MüSTƏQİLLİYİMİZ



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə15/164
tarix02.10.2017
ölçüsü3,36 Mb.
#2626
1   ...   11   12   13   14   15   16   17   18   ...   164

______________________________________________ 

47

 



timai-siyasi vəziyyətinə çox böyük ziyan vurmuşdur. Belə  şəraitdə 

Azərbaycan da konstitusiyaya zidd hallar baş vermişdir. Bu hallar 

respublikanın sosial-iqtisadi inkişafı üçün və  təbii olaraq, respublikanın 

böhran vəziyyətindən çıxması üçün çətinliklər və əngəllər yaratmışdır, Mən 

razılıq hissilə deyə bilərəm ki, son iki ildə konstitusiyaya zidd, qanunlara 

zidd olan bu hallar aradan qaldırılmışdır və indi respublikamızda ictimai-

siyasi vəziyyət sabitləşmiş, sosial-iqtisadi inkişafla bağlı bir çox məsələləri 

həll etmək, Ermənistan ilə Azərbaycan arasında münaqişənin dincliklə aradan 

qaldırılmasına nail olmaq imkanı yaranmışdır. 

Ötən ilin may ayında biz Ermənistan ilə Azərbaycan arasında sazişə nail 

ola bildik, 13 aydır ki, atəşkəs rejiminə  əməl edilir. Mən bu gün bir daha 

bildirirəm ki, regionumuzda tam sülhə və sabitliyə, respublikamızı əhatə edən 

bütün ölkələrlə mehriban qonşuluğa nail olmaq üçün atəşkəs rejimini bundan 

sonra da gözləyəcəyik. Biz ATƏT-in, onun Minsk qrupunun fəaliyyətinə 

böyük  əhəmiyyət verir və ATƏT-in fəaliyyətinə böyük ümidlər bəsləyirik. 

ATƏT-in iştirakçısı olan ölkələrin keçən il dekabrda Budapeşt Zirvə 

toplantısında qəbul edilmiş  qətnamə mühüm hadisədir. Biz Budapeşt Zirvə 

toplantısının fəaliyyətinə, xüsusən bizim üçün bu mühüm qətnamənin qəbul 

edilməsinə Bolqarıstanın töhfəsini qiymətləndiririk. 

Mən cənab prezident Jelevin belə bir bəyanatını dərin məmnunluq hissilə 

qəbul etdim ki, Ermənistan - Azərbaycan münaqişəsinin dincliklə aradan 

qaldırılması üçün Bolqarıstan ATƏT-də  tədbirlər görəcəkdir. Mən  əminəm 

ki, Bolqarıstan sülh əldə edilməsinə, bu sülhün təmin olunması sahəsində 

tədbirlər görülməsinə öz töhfəsini verəcəkdir. 

Mən belə düşünürəm ki, razılığa gəldiyimiz nə varsa, hamısı  gələcək 

əməkdaşlığımız üçün yaxşı bünövrədir. Bu gün, birgə  iş günümüzə yekun 

vuraraq, mən cənab prezident Jelevə, parlamentin sədrinə, baş nazirə, bu gün 

bizimlə görüşənlərin, ikitərəfli münasibətlərimizlə bağlı məsələləri müzakirə 

edənlərin və bizə  səmimi münasibət, qayğı  və qonaqpərvərlik göstərənlərin 

hamısına təşəkkürümü bildirmək istəyirəm. Bolqarıstanda, bu gözəl, füsunkar 

torpaqda qonaqların qəbul edil- 



______________________________________________ 

48

 



məsi Bolqarıstan xalqına, bu ölkəyə  və xüsusən son vaxtlar baş vermiş 

dəyişikliklərə dönə-dönə böyük ehtiram hissi doğurur. Biz etibarlı müttəfiqlər 

olacağıq, dostluq və  əməkdaşlıq haqqında imzalanmış müqaviləyə sadiq 

qalacağıq və  əməkdaşlığımızın səmərəli və faydalı olması üçün öz 

tərəfimizdən hər şeyi edəcəyik. 

Mən Bolqarıstan xalqına xoşbəxtlik və  əmin-amanlıq arzulayıram. Mən 

bütün bolqar dostlarımıza nəzərdə tutulmuş planların həyata keçirilməsində 

uğurlar arzulayıram. 

Təklif edirəm, Bolqarıstan prezidenti cənab Jelyu Jelevin sağlığına, 

Bolqarıstan Respublikası şərəfinə, bolqar xalqının sağlığına, Bolqarıstanın və 

Azərbaycanın möhkəm dostluğu şərəfinə badə qaldırılsın. 

Sizin sağlığınıza, sağ olun! 

 



______________________________________________ 

49

 



 

BOLQARISTAN XALQ MƏCLİSİNDƏ ÇIXIŞ 

  

  



Sofiya 

  

29 iyun 1995-ci il 



 

 Hörmətli Bolqarıstan parlamentinin sədri cənab Sendov,  

 hörmətli    parlament üzvləri, hörmətli xanımlar və cənablar!  

Azərbaycan Respublikası adından, Azərbaycan xalqı adından sizi və sizin 

simanızda bütün Bolqarıstan xalqını  səmimi qəlbdən salamlayıram, sizin 

ölkənizə və xalqınıza Azərbaycan xalqının hörmət və ehtiramını bildirirəm. 

Bolqarıstan Respublikasının prezidenti hörmətli cənab Jelyu Jelevin 

dəvətini böyük məmnuniyyətlə  qəbul edib, mən sizin ölkənizə  rəsmi səfərə 

gəlmişəm və artıq bir neçə saatdır  ki, biz burada çox səmərəli  əməkdaşlıq 

edirik. Bolqarıstan prezidenti hörmətli cənab Jelyu Jelev və  mən 

Bolqarıstanla Azərbaycan arasında dostluq və  əməkdaşlıq haqqında çox 

əhəmiyyətli saziş imzaladıq. Bundan başqa, iqtisadiyyatımızın, iqtisadi 

əlaqələrin inkişafı üçün və onların inkişafına  şərait yaratmaq üçün bir neçə 

saziş  də imzalandı. Mən bu sazişlərin imzalanmasını Bolqarıstan ilə 

Azərbaycan arasındakı  əlaqələrin inkişafı üçün yeni bir mərhələ hesab 

edirəm. 


Azərbaycan Respublikası üç il yarımdır müstəqil dövlət kimi yaşayır, 

Azərbaycan Respublikası 1918-ci ildə  əldə etdiyi müstəqilliyi keçmiş 

Sovetlər İttifaqı dağıldıqdan sonra bir daha bərpa etməyə nail oldu. Xalqımız 

dövlət müstəqilliyini və milli azadlığı tarixi bir nailiyyət hesab edir və 

müstəqilliyi daimi etmək  əzmi ilə yaşayır. Ona görə  də sizə  bəyan etmək 

istəyirəm ki, bu müstəqillik Azərbaycan üçün daimi olacaqdır. Bir müstəqil 

dövlət kimi, Azərbaycanda ümumdemokratik, sivilizasiyalı dövlət yaranır. 

Biz hüquqi cəmiyyət yaradırıq, insan hüquqlarının və bütün insan 

azadlıqlarının qorunması bizim həm dövlət siyasətimizin, həm də 

cəmiyyətimizdə gedən proseslərin  əsasını  təşkil edir. İqtisadiyyat sahəsində 

Azərbaycan bazar iqtisadiyyatı, azad iqtisadiyyat yolu ilə gedir və bu sahədə 

iqtisadi islahatlar keçirilməsi ilə  məşğuldur. Biz aqrar sektorda  islahatların 

keçirilməsinə başlamışıq, özəlləşdirmə  



______________________________________________ 

50

 



proqramı qəbul etmişik və yaxın vaxtlarda bu proqramın geniş surətdə həyata 

keçirilməsinə başlayacağıq. Cəmiyyətimizdə siyasi plüralizm, bütün 

azadlıqlar bərqərar edilib, hökm sürür. Bizdə çoxpartiyalı  cəmiyyət 

yaranıbdır. İndi Azərbaycanda qırxdan artıq partiya var və siyasi plüralizmi 

təmin etmək üçün yüzlərlə qəzet də çıxır. 

İqtisadi sahədə gördüyümüz tədbirlər respublikamızı dünya iqtisadiyyatı 

üçün açır və dünya iqtisadiyyatının Azərbaycana investisiya qoyması üçün 

hər cür şərait yaradılır. Bu baxımdan ötən ilin sentyabrında Azərbaycan 

Respublikası ilə  Qərbin aparıcı neft şirkətləri arasında bağlanmış böyük 

müqavilədən sizə danışmaq istəyirəm. Həmin müqavilədə  Xəzərin 

Azərbaycan Resjpublikasına aid sektorundakı neft yataqlarının Qərb şirkətlən 

ilə birlikdə işlənməsi və bundan ölkəmizin faydalanması, xarici ölkə şirkətləri 

tərəfindən Azərbaycan iqtisadiyyatına investisiya qoyulması  nəzərdə 

tutulubdur. 

Demək istəyırəm ki, respublikamızda xarici investisiyalar üçün bütün 

şərait yaradılıb, o cümlədən qanunlar qəbul olunubdur. Odur ki, biz bütün 

xarici ölkələri Azərbaycana investisiya qoymağa dəvət edirik. 

Ölkəmizdə demokratik prinsiplərin inkişaf etməsi üçün bu il, 1995-ci il 

xüsusi  əhəmiyyətə malikdir. Noyabrın 12-də müstəqil Azərbaycan 

Respublikasının ilk demokratik parlamentinə seçkilər olacaq və bu seçkilər 

tam demokratik prinsiplər  əsasında, çoxpartiyalı sistem əsasında 

keçiriləcəkdir. Həmin vaxt Azərbaycanın yeni demokratik konstitusiyası da 

qəbul olunacaqdır.  İndi biz bu konstitusiyanın üzərində  işləyirik. 

Konstitusiyada Azərbaycanın gələcəkdə də demokratik və hüquqi dövlət kimi 

inkişaf etdirilməsi üçün əsas yaradılır. 

Azərbaycan Respublikası çoxmillətli respublikadır. Azərbaycanda 

yaşayan bütün xalqlar milli mənsubiyyətindən, dinindən, dilindən, siyasi 

dünyabaxışından asılı olmayaraq, hamısı eyni hüquqa malikdir və 

Azərbaycanın dövlət strukturlarında, ictimai təşkilatlarında bərabər hüquqla 

iştirak edir. 

Ola bilər, mətbuatdan sizə məlumdur ki, son illər Azərbaycanda ictimai-

siyasi proseslər çox kəskin gedib, hakimiyyət uğrunda mübarizə olub, üç dəfə 

hakimiyyət dəyişikliyi baş veribdir və son bir il ərzində iki dəfə silah 

vasitəsilə dövlət çevrilişinə  cəhd göstərilibdir. Lakin Azərbaycanın indiki 

dövləti bütün bunların qarşısını ala bilir və bundan sonra da almağa qadirdir. 

Azərbaycanda ictimai-siyasi vəziyyət sabitdir. 




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə