MüSTƏQİLLİYİMİZ



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə17/164
tarix02.10.2017
ölçüsü3,36 Mb.
#2626
1   ...   13   14   15   16   17   18   19   20   ...   164

______________________________________________ 

54

 



 

BOLQARISTAN RESPUBLİKASININ 

 PREZİDENTİ JELYU JELEVLƏ 

 

BİRGƏ MƏTBUAT KONFRANSINDA 

 ÇIXIŞ 

 

 Sofiya 

 

29 iyun 1995-ci il 



 

 Hörmətli prezident, hörmətli xanımlar və cənablar. 

 Hörmətli mətbuat, informasiya orqanlarının nümayəndələri.  

 

Təəssüf ki, mən sizin qarşınızda Azərbaycanın dövlət dilində  çıxış 



etmək imkanına malik deyiləm. Ona görə ki, bizim kifayət qədər hazırlıqlı, 

peşəkar tərcüməçimiz yoxdur. Doğrudur, aramızda, bizim nümayəndə 

heyətində bir şair var. O, artıq uzun illərdən bəri bolqar şairlərin  şerlərini 

Azərbaycan dilinə çevirir və bolqar ədəbiyyatı ilə müvəffəqiyyətlə 

əməkdaşlıq edir. O, indi tərcümə edə bilərdi. Lakin mən parlamentdə çıxışım 

zamanı onun çətinlik çəkdiyini duydum, buna görə  də öz fikirlərimi daha 

aydın və anlaşıqlı  şəkildə çatdırmaq üçün rusca danışacağam. Üstəlik, sizin 

yaxşı tərcüməçiniz var. Bu xanım rus dilindən bolqar dilinə, bolqar dilindən 

rus dilinə tərcümə edir. 

Yəqin ki, siz məni başa düşərsiniz, axı Azərbaycan öz dövlət 

müstəqilliyinə üç il yarım əvvəl nail olmuşdur. Biz başqa ölkələrlə ünsiyyət 

zamanı  əsasən rus dilindən istifadə edirdik. Lakin indi müstəqil 

respublikamız öz ana dilini, dövlət dili olan Azərbaycan dilini işlədir. Biz 

bütün dillərdə kifayət qədər tərcüməçilər hələ hazırlaya bilməmişik. Əlbəttə, 

ingilis, fransız, alman dillərini bilən çoxlu tərcüməçimiz var. İnanıram ki, 

gələn dəfəyədək bolqar - Azərbaycan mətnləri üzrə  də yaxşı  tərcüməçi 

olacaqdır. 

Mən  ən  əvvəl Bolqarıstan Respublikasının prezidenti, hörmətli cənab 

Jelyu Jelevə  dəvətə görə  və Azərbaycan Respublikası prezidentinin 

Bolqarıstana səfəri kimi hazırda başa çatmaqda olan rəsmi səfərə görə 

təşəkkürümü bildirmək istəyirəm. Mən bizim bugünkü günümüzdən, birgə 

işimizdən, söhbət və danışıqlarımızdan,  ən  əvvəl, cənab prezident Jelyu 

Jelevlə  



______________________________________________ 

55

 



danışıqlarımızdan, mənə Bolqarıstan parlamenti qarşısında çıxış etmək 

imkanı verilməsindən məmnunam. Mən Bolqarıstanın baş naziri ilə 

görüşdüm. Başlıcası isə, cənab Jelevin dediyi kimi, bu gün biz çox mühüm 

sənəd imzaladıq, ən əvvəl, iki prezident Bolqarıstan ilə Azərbaycan arasında 

dostluq və  əməkdaşlıq haqqında sənədlər imzaladıq. Bu, əsas sənəddır və 

gələcək  əməkdaşlığımız üçün yaxşı bünövrə qoyur. Mən cənab prezident 

Jelevin belə bir rəyi ilə tamam razıyam ki, Bolqarıstan tərəfindən Azərbaycan 

tərəfə ilk addım 1992-ci ildə, yəni Bolqarıstan Azərbaycanın dövlət 

müstəqilliyini və Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyan vaxt 

atılmışdır. Bilirsiniz ki, keçmiş Sovet İttifaqı respublikaları kimi, Azərbaycan 

da öz dövlət müstəqilliyini Sovet İttifaqının süqutu nəticəsində əldə etmişdir, 

hərçənd Azərbaycan hələ 1918-ci ildə öz dövlət müstəqilliyinə malik idi

Şərqdə ilk Azərbaycan Demokratik Respublikası idi, 23 ay mövcud 

olmuşdur. Lakin sonra bu respublika ölkəmizdə, Azərbaycanda Sovet 

hakimiyyəti qurulması ilə  əlaqədar devrildi. Budur, 77 ildən sonra biz öz 

müstəqilliyimizi bərpa etmişik və  təbii idi ki, digər ölkələr tərəfindən 

tanınmağa ehtiyac duyurduq. Bolqarıstan Azərbaycanın dövlət müstəqilliyini 

birincilər sırasında tanımışdır ki, bu da xüsusilə vacibdir. Biz öz dövlət 

müstəqilliyimizi  əldə etdiyimiz dövrdə, təəssüflər olsun, Ermənistan 

Respublikası ilə müharibə  vəziyyətində idik və bu gün də müharibə 

vəziyyətindəyik. Azərbaycanın  ərazi bütövlüyü pozulmuşdur. Odur ki, 

Azərbaycan Respublikasının milli istiqlaliyətinin, dövlət müstəqilliyinin, 

suverenliyinin, Azərbaycan Respublikasının 

ərazi bütövlüyünün 

respublikamız üçün məhz belə mürəkkəb dövrdə Bolqarıstan tərəfindən 

tanınması bizə şübhəsiz, böyük kömək idi. 

Budur, indi biz həmin  əsasda işi davam etdiririk və imzaladığımız 

müqavilə, zənnimcə, gələcək əməkdaşlıq üçün etibarlı zəmindir. İmzalanmış 

digər sənədlər barəsində  cənab Jelev danışdı  və  mən onun dediklərini 

təkrarlayaraq vaxtmızı almayacağam. Yalnız onu deyəcəyəm ki, bu sənədlər 

də çox böyük əhəmiyyətə malikdir, əməkdaşlığımıza konkret istiqamətlər 

verir. Buna görə  də  əminəm ki, onların  əməli surətdə  həyata keçirilməsi 

ölkələrimiz və xalqlarımız arasında  əməkdaşlığın inkişaf etdirilməsi və 

dostluğun möhkəmləndirilməsi üçün konkret nəticələr gətirəcəkdir. 




______________________________________________ 

56

 



Əməkdaşlıq haqqında artıq razılığa gəldiyimiz və ya razılıq  əldə 

edilməkdə olan bəzi sahələr barəsində  cənab Jelevin söylədiyi fikirlərlə 

razıyam. Həqiqətən, bu sahələr olduqca vacibdir, onlar istər Bolqarıstan üçün, 

istərsə  də Azərbaycan üçün böyük iqtisadi əhəmiyyətə malikdir. Cənab 

Jelevin göstərdiyi konkret məsələlər üzrə aramızda əməli əməkdaşlıq olması 

üçün biz hər şey edəcəyik. 

Azərbaycan demokratik hüquqi dövlət qurur, iqtisadiyyat sahəsində 

islahatlar həyata keçirir, bazar iqtısadiyyatı yolu ilə gedir. Bu il noyabrın 12-

də biz müstəqil respublıkanın parlamentinə tam demokratik əsasda ilk 

seçkilər keçirəcəyik. Biz ümumxalq referendumu vasitəsilə müstəqil 

Azərbaycan Respublikasının ilk konstitusiyasını qəbul edəcəyik. Cari il bizim 

üçün çox mühüm ildir və  şübhəsiz ki, respublikamızın demokratik 

prinsiplərinin daha da möhkəmlənməsi və inkişaf etməsi ilə  əlamətdar 

olacaqdır. 

Respublikamızda siyasi plüralizm mühiti hökm sürür. Biz insan 

hüquqlarının qorunmasını  təmin etmək məsələlərinə böyük əhəmiyyət 

veririk. Respublikamız çoxmillətli respublikadır. Miliyyətindən, dilindən, 

dini etiqadından, siyasi əqidələrindən asılı olmayaraq, bütün Azərbaycan 

vətəndaşları  bərabər hüquqlara malikdir, ölkəmizin dövlət və ictimai 

həyatında fəal iştirak edirlər. 

Ermənistan ilə Azərbaycan arasında münaqişəli vəziyyət bizim üçün çox 

ağır problemdir. Bu münaqişə - Azərbaycan  ərazisinin tərkib hissəsi olan 

Dağlıq Qarabağı ilhaq etmək məqsədi ilə Ermənistan Respublikasının 

Azərbaycana qarşı  təcavüzü 1988-ci ildə başlanmışdır. Yeddi ildir ki, 

müharibə gedir, qan tökülür, torpaqlarımızın təxminən 20 faizi Ermənistan 

silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Bu işğal olunmuş torpaqlardan 

bir milyon nəfərdən çox Azərbaycan vətəndaşı didərgin salınmışdır. Onlar 

çadır düşərgələrində yaşayırlar, olduqca ağır vəziyyətdədirlər. Təbii ki

bunların hamısı Azərbaycanda sosial-iqtisadi və siyasi vəziyyəti çətinləşdirir. 

Ötən ilin may ayında biz Ermənistan ilə Azərbaycan arasında atəşkəs 

haqqında saziş əldə etdik ki, bu da çox əhəmiyyətlidir. Bütün bunlar ATƏT 

çərçivəsində, ATƏT-in Minsk qrupu çərçivəsində, dünyanın iri dövlətlərinin 

vasitəçiliyi ilə baş verir. Bu danışıqlar nəticəsində keçən il mayın 12-də biz 

atəşkəs haqqında saziş imzaladıq. On üç aydır ki, biz atəşkəs  




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə