MüSTƏQİLLİYİMİZ



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə4/164
tarix02.10.2017
ölçüsü3,36 Mb.
#2626
1   2   3   4   5   6   7   8   9   ...   164

______________________________________________ 

13

 



Ona görə  də  mən Ramiz Mehdiyevə, Elçin Əfəndiyevə, Fatma 

Abdullazadəyə tapşırıram ki, müzakirələr aparsınlar, bu layihələr qonşu 

salona qoyulsun, gəlib-gedənlər də baxsın. Mən özüm də sakit bir vaxtda 

axşam gəlib baxacağam. Bir sözlə, biz qısa müddətdə layihəni seçməli, 

müəyyənləşdirməli və Naxçıvanda bu məqbərənin inşasına başlamalıyıq. Bu 

məqbərə Hüseyn Cavidin anadan olması günündən də bir xeyli qabaq

sentyabrın axırında hazır olmalıdır. 

Qəbir məqbərənin içində olmalıdır.  İndi Ömər Eldarov burada bir 

heykəltəraşlıq nümunəsi göstərdi. Ona da baxmaq olar, yaxud başqa bir 

nümunə də hazırlamaq olar. Hər halda məqbərənin içində heykəl, yaxud büst 

olsun. Hüseyn Cavidin surəti məqbərənin içində mütləq olmalıdır. Xahiş 

edirəm bunu da nəzərə alasınız. Elə olmasın ki, məqbərənin içində tək qəbir 

daşı olsun. Xatirimdədir, Molla Pənah Vaqifin Şuşadakı  məqbərəsində  də 

Vaqifin büstü var idi... 

Bu barədə fikirlərimizi dedik. Bəs ev-muzeyi barədə nə çətinlik var. Bu 

barədə kim nə deyə bilər? 

 

*  *  * 


 

Şübhəsiz ki, mən sizin bu çıxışlarınızı  və verdiyiniz hədiyyələri 

gözləmirdim. Ancaq fürsətdən istifadə edib deyə bilərəm ki, mənim 

mədəniyyətə münasibətim məlumdur. Bu, sadəcə söz deyil. Mən 

mədəniyyətə öz münasibətimi əməlimlə, işimlə həmişə bildirmişəm. Vaxtilə 

memarlarla da dəfələrlə görüşmüşəm və memarlığa xüsusi hörmətim var. 

Burada işlədiyim dövrdə tikilən binalarda, yaranan şəhərlərdə Azərbaycan 

memarlığının inkişaf etdirilməsinə çalışmışam. Bakının və ayrı-ayrı digər 

şəhərlərimizin tikilməsi, inkişaf etdirilməsi ilə əlaqədar layihələrə memarlarla 

birlikdə baxıb öz mülahizələrimi bildirmişəm. Hətta zavod tikiləndə, 

məsələn, Bakı kondisionerlər zavodu tikiləndə  də  mən onun memarlıq 

cəhətdən gözəl olmasına çalışırdım. Həmin zavodda olanlar da görüblər ki, 

onun xarici görünüşü memarlıq cəhətdən dəyərlidir. Ona görə  mən mütləq 

vaxt tapıb memarlarla görüşəcəyəm. 

 

*  *  * 


 

Vaxt var idi, Hüseyn Cavidi həbs etdilər və onun bütün əsərlərini qadağan 

etdilər. Hüseyn Cavid həbs olunandan, hətta dünyasını dəyişəndən sonra onu 

millətçi, pantürkist, antiso- 




______________________________________________ 

14

 



vet adam adlandırırdılar. Amma Hüseyn Cavidin əsərləri yaşadı. Zaman 

keçdi və biz Hüseyn Cavidin xatirəsinin əbədiləşdirilməsi, onun irsinin təbliğ 

olunması üçün bu gün buraya toplaşmışıq. Güman edirəm ki, Azərbaycan 

üçün də bu ağır günlər keçib gedəcəkdir. Necə ki, repressiya olunmuş 

adamlar, onların ailələri üçün repressiya illəri nə  qədər uzun olsa da keçib 

getdi, o ailələr, o insanlar tamamilə  bəraət qazandılar, hətta tarixi şəxsiyyət 

kimi tanınırlar və təbliğ olunurlar, hörmət və ehtiramla yad edilirlər. 

Güman edirəm, müstəqil Azərbaycanın həyatındakı bu ağır dövr də keçib 

gedəcək və biz şəhərlərimizi, qəsəbələrimizi, hər yeri abadlaşdırıb tikəcəyik. 

Mən vaxt tapıb memarlarla görüşəcəyəm, indi isə sizin vasitənizlə 

Azərbaycanın bütün memarlarına öz hörmət və ehtiramımı, salamlarımı 

çatdırıram. 

Mənə bağışlanan miniatür kitabdan çox razı qaldığımı bildirirəm. 1981-ci 

ildə SSRİ  Rəssamlıq Akademiyasının Azərbaycanda keçirilmiş tarixi 

sessiyası yadıma düşdü. Oradakı  çıxışımı xatırlayıram. Bu çıxış çox geniş 

yayılmışdı. Hətta bundan sonra Moskvaya səfər edərkən SSRİ Memarlar 

İttifaqının sədri məndən çox xahiş etdi və mən orada da çıxış etdim. O zaman 

mən Azərbaycan miniatür rəssamlıq sənətinin çox dəyərli olduğunu və onun 

inkişaf etdirilməsi məsələsini ortaya atdım. Doğrudan da belədir.  Əgər 

keçmişi götürsək, rəngkarlıq Azərbaycanda XX əsrdə yaranıb. Ancaq 

Azərbaycan rəssamlıq məktəbi çox zəngin, böyük bir məktəbdir və o da 

miniatür rəsmlər məktəbi, Sultan Məhəmməd məktəbidir. Sultan 

Məhəmmədin 500 illiyinin qeyd edilməsi haqqında qərar var. Vaxtilə onun 

haqqında Azərbaycanda Kərim Kərimovun monoqrafiyası  nəşr olunub. Ona 

görə  də miniatür məktəbinin Azərbaycanda yenidən inkişaf etməsi məni 

sevindirir. Arzu edirəm ki, bu, daha da inkişaf etsin. 

Gələcəkdə bizim mədəniyyət sahəsində görəcəyimiz işlər çoxdur. 

Fürsətdən istifadə edib xatırlatmaq istəyirəm ki, Füzulinin 500 illik yubileyi 

məraslmlərinin bəziləri keçirilib, amma bəziləri qalır. Gərək ki, Elçin 

Əfəndiyev həmin komissiyanın sədr müavinidir. Ona görə sən də bu barədə 

düşün və proqram ver ki, qalan tədbirləri necə keçirəcəyik. Gərək həmin 

tədbirləri də bu il başa çatdıraq. Digər tədbirlər də keçirəcəyik. Sağ olun. 

 

 



______________________________________________ 

15

 



 

RUSİYA FEDERASİYASININ PREZİDENTİ 

 ZATİ-ALİLƏRİ BORİS NİKOLAYEVİÇ 

 YELTSİN CƏNABLARINA 

  

 Möhtərəm Boris Nikolayeviç! 



   

Rusiya Federasiyasının milli bayramı - Dövlət suverenliyi haqqında 

Bəyannamənin qəbul edilməsi günü münasibətilə Sizi və Sizin simanızda 

bütün rusiyalıları  şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmim-

qəlbdən təbrik edirəm. 

Sizə möhkəm cansağlığı  və xoşbəxtlik, qardaş Rusiya xalqına isə keçid 

dövrünün bütün çətinliklərini tezliklə aradan qaldırmağı, firavanlıq və tərəqqi 

arzulayıram. 

Əminəm ki, Azərbaycan ilə Rusiya arasındakı çoxəsrlik əlaqələr, dostluq 

və  əməkdaşlıq xalqlarımızın mənafeyi naminə, regionda sülh və sabitlik 

naminə bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir. 

 

Hörmətlə, 



HEYDƏR ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

12 iyun 1995-ci il 

  

 

                          



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə