görə  də Hüseyn Cavidin 

cənazəsi Sibirdən gətiriləndə  mən məhz bu fikrin tərəfdarı oldum ki, onun 

qəbri Naxçıvanda olsun, bir tə- 



______________________________________________ 

11

 



rəfdə Əcəmi Naxçıvaninin yaratdığı Möminə Xatun məqbərəsi, o biri tərəfdə 

isə XX əsrdə bizim nəslin yaratdığı Hüseyn Cavid məqbərəsi olsun. Bax, 

mən o vaxt həmin qərarın qəbul olunmasına bu məqsədlə imza atmışam və o 

fikirlə yaşayıram. Ona görə  də istəyirəm ki, indi bizim üçün çətin olsa da, 

belə bir möhtəşəm məqbərə yaradaq. Bu həm böyük memarlıq abidəsi, həm 

də Hüseyn Cavidin xatirəsinə layiq məqbərə olsun. Hesab edirəm ki, 

hazırlanmış layihələrə  də bu nöqteyi-nəzərdən baxmaq lazımdır.  İndi isə 

həmin layihələrə baxaq. 

 

*  *  * 


 

 Düşünürəm ki, belə etmək lazımdır. İndi mən bunların hamısına baxıram, 

fikrim bir az dağılır. Yəqin siz də elə bu fikirdəsiniz, ona görə  də  qəti bir 

qərar qəbul etmək mümkün deyil. Belə fikirdəyəm ki, bu layihələri yandakı 

salona qoysunlar, iki-üç gün ərzində  hərə  fərdi qaydada gəlib bu layihələrə 

baxsın. Turan xanım özü də bu layihələrə bir daha diqqətlə baxsın. Mən 

özüm də vaxt taparam, heç kəs olmayanda bir saat oturub bu layihələrə bir də 

baxaram. Üç-dörd gündən sonra bir daha yığışarıq və konkret qərar qəbul 

edərik. 

Ancaq mən ümumi fikirləri demək istəyirəm. Həmin fikirlər bundan 

ibarətdir ki, nəhənglikdən uzaq olmaq, oradakı yeri mütləq nəzərə almaq 

lazımdır. Elə olmalıdır ki, məqbərə nə çox böyük, nə də çox kiçik olmasın. 

Əsas fikrim belədir: qəbir məqbərənin içində olsun və orada elə bir şərait 

yaradılsın ki, insan girib orada ziyarət edə bilsin, qəbrin yanında dursun, 

düşünsün. Məqbərənin o tərəfdən, bu tərəfdən açıq olmasının tərəfdarı 

deyiləm. Tarixən yaradılan məqbərələrin də hamısı tamam örtülü olmayıb. 

Məsələn, Möminə Xatun məqbərəsi tam qapalıdır, ancaq haradansa 

yuxarıdan bir balaca işıq düşür. Belə  də olmalıdır. Bayaq Molla Pənah 

Vaqifin məqbərəsini ona görə yada saldım ki, o həm qapalı idi, həm də hər 

yerdən içəri işıq düşürdü. Elə etmək lazımdır ki, bu məqbərənin içində sakit 

bir mühit olsun. 

Məqbərə  gərək çox böyük olmasın. Hüseyn Cavidin əsərlərindən 

obrazların təsviri də  səmimi olsa yaxşıdır. Mən belə fikirdəyəm ki, bu 

məqbərəni xaricdən görəndə  də  gərək fikir cəmlənsin və onun içərisində 

olanda da fikir dağılmasın. Məqbərənin miqyası da buna uyğun olmalıdır. 

Gərək bu layihələrin  müəllifləri  də  ciddi fikirləşsinlər və biz də bir az 

fikirlə- 



______________________________________________ 

12

 



şək. Ancaq yaddan çıxarmaq olmaz ki, bu məsələ üç-dörd günün içərisində 

həll edilməlidir. 

Şübhəsiz ki, biz bu layihələrdə müasirliyi nəzərə almalıyıq. Həm də 

burada Azərbaycanın milli memarlıq  ənənələri nəzərə alınmalı  və orada 

bunun nişanələri olmalıdır. Bu mütləq lazımdır. Bax, bu binanı tikəndə  də 

belə oldu. Binanın layihəsinin müəllifləri, xüsusən Tahir Abdullayev tez-tez 

mənim yanıma gəlirdi. Mən dəfələrlə ona demişdim ki, bu binanın tamamilə 

milli xarici görkəmi olmalıdır.  İndi bu binada gördüyünüz milli elementlər 

barədə biz o vaxt dəfələrlə fikir mübadiləsi aparmışdıq. O zaman mən onu 

məcbur etdim ki, binanın heç olmasa iki mərtəbəsinin pəncərələri milli 

üslubda olsun. Məndən olsaydı, o vaxt bu binanı daha da milli görkəmli 

edərdik. Hər halda hesab edirəm ki, bu bina yaxşıdır, xarici görünüşü 

gözəldir. 

Vaxtilə biz iqamətgah binasını tikərkən (həmin binanın layihəsinin 

müəllifi Rasim Əliyevdir) Mikayıl Hüseynovu bir neçə  dəfə oraya dəvət 

etmişdim. Mən onlara dedim ki, binanın daxilində milli ornamentlər lazımdır. 

Bir dəfə  rəhmətlik Mikayıl Hüseynova dedim ki, (mən arxitektura 

fakültəsində oxuyarkən o mənim müəllimim olmuşdur), vaxtilə sizin 

kitablarda milli ornamentlər var idi. Gətirin baxaq. Sonra Mikayıl Hüseynov 

və Rasim Əliyev gəldilər, mən kitabdakı  həmin ornamentləri onlara 

göstərdim və xahiş etdim ki, bax, bunları divara salın.  İqamətgahın 

divarlarında mərmərin üzərində ornamentlər oymaq çətin idi. Bilirsiniz ki, bu 

ornamentləri gipsdən və başqa materialdan düzəldirlər. Lakin Şirvanşahlar 

sarayı kompleksində ornamentlərin hamısı daşın üzərində yonulub və çox 

gözəldir.  İqamətgahın divarları  mərmərdən olduğu üçün bu, çox çətin idi. 

Lakin onlar bu işi gördülər. İndi iqamətgahın salonlarının divarındakı mərmər 

lövhələrin üzərindəki ornamentlər bax, belə hazırlandı. 

Demək istəyirəm ki, memarlarımızda mühafizəkarlıq var. Bir tərəfdən 

Azərbaycanın milli ornamentlərini təbliğ edirlər, digər tərəfdən isə bunu öz 

işlərində  tətbiq edəndə  nədənsə  çətinlik çəkirlər. Bu baxımdan arzu edirəm 

ki, bu layihələrin hansınısa seçək, birləşdirək, sintez edək, bir də baxaq. 

Amma bu amili də nəzərdə tutaq ki, müasirlik də olsun, ancaq milli memarlıq 

ənənələri də unudulmasın. Həm gözəl, həm də sadə olsun. Gözəllik eyni 

zamanda sadə olanda daha gözəl görünür. 




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə