MüSTƏQİLLİYİMİZ



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə11/164
tarix02.10.2017
ölçüsü3,36 Mb.
#2626
1   ...   7   8   9   10   11   12   13   14   ...   164

______________________________________________ 

34

 



Vətəndaş müharibəsi baş verdi. Ancaq xalq bizim iradəmizlə ayağa 

qalxdı, Əlikram Hümbətov təcrid olundu, qaçdı, sonra tutuldu. Biz orada da 

qurbanlar verdik, - bilirsiniz belə insanlar hər dəfə xalqımızı böyük tələfatlara 

gətirib çıxartmışdır, Onun da qarşısını aldıq. Amma buna baxmayaraq 

respublikanın daxilində olan bəzi qüvvələr yenidən hakimiyyət iddiasına 

düşdülər. Oktyabr hadisələri baş verdi. 

Oktyabr hadisələri təkcə Surət Hüseynovun işi deyildi. Onun ətrafında 

toplaşmış qruplar - o vaxt Cavadov qardaşları, xaricdən onları dəstəkləyənlər 

hamısı birlikdə dövləti devirmək istədilər. İndi təsəvvür edin, 1992-ci ildə də, 

1993-cü ildə  də hakimiyyətdə olan şəxslər kənarlaşdırıldılar. Nəyə görə? 

Xalqın onlara qarşı üsyanına, xalqın onlara etimadsızlığına görə. Ancaq 

1994-cü ilin oktyabr ayında Surət Hüseynov bu işə bir neçə ay hazırlaşmışdı. 

Burada belə  məlumat verildi ki, o elə Bakıya gələndən buna hazırlaşırdı. 

Ancaq 1994-cü ilin mayından o, artıq gizli silahlı quldur dəstələri hazırlayırdı 

və biz bunu müşahidə edirdik. Bunun qarşısını almaq üçün lazımi tədbirlər 

görürdük. Ancaq bu qədər silahlı quldur dəstələri hakimiyyətə bir şey edə 

bilmədilər. Nəyə görə? Xalq hakimiyyəti, iqtidarı müdafiə etdi və xalqın 

dəstəyinə, iradəsinə görə, xalqla dövlətin birliyinə görə biz oktyabrın 

əvvəlində dövlət çevrilişinin qarşısını ala bildik. 

Bu da dərs olmadı. Cavadov qardaşları bundan da ibrət götürmədilər. 

Bilirsiniz, biz çox təhqirli bir vəziyyətdəyik. Görün, Azərbaycan kimi böyük 

bir dövlətin, tarix boyu böyük insanlar, zəkalar,  şəxsiyyətlər yetişdirmiş 

xalqın içərisindən çıxan bu quldurlar gəlib bu xalqın başına nə  işlər gətirə 

bilirlər! Azərbaycan gör nə  vəziyyətə düşüb. Təəccüb doğuran, çox təəssüf 

doğuran cəhət də ondan ibarətdir ki, bəziləri Cavadov qardaşları kimi quldur 

adamların ətrafına toplaşmışdı. Hətta bəzi ziyalılar, alimlər, yazıçılar, şairlər 

gedib onlara səcdə edirdilər, onlarla hesablaşırdılar: bəli, bunlar gücdür, 

onların  əlində silah, pul var. Bir dəqiqəlik təsəvvür edin ki, əgər belə 

quldurlar gəlib Azərbaycan dövlətini  əllərinə keçirə bilsəydilər, bəs 

Azərbaycanın adlı-sanlı, zəkalı, ağıllı insanları, ziyalıları, mötəbər adamları 

belə quldurların  əlinin altında yaşamalı idilərmi? Bəs onların  ətrafında 

fırlanan adamlar bunu düşünmürdülərmi? Onlar öz şəxsiyyətləri haqqında 

düşünmürdülərmi ki,  Mahir Cavadov, Rövşən Cavadov kimi quldurlar,  



______________________________________________ 

35

 



narkomanlar, canilər, cinayətkarlar  əgər bir mövqe tutarlarsa, Azərbaycan 

tamamilə dağılıb gedə bilər. Bunu düşünmürdülərmi? 

Açıq demək lazımdır ki, mart hadisələri və o ərəfədə olan vəziyyət çox 

təhlükəli idi. Çünki onların  ətrafında bir çox qüvvələr toplaşmışdı. Burada 

çıxış edən daxili işlər naziri, milli təhlkəsizlik naziri, respublikanın baş 

prokuroru bu barədə dedilər. Amma bəziləri çox səthi dedilər, o cümlədən 

baş prokuror. Məlumdur ki, Azərbaycanda mövcud olan bütün siyasi 

qüvvələrin  əksəriyyəti, bir-birinə zidd olan qüvvələr mart hadisələri 

ərəfəsində artıq həmin quldur dəstəsinin  ətrafında toplaşmışdılar - bir 

tərəfdən Azərbaycandan qaçaraq Moskvada oturan cinayətkarlar, digər 

tərəfdən respublikanın daxilində olan və guya siyasi fəaliyyət göstərən 

qüvvələr. Məlumdur ki, həmin çevrilişə hazırlaşan zaman Rövşən Cavadovun 

özü də bəyan etmişdi və bu, televiziya vasitəsilə verilmişdi ki, dövlət şurası 

yaradılmalı  və buraya hamı  dəvət olunmalıdır -Mütəllibov da, Əbülfəz 

Elçibəy də, Vəzirov da və başqaları da. Bu, təsadüfi bəyanatlar deyildi. 

Bəyan edirdilər ki, Heydər Əliyev ya istefa verməlidir, ya da öldürülməlidir. 

Bəziləri demişdilər ki, gülləni onun başına özümüz vuracağıq. Burada 

birlikdə dövlət  şurası yaranacaqdı. Axı onlar dövlət  şurasının yaranmasına 

razılıq vermişdilər. Rövşən Cavadovun yanına, hüzuruna Moskvadan da, 

Kələkidən də emissarlar gəlmişdi. Burada olan ayrı-ayrı guya siyasi 

partiyaların, qüvvələrin nümayəndələri də oraya gəlmişdılər. 

Bəli, bu adamın özü cinayətkar idi, ətrafında da cinayətkar adamları 

toplamışdı. Ancaq ona dəstək, rəvac verən, onu təlimatlandıran adamlar 

həmin bu siyasi qüvvələr idilər. Bu, məlumdur və Azərbaycandan xaricdə də 

məlum idi. Rusiyanın da, Türkiyənin də müvafiq orqanlarından mənə 

məlumatlar gəlmişdi ki, belə bir dövlət çevrilişi hazırlanır. Özümüzün də 

məlumatlarımız var idi. Məsələ təkcə o deyildi ki, guya Rövşən Cavadovun 

quldur dəstəsi burada dövlət çevrilişi etmək istəyir. Bəli, o quldur dəstəsi idi, 

təəssüflər olsun. O quldur dəstəsini yetişdirənlər də vaxtilə  həmin adamlar 

idi. Amma iş orasındadır ki, onların hamısı əlaqədə idi. "Boz Qurd" partiyası 

da, o biri partiyalar da orada idi. Dediyim kimi, həmin o nöqtələrdən də oraya 

emissarlar gəlmişdi,  əlaqələr qurmuşdular, telefon danışıqları da olmuşdu. 

Bəli, plan da  qurulmuşdu  ki,  Heydər Əliyev Kopenhagendən dönərkən  



______________________________________________ 

36

 



hava limanında öldürülməlidir və hər şey bundan sonra başlanmalıdır. 

Sonra mən Türkiyənin bəzi müvafiq orqanlarının nümayəndələri ilə 

görüşərkən mənə dedilər ki, bu məlumatları onlar burada olan 

nümayəndələrinə  də çatdırmışdılar. Mən onsuz da bunu bilirdim. Amma 

onlar da çatdırmışdılar. Təəssüflər olsun ki, buradakı bəzi müvafiq orqanlar 

bu məlumatları mənə verməmişdilər, çünki onlar ikibaşlı siyasət aparırdılar. 

Bu da həqiqətdir. Ancaq mən bunları bilirdim, görürdüm, müşahidə edirdim. 

Bilirdim ki, dövlətimiz böyük təhlükə qarşısındadır. Amma eyni zamanda 

əmin idim, arxayın idim, inanırdım ki, dövlətimizi, hökumətimizi heç kəs 

sarsıda bilməz. 

Ona görə  də  mən bu məlumatları soyuqqanlılıqla qarşılayırdım. Ancaq 

hadisə baş verən zaman, şübhəsiz ki, biz qətiyyətli hərəkət etdik. Burada 

deyildi, - mən nə  qədər addımlar atdım ki, bu silahlı quldur dəstəsi, 

cinayətkar dəstə düz yola gəlsin. Bunları  təkrar etmək istəmirəm, bunlar 

məlumdur. Ancaq bütün bu addımlar nəticə vermədi. Nə üçün? Çünki onlar 

ayrı-ayrı yerlərdən dəstəklər almışdılar. Onlar tam inanırdılar ki, doğrudan da 

zorakılıqla gəlib konstitusiyalı hakimiyyəti devirəcək, hakimiyyəti  ələ 

alacaqlar. Ona görə  də onlar mənim atdığım addımların heç birinə cavab 

vermədilər. Ancaq onlar da, onları dəstəkləyənlər də Azərbaycan dövlətinin 

artıq nəyə qadir olduğunu gördülər və bildilər. Bu gün mən çox böyük təəssüf 

hissi ilə demək istəyirəm ki, son illər respublikamızda belə adamlar meydana 

çıxıblar, qeyri-qanuni hərəkətləri ilə, cinayətkarlıqları ilə var-dövlət yığıblar, 

silah  əldə ediblər və zorakılıq yolu ilə hakimiyyətə  gəlmək, vəzifə almaq 

Azərbaycanda bir adət-ənənəyə çevrilib. 

Bugünkü müzakirəmiz məhz bu nəticəyə  gəlməlidir ki, bundan sonra 

Azərbaycanda silahla, zorakılıqla heç bir iş görmək olmaz, Mən buna tam 

qətiyyətlə zəmanət verirəm. Ancaq bu, tək mənim zəmanətimdən asılı deyil. 

Buna hər bir vətəndaş zəmanət verməlidir. 

Hər bir vətəndaş bilməlidir ki, silahla, zorla hakimiyyətə  gəlmək, 

hakimiyyət, vəzifə əldə etmək olmaz. Surət Hüseynovun, Rəhim Qazıyevin, 

Rövşən Cavadovun, Mahir Cavadovun və başqalarının aqibəti budur. 

Bunlardan ibrət dərsi götürmək lazımdır. 

Bütün bunların mövcud olmasının səbəbi də ondan ibarətdir  ki, son 

illərdə  cəmiyyətimizdə, insanlarda biganəlik ya- 




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə