MüSTƏQİLLİYİMİZ



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə12/164
tarix02.10.2017
ölçüsü3,36 Mb.
#2626
1   ...   8   9   10   11   12   13   14   15   ...   164

______________________________________________ 

37

 



ranıb: "məndən ötsün, mənə  dəyməsin, nə olur-olsun". Belə olmaz. Hər bir 

vətəndaş  Vətənimizin, xalqımızın taleyi ilə yaşamalıdır. Xalqımızın, 

Vətənimizin, respublikamızın taleyi hər bir insanın taleyinə çevrilməlidir. 

Əgər belə olardısa, Cavadovlar kimi adamlar bir belə var-dövlət, silah 

toplayıb, cəbbəxanalar yaradıb bu işləri görə bilməzdilər. 

Xüsusi Təyinatlı Polis Dəstəsinin keçmiş  qərargah rəisi Nizami 

Məmmədov burada çıxış etdi. Onun çıxışı açıq göstərir ki, onların hamısı 

cinayətkar deyildi, hamısı o yola gedən adamlar deyildi. Onların tam 

əksəriyyəti xalqına, Vətəninə  sədaqətlə xidmət etmək istəyən gənclər idi. 

Ancaq onların  əxlaqını pozdular, şüurunu zəhərlədilər. Nə ilə?  İdeologiya 

iləmi? Xeyr. Şəxsi hörmət iləmi? Xeyr. Pulla, var-dövlətlə, silahla. Bəli, 

həmin o cinayətkar dəstələrə  həddindən artıq vəsait verilirdi. Haradan 

verilirdi? Bu dollarlar göydənmi tökülürdü, yerin altındanmı  çıxırdı? Xeyr. 

Bax, həmin bu cinayətkarlar ayrı-ayrı insanları qarət edərək, reketçiliklə 

məşğul olaraq və bəzi pullu adamların yardımından istifadə edərək belə var-

dövlət yığmışdılar. Ona görə də sağa-sola paylayırdılar. Bir sıra adamları da 

bu pulla özlərinə bağlamışdılar. Onlara kömək edənlər, onlarla bərabər 

olanlar, onlara ümid bəsləyən adamlar artıq haqq-hesablarını aparmalıdırlar, 

özləri üçün nəticə çıxarmalıdırlar. 

Burada Bərdədən, Ağdamdan çıxış edənlər danışdılar. Necə olur ki, 

Bəxtiyar Cavadov neçə-neçə "Mersedes"lərin müşayiəti ilə  Ağdama, 

Bərdəyə, ora-bura gedir? Mən vaxtilə  Bəxtiyar Cavadova hörmət etmişəm. 

Oktyabr hadisələrində də ona hörmətlə, ehtiramla müraciət etdim ki, gəlib bu 

məsələlərin həll olunmasında öz səyini göstərsin. Onunla görüşdüm. Mən 

onunla mart hadisələrindən sonra da görüşmüşəm. Onun öz oğluna bu 

işlərdən əl çəkmək barədə məlum məktubu da var. Ancaq mən hesab edirəm 

ki, o öz atalıq borcunu yerinə yetirməyibdir. Heç bir şey ona bəraət qazandıra 

bilməz.  İndi o Cavadovlar ailəsinin zənginliklərinə, var-dövlətinə  və başqa 

şeylərə görə  yığışıb orda-burda danışması, - bunların hamısı  cəmiyyətimizə 

böyük bir ləkədir. 

Mart hadisələrində dövlətçiliyimizi qoruyarkən həlak olmuş milli 

qəhrəmanların valideynləri ilə iki gün bundan əvvəl görüşdüm. Onlar burada 

iştirak edirlər. Şəhid anası Səltənət Səfərova  orada  çıxış  etdi. Çox dəyərli, 

vətənpərvər sözlər dedi. 




______________________________________________ 

38

 



 Dedi ki, oğlum həlak olub, ancaq Azərbaycanın dövlətçiliyi yolunda həlak 

olubdur. Bax, bu qadının, sadə insanın mənəviyyatı belədir. O, Qaradağda, 

Sahil qəsəbəsində yaşayır. O bildirdi ki, əgər mənim yaşadığım yerə  gəlib 

baxsanız, görərsiniz ki, orada it də yaşamaz. Səltənət Səfərova Qaradağ 

rayonu icra hakimiyyəti başçısının ona soyuq münasibətindən danışdı. Mən 

Qaradağ rayonu icra hakimiyyətinin başçısını həmin gün işdən çıxartdım. Nə 

üçün? Çünki biz şəhid ailələrinə, şəhid analarına qayğı, diqqət göstərməliyik. 

Qaradağ rayonunda yüz şəhid yoxdur ki, Səltənət Səfərovanın oğlu üç ay 

bundan əvvəl şəhid olub. Amma icra hakimiyyətinin başçısı bir dəfə də vaxt 

tapmayıb ki, gedib ona başsağlığı versin. Ona görə də mən həmin dəqiqə onu 

işdən azad etdim. Gələcəkdə də belə qəti qərarlar çıxaracağam. Çünki hər bir 

dövlət adamı xalqa, vətəndaşlara xidmət etməlidir. O dövlət vəzifəsini ona 

görə  tutur.  Bu  vəzifə dövlət, xalq, vətəndaşlar üçündür. Dövlət idarələri 

xalqın qayğısına qalmalıdırlar. 

Ancaq mən məsələnin digər tərəfini də demək istəyirəm. Necə olur ki, 

Səltənət Səfərovanın oğlu Azərbaycanın dövlətçiliyini qorumaq uğrunda 

həlak olub, amma o belə  ağır vəziyyətdə yaşayır? Onun yaşamağa mənzili 

yoxdur. Amma Cavadovların var-dövlətlərini qoymağa yerləri yoxdur. Bəs 

Bəxtiyar Cavadov bunu başa düşmürdümü və görmürdümü ki, onun oğlanları 

bir belə var-dövlətə malikdirlər, bir belə silah oynadırlar? Bəs bu haradan 

gəlir, göydənmi düşür? Nə üçün o buna görə ölçü götürmürdü, bunun 

qarşısını almırdı? Bəs nə üçün onların ətrafında fırlanan qohum-əqrəbalarının 

bəziləri böyük-böyük vəzifələr tutublar, amma narazılıq edirlər? Onlar nə 

üçün anlamırdılar ki, bu cinayətlərə son qoymaq lazımdır, bunun axırı 

yoxdur? 

Bu Səltənət Səfərovanın mənəviyyatı, o da Cavadovlar ailəsinin 

mənəviyyatı. Mən Səltənət Səfərova kimi insanları Azərbaycanın həqiqi, 

sədaqətli vətəndaşları hesab edirəm və belə adamların qarşısında baş əyməyə 

hazıram. 

Oktyabr, mart hadisələrinin kökləri böyükdür və  hərə özü üçün nəticə 

çıxarmalıdır. XTPD-nin başçılarının  ətrafında toplaşan dəstələr uduzdular. 

Amma onlar da görək özlərində cürət tapsınlar və  həqiqəti desinlər.  Əgər 

onlar dövlətə qarşı müxalifətdədirlərsə, Vətənə, xalqa, torpağa qarşı 

müxalifətdə ola bilməzlər. Ola bilər ki, onlar dövlət başçısına qarşı 

müxalifətdə  olsunlar. Amma necə oldu ki, bütün bu partiyalar yığış- 



______________________________________________ 

39

 



dılar, bir alyans düzəltdilər ki, gəlin biz vasitəçilik edək? Siz burada nə 

vasitəçilik edəcəksiniz? Gedib onlarla birləşdiyiniz halda vasitəçilik etməyə 

sizin nə haqqınız var?! 

Bilirsiniz ki, biz iki dəfə dövlət çevrilişinin qarşısını aldıq - oktyabrda da, 

martda da. Siyasi partiyaların heç biri bu barədə doğru-düzgün,  ədalətli 

bəyanat vermədi. Hətta əksəriyyəti çalışdı göstərsinlər ki, burada heç bir şey 

yoxdur. Dünən Namiq Abbasov bu barədə söylədi, - bəziləri dedilər ki, guya 

bunlar Milli Təhlükəsizlik Nazirliyi agentlərinin pozuculuq hərəkətləridir. Bu 

qədər də  ədalətsizlik olarmı? Bəs nə üçün 1993-cü ilin iyun hadisələrini 

dövlət çevrilişi hesab edirdiniz və bu barədə indiyədək də yazırsınız?  Əgər 

siz  ədalət tərəfdarısınızsa, bəs nə üçün sizin hakimiyyətinizi devirən həmin 

Surət Hüseynov ikinci dəfə dövlət çevrilişi edərkən, onun qarşısı alınarkən 

səsinizi qaldırmadınız? Niyə öz fikrinizi demədiniz? Həmin Surət Hüseynov 

idi ki, gəlib sizi boğurdu. Həmin Surət Hüseynovdur ki, onun qorxusundan 

Əbülfəz Elçibəy buradan Kələkiyə qaçdı. Həmin Surət Hüseynovdur ki, onun 

qorxusundan Pənah Hüseynov, İsa Qəmbərov istefa verdilər. Həmin Sürət 

Hüseynovdur.  İndi bu Surət Hüseynov öz cinayətkar hərəkətlərini davam 

etdirdiyi, dövləti devirmək istədiyi halda onun qarşısı alınıb, amma siz niyə 

susursunuz? Yəqin ki, siz də bunu istəyirdiniz. Surət Hüseynov sizin üçün nə 

qədər pis olsa da, əgər o indi Əliyev hakimiyyətinin əleyhinə çıxırsa, demək, 

siz bunun tərəfdarısınız. Əgər Rövşən Cavadov öz quldur dəstəsi ilə Heydər 

Əliyevi - Prezidenti öldürüb hakimiyyəti ələ almaq istəyirsə, siz buna tərəfdar 

çıxırsınız. Bilirsiniz, bu, sadəcə siyasət deyil. Bu, terrorçuluq siyasətidir. 

Son illər Azərbaycanda baş vermiş  ən dəhşətli iki amil var: birincisi, 

zorla, silahla vəzifə  əldə etmək, hakımiyyətə  gəlmək, zorakılıq yolu ilə 

hərəkət etmək; ikincisi, terror yolu ilə öz məqsədlərinə nail olmaq. Bax, 

həmin qüvvələr bu amillərin ikisinin də  əsasını  təşkil edirlər.  Əgər Xalq 

Cəbhəsi vaxtilə silahlı  dəstələr yaratmasaydı, bu cinayətlərin bir çoxu da 

olmazdı. Xalq Cəbhəsi hakimiyyətə gəldi, ölkənin dövlət strukturları - polisi, 

ordusu, daxili qoşunları var idi. Amma eyni zamanda Xalq Cəbhəsinin silahlı 

dəstələri yaşamağa başladı, indiyədək də yaşayır. Bunu görən Mütəllibov da 

özünə "Qardaşlıq" adlı bir silahlı dəstə yaratdı. Azərbaycanı bəlalı vəziyyətə 

salan bunlardır. Demək, bunlar qardaş qanı tökülməsinə, qardaş qır- 

 



Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə