MüSTƏQİLLİYİMİZ



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə7/164
tarix02.10.2017
ölçüsü3,36 Mb.
#2626
1   2   3   4   5   6   7   8   9   10   ...   164

______________________________________________ 

22

 



 

"15-17 MART HADİSƏLƏRİ VƏ 

 AZƏRBAYCANDA İCTİMAİ-SİYASİ 

 

VƏZİYYƏT" MÖVZUSUNA 

  

OLUNMUŞ ÜMUMXALQ NÜMAYƏNDƏLƏRİ 

 TOPLANTISINDA 

GİRİŞ NİTQİ 

 

 Respublika 



Sarayı  

 

 



23-24 iyun 1995-ci il 

 

 



Əziz həmvətənlər! 

 

Əziz bacılar, qardaşlar! 



 Hörmətli xanımlar, cənablar, xarici ölkələrin Azərbaycandakı 

səfirləri,  

 

 

 



beynəxalq təşkilatların 

respublikamızdakı nümayəndələri! 

Bu gün biz buraya - Respublika Sarayına ümumxalq nümayəndələri 

toplantısına yığışmışıq. Məqsədimiz son illərdə Azərbaycanda gedən ictimai-

siyasi proseslərə, respublikamızın daxili və xarici vəziyyətinə aid olan 

məsələlərə nəzər salmaq, onları təhlil etmək, xalqın fikirlərini nəzərə alaraq 

ölkəmizin bu günü və gələcəyi üçün lazımi tədbirlərin hazırlanması və həyata 

keçirilməsi yollarını müəyyənləşdirməkdən ibarətdir. 

Bu il - 1995-ci il müstəqil Azərbaycan Respublikasının həyatında 

dövlətçilik prosesləri ilə əlaqədar böyük ictimai-siyasi tədbirlər ili olacaqdır. 

Respubukamızda bu proseslər artıq gedir. Müstəqil Azərbaycanda 

demokratik hüquqi dövlət quruculuğu prosesi davam edir. İqtisadi 

islahatların, aqrar islahatlar barədə  qəbul olunmuş qanunların  əməli surətdə 

həyata keçirilməsinə başlanmışdır.  İqtisadiyyatda inkişaf  əldə etmək üçün 

özəlləşdirməyə dair proqram hazırlanıb və bu günlərdə  qəbul olunub Milli 

Məclisin müzakirəsinə veriləcəkdir. 

Respublikamızda ilk dəfə müstəqil Azərbaycanın demokratik 

parlamentini yaratmaq üçün bu il noyabrın 12-də parlament seçkiləri təyin 

olunub. Müstəqil Azərbaycan Respublikası demokratik dövlətinin 

konstitusiyasının hazırlanması prosesi gedir. Nəzərdə tutulur ki, parlament 

seçkiləri günü konstitusiya ümumxalq referendumu yolu ilə qəbul olunsun. 

Şübhəsiz ki, bunlar hamısı respublikamızda daxili ictimai-siyası 

vəziyyətin sabitliyini, bir müstəqil dövlət kimi Azərbayca- 



______________________________________________ 

23

 



nın beynəxalq aləmdə mövqelərinin daha da möhkəmləndirilməsini tələb 

edir. Bu proseslər gedir, dövlət orqanları  tərəfindən lazımi işlər aparılır. 

Ancaq bu işləri daha müvəffəqiyyətlə  həyata keçirmək, daha doğru-düzgün 

yolla getmək üçün və bütün bu tədbirlərin hamısının yerinə yetirilməsində 

xalqın, ictimaiyyətin, respublikamızda cəmiyyətin bütün təbəqələrinin fikrini 

nəzərə almaq üçün ümumxalq nümayəndələrinin belə bir toplantısının 

keçirilməsi zərurəti meydana çıxıbdır. 

Bugünkü ümumxalq nümayəndələri toplantısında, eyni zamanda, gələcək 

üçün dəyərli proqramlar yaratmaqdan ötrü yaxın keçmişimizə  nəzər 

salmalıyıq, onu təhlil etməliyik,  əvvəlki dövrdən indiyədək və bu gün də 

gedən proseslərə doğru-düzgün qiymət verməliyik. Üç il yarımdır ki, 

xalqımız dövlət müstəqilliyini  əldə edib, Azərbaycan Respublikası müstəqil 

dövlətdir. Tarixi nöqteyi-nəzərdən bu, böyük bir zaman deyil. Lakin həmin 

müddətdə respublikanın həyatında o qədər ağır, çətin proseslər gedib ki, bu 

üç il yarım demək olar ki, böyük bir dövrü əhatə edir. Birinci növbədə ona 

görə ki, Azərbaycan xalqı müstəqilliyini bərpa edəndən, tam müstəqilliyini 

qazanandan sonra müstəqil dövlət qurmaq, müstəqil yaşamaq üçün lazımi 

şərait  əldə etməli idi. Ancaq ötən dövr xalqımız üçün o qədər də  əlverişli 

olmayıb. Buna ən çox mane olan səbəb Azərbaycan Respublikasına qarşı 

Ermənistan tərəfindən edilən təcavüz və yeddi ildən bəri gedən müharibədir. 

Xalqımız məhz belə bir şəraitdə, yəni Ermənistanın Azərbaycana hərbi 

təcavüzü artıq mövcud olduğu, torpaqlarımızın bir qisminin əldən getdiyi 

zamanda öz dövlət müstəqilliyini qazanıb. 

Müharibə davam edib, bunun nəticəsində  də Azərbaycan itkilər verib, 

böyük çətinliklərlə rastlaşıb. Aydındır ki, bunlar hamısı müstəqil Azərbaycan 

Respublikasının öz qarşısında qoyduğu vəzifələrin həyata keçirilməsinə çox 

böyük çətinliklər yaradıb. Ermənistanın Azərbaycana təcavüzü daxili 

vəziyyətimizdən asılı olan bir şey deyil. Bu, sadəcə olaraq, təkcə 

Ermənistanın yox, həm də onunla bağlı olan başqa qüvvələrin Azərbaycan 

xalqını azadlıqdan məhrum etmək, respublikamızı parçalamaq, dağıtmaq və 

onun  ərazisinin bir hissəsini  ələ keçirmək üçün hazırlanmış  və davamlı 

surətdə həyata keçirilən bir planıdır. 

Belə  bir şəraitdə, belə bir dövrdə xalqımız, Azərbaycan və- 



______________________________________________ 

24

 



təndaşları bütün qüvvələrini, güclərini bu müharibənin qarşısının alınmasına 

yönəltməli idi və yönəltməlidir, təcavüzün qarşısını birlikdə alıb Azərbaycanı 

qorumalı idi və bu gün də qorumalıdır. Təəssüf ki, ötən illər onu göstərir ki

belə olmayıbdır. Azərbaycan Respublikasının bir müstəqil dövlət kimi 

yaşamasına, inkişaf etməsinə mane olan daxili amillər olub və ola bilər ki, 

bunlar Ermənistanın təcavüzündən də çox çətinliklər yaradıb. Bunların 

nəticəsində ötən üç il yarım müddətində Azərbaycan Respublikası bir 

müstəqil dövlət kimi özünün iqtisadi, elmi, intellektual potensialından lazımi 

səviyyədə istifadə etməkdə və özünə layiq dövlət qurmaqda çox çətinliklərə 

rast gəlib. Biz bu həqiqəti bu gün etiraf etməliyik, deməliyik və bunlara 

düzgün qiymət verərək gələcək planlarımızı, görülən işlərimizi daha da 

etibarlı qurmalıyıq. 

Bu dövrdə, xüsusən son iki ildə ölkəmizdə baş vermiş hadisələr, gedən 

ictimai-siyasi proseslər respublikamızın tarxində mühüm yer tutur. Həmin 

proseslər bir tərəfdən dağıdıcı qüvvələrin respublikaya vurduğu zərərlərdən, 

ikinci tərəfdən də xalqın, ictimaiyyətin, Azərbaycan vətəndaşlarının və 

dövlətin, dövlət orqanlarının bu dövrdə meydana gəlmiş təhlükəli hadisələrin 

qarşısını almasından ibarətdir. 

1993-cü ilin may-iyun aylarında Azərbaycanda dövlət böhranı baş verdi. 

Bu böhran respublikanı  vətəndaş müharibəsinə  gətirib çıxardı. Vətəndaş 

müharibəsi ölkəmiz üçün çox böyük təhlükəli  şərait yaratdı. O, nəinki 

xalqımıza zərərlər, zərbələr vuracaqdı, eyni zamanda, respublikamızın 

parçalanması, dağıdılması prosesi mövcud idi. Bunların qarşısı alındı. Həyata 

keçirilən tədbirlər respublikada əmələ  gəlmiş dövlət böhranını  və 

qarşıdurmanı aradan götürdü, müəyyən sabitlik yarandı. Lakin təəssüf ki, 

belə faciəli vəziyyətə  gəlib çıxmış respublikamızda bu vəziyyəti yaradan 

qüvvələr öz əməllərindən əl çəkmədilər. 

Respublikamızda ictimai-siyasi sabitlik təmin edilərək dövlət quruculuğu, 

ordu quruculuğu prosesi aparıldığı, müstəqilliyimizin möhkəmləndirildiyi, 

ölkəmizin beynəlxalq aləmdə nüfuzunun qaldırılması sahəsində lazımi 

tədbirlər görüldüyü bir vaxtda ayrı-ayrı qüvvələr yenə  də Azərbaycanda 

sabitliyi pozmağa, qarşıdurma yaratmağa və respublikamızı içəridən 

dağıtmağa çalışdılar.  Şübhəsiz ki, onların bu hərəkətlərinin qarşısı alınırdı.  

Ancaq  bu qüvvələr lazımi nəticə çıxarmadılar və öz  




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə