MüSTƏQİLLİYİMİZ



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə8/164
tarix02.10.2017
ölçüsü3,36 Mb.
#2626
1   ...   4   5   6   7   8   9   10   11   ...   164

______________________________________________ 

25

 



dağıdıcı, pozucu, xalqımıza qarşı xəyanətkar hərəkətlərini davam etdirdilər. 

Azərbaycan dövləti bu müddətdə respublikamızın dünya ictimaiyyəti 

arasında, beynəlxalq aləmdə, beynəxalq təşkilatlarda nüfuzunun qaldırılması 

üçün, ölkəmizin dünya birliyində layiqli yer tutması üçün lazımi tədbirlər 

gördü və bunlar öz nəticələrini verdi. Müharibəyə son qoymaq, 

respublikamızın  ərazi bütövlüyünü təmin etmək üçün sülh danışıqlarına 

başlandı. 1994-cü ilin mayında ilk dəfə atəşkəs haqqında etibarlı saziş  əldə 

olundu. 13 aydır ki, biz atəşkəs rejimində yaşayırıq və respublikamızı 

müharibə şəraitindən çıxarmaq, müharibəyə son qoymaq, Azərbaycanın ərazi 

bütövlüyünü, müstəqilliyini, suverenliyini tam təmin etmək üçün lazımi 

tədbirlər görürük. 

Bunlar  əldə etdiyimiz böyük nailiyyətlərdir. Çünki atəşkəsin  əldə 

olunması, hərbi  əməliyyatların dayandırılması ölkəmizin daxilində  nəzərdə 

tutulmuş  tədbirlərin həyata keçirilməsi üçün əlverişli  şərait yaradıb. Eyni 

zamanda bu, Azərbaycan Respublikasının sülhsevər bir dövlət olduğunu 

bütün dünyaya nümayiş etdirib. Şübhəsiz ki, bunlar hamısı uzun müddətli 

etibarlı sülh yaratmaq, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, işğal 

olunmuş torpaqların azad edilməsini təmin etməklə bağlıdır. Ona görə də biz 

həmin dövrdən səmərəli istifadə etməyə  və bu dövrdə respublikamızın 

həyatında zəruri olan tədbirlərin həyata keçirilməsinə çalışmışıq, bir çox işlər 

də görülüb. 

Ancaq tam qətiyyətlə demək olar ki, belə bir şərait ölkəmizin 

müstəqilliyinə, respublika daxilindəki xalqın  əmin-amanlıqda yaşamasına 

zidd olan ayrı-ayrı qüvvələr üçün əlverişli olmayıbdır. Ona görə də onlar həm 

respublikamızda daxili vəziyyəti pozmağa çalışır, həm də atəşkəsin 

pozulmasına cəhdlər göstəriblər. 

Bu müddətdə Azərbaycanın əldə etdiyi böyük nailiyyətlərdən biri" 1994-

cü il sentyabrın 20-də Böyük Neft Müqaviləsinin imzalanmasıdır. Artıq buna 

"Əsrin müqaviləsi" adı veriblər. Ancaq bu müqavilə Azərbaycanın xarici 

düşmənlərini çox narahat edib. Onun əleyhinə  təbliğatlar gedir, 

respublikamıza təzyiq göstərmək istəyən xarici qüvvələr var, bu müqavilənin 

həyata keçirilməsinə mane olanlar var. Təəssüf hissi ilə qeyd etmək lazımdır 

ki, onların hərəkətləri respublikamızın daxilində xalqımıza, ölkəmizə

dövlətimizə düşmən mövqelərlə üst-üstə düşmüşdür. 




______________________________________________ 

26

 



Məhz bundan sonra Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəyən 

qüvvələr hərəkətə  gəldilər və 1994-cü il oktyabrın  əvvəllərində ölkəmizdə 

dövlət çevrilişinə  cəhd oldu. Xalqın gücü, iradəsi, respublikanın bütün 

vətəndaşlarının həmrəyliyi ilə bu cəhdin qarşısı alındı. Respublikamız, onun 

müstəqilliyi, dövlətçiliyimiz böyük bir sınaqdan keçdi. Düşünmək olar ki, bu, 

artıq hamıya ibrət dərsi olmalı, hər kəs özü üçün nəticə  çıxarmalı idi. 

Təəssüflər olsun ki, belə olmadı. Həmin qüvvələr - adını müxalifət qoyan, 

ancaq  əslində qanuni, sivilizasiyalı müxalifət yox, xalqına, dövlətinə zidd 

mövqedə duran qüvvələr bundan sonrakı dövrdə birləşib bu ilin mart ayında 

yenidən dövlət çevrilişinə, Azərbaycanda vətəndaş müharibəsi salmağa, 

ölkəmizi parçalamağa cəhd etdilər. Bunun da qarşısı alındı. Xalqımız öz 

həmrəyliyini, müdrikliyini göstərdi, müstəqil Azərbaycan dövlətinin qüdrəti 

nümayiş etdirildi, bu cəhdlərin qarşısı alındı. 

Ancaq təəssüflər olsun ki, bundan sonrakı dövrdə  həm xaricdə, həm də 

daxildə respublikamıza düşmən olan qüvvələr öz çirkin niyyətlərindən  əl 

çəkməyiblər. Nəzər salın, son iki ildə respublikamızda nələr baş verib. Bir 

tərəfdən 1993-cü ilin iyun ayından Azərbaycanda dövlətçilik ardıcıl, davamlı 

olaraq möhkəmlənib, dövlət strukturları respublikanı idarə etmək qüdrəti 

qazanıb.  İndi müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər 

əsasında fəaliyyət göstərən dövlət qurumları, dövləti var, dövlətçiliyi müdafiə 

etməyə qüdrəti var. Amma eyni zamanda respublikamızda ictimai-siyasi 

sabitliyi pozmaq istəyən qüvvələr də var. 

1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində dövlət çevrilişinə 

cəhd etmiş şəxslərin, adamların bir qismi cəmiyyətdən təcrid olunub, onların 

haqqında istintaq aparılır. Bir qismi qaçıb respublikadan, Azərbaycandan 

kənarda gizlənib. Onların  əsas rəhbərləri isə Moskvaya toplaşıblar, orda 

özlərinə sığınacaq tapıblar. Azərbaycanda sabitliyi pozmaq, dövlətçiliyimizə 

qarşı yeni qəsd etmək üçün tədbirlər görürlər və bu fikirlərlə yaşayırlar. 

Şübhəsiz ki, bunlar hamısı onlar üçün heç bir nəticə verə bilməz. Artıq iki 

il müddətində Azərbaycan xalqı, vətəndaşları  ağı qaradan seçməyə nail 

olublar. Vətəndaşlarımızın tam əksəriyyətində müstəqil dövlətimizi və 

ictimai-siyasi sabitliyi qoruyub saxlamaq əhval-ruhiyyəsi üstünlük təşkil edir. 

Ancaq bunlarla yanaşı, yenə də respublikamıza xəyanət etmək məq- 



______________________________________________ 

27

 



sədi ilə yaşayan qüvvələr var. Onlar təkcə xaricdə deyil, respublikanın 

daxilində də mövcuddur. 

Bunları  nəzərə alaraq bu gün biz açıq-aşkar söhbət aparmalıyıq. Yəni 

yaxın keçmişdə baş verən hadisələri, gedən prosesləri təhlil etməli, onlara 

düzgün, obyektiv qiymət verməliyik. Həmin hadisələrdən çıxan nəticələri bu 

gün təhlil etməliyik və bu il gələcəkdə müstəqil Azərbaycan Respublikasının 

demokratiya yolu ilə inkişaf etməsi üçün lazımi tədbirlərin hazırlanmasına 

aid fikirləri, mülahizələri, təklifləri dinləyib, ümumiləşdirib qarşıdakı dövrdə  

onlardan istifadə etməliyik. 

Bu gün ümumxalq nümayəndələri toplantısına dövlət strukturunun, 

ictimai, elm, mədəniyyət təşkilatlarının, ziyalıların, gənclərin, veteranların, 

siyasi partiyalalrı, mətbuatın, Azərbaycan Ordusunun nümayəndələri, bir 

sözlə, Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin nümayəndələri dəvət 

olunublar -şübhəsiz ki, salonumuzun tutduğu qədər. Əgər salonda bundan da 

çox yer olsaydı, ola bilər, daha çox adam dəvət edilərdi. Ancaq güman 

edirəm ki, bu gün bu salonda toplaşanlar respublikamızın cəmiyyətinin bütün 

təbəqələrini təmsil edirlər. 

Minnətdarlıq hissi ilə qeyd edirəm ki, xarici ölkələrin respublikamızdakı 

səfirləri, beynəxalq təşkilatların nümayəndələri də  dəvətimizi qəbul edib bu 

toplantıya gəliblər. 

1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində Azərbaycan 

Respublikasının dövlətçiliyinin qorunmasında rəşadət göstərmiş ordumuzun 

döyüşçüləri, zabitləri bu salona dəvət olunublar. Həmin hadisələr zamanı 

dövlətçiliyimizin qorunmasında qəhrəmanlıq göstərərək həlak olmuş 

övladlarımızın valideynləri də bu toplantıya dəvət ediliblər, burada bizimlə 

birlikdədirlər. 

1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələri zamanı respublikamızda 

dövlət çevrilişinə göstərilən cəhdlərin qarşısının alınmasında fərqlənən 

Azərbaycan övladlarının hamısı böyük hörmət və ehtirama layiqdir. Böyük 

kədər hissi ilə qeyd edirəm ki, o günlər Azərbaycan xalqına qarşı cinayət 

edənlərin atəşindən, gülləsindən xalqımızın mərd, igid, cəsur övladları həlak 

oldular. Azərbaycan dövlətçiliyinin qorunması yolunda həlak,  şəhid olan 

övladlarımızın xatirəsini bu gün həmin hadisələrlə  əlaqədar keçirilən 

ümumxalq nümayəndələri toplantısında bir dəqiqəlik sükutla yad etməyi rica 

edirəm. 

  

 




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə