MüSTƏQİLLİYİMİZ



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə16/164
tarix02.10.2017
ölçüsü3,36 Mb.
#2626
1   ...   12   13   14   15   16   17   18   19   ...   164

______________________________________________ 

51

 



Azərbaycanın indiki sosial-iqtisadi vəziyyətini böhran vəziyyəti kimi 

səciyyələndirmək olar. Bu sahədə Azərbaycanın vəziyyəti sizin ölkənizin, 

habelə sizin kimi keçmiş sosialist iqtisadiyyatına mənsub olmuş ölkələrin 

vəziyyətinə oxşayır. Sosialist iqtısadi, ictimai-siyasi sistemindən yeni sistemə 

keçmək prosesi çox ağır və çətindir. Bu, bizim respublikamızda da böyük və 

ciddi problemlər yaradıbdır. 

Azərbaycanda keçid dövrü daha da ağırlaşıb. Ona görə ki, Azərbaycan 

yeddi ildir Ermənistan Respublikası tərəfindən hərbi təcavüzə məruz qalıbdır. 

Ermənistan Respublikası 1988-ci ildən Azərbaycan  ərazisinin bir hissəsini

Dağlıq Qarabağı  ələ keçirmək üçün hərbi təcavüzə başlayıbdır. Bu təcavüz 

nəticəsində böyük itkilər olub, çox qanlar tökülübdür, Azərbaycan 

Respublikası  ərazisinin 20 faizi erməni silahlı qüvvələri tərəfindən işğal 

edilibdir.  İşğal olunmuş torpaqlardan bir milyon nəfərdən artıq Azərbaycan 

vətəndaşı qovulub və indi Azərbaycanın başqa regionlarında qaçqın 

vəziyyətində, çox ağır vəziyyətdə yaşayır. 

Azərbaycan sülhsevər dövlətdir, biz Ermənistanın və digər qonşu 

ölkələrin torpaqlarına göz dikməmişik. Ancaq öz torpağımızı da başqa ölkəyə 

verə bilmərik. Buna görə  də biz öz ərazi bütövlüyümüzü qoruyur, 

torpaqlarımızı müdafiə edirik və bu müharibəni ancaq və ancaq özümüzü 

müdafiə etmək üçün aparırıq. Ermənistan silahlı qüvvələri tərəfindən işğal 

olunmuş  ərazilərdə 700-dən artıq  şəhər, qəsəbə  və  kənd viran edilib tarixi 

abidələr, fabrik və zavodlar, yaşayış evləri dağıdılıbdır. Azərbaycana böyük 

maddi zərər və mənəvi zərbə vurulubdur. 

Bütün bu itkilərə, bütün bu zərərlərə baxmayaraq, Azərbaycan 

Ermənistanla münaqişəni sülh yolu ilə həll etmək istəyir. Buna görə də sülh 

danışıqları aparırıq. Sizə məmnuniyyət hissi ilə bildirmək istəyirəm ki, keçən 

ilin may ayında Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında saziş 

bağlanıbdır. On üç aydır ki, atəşkəs rejimi davam edir, biz bu atəşkəs 

rejiminə sadiqik və böyük sülh əldə etmək üçün gələcəkdə  də sadiq 

qalacağıq. Etibarlı, uzun müddətli sülh əldə etmək üçün biz ATƏT-in Minsk 

qrupu çərçivəsində Ermənistanla danışıqlar aparırıq və  əmin olduğumuzu 

bildirmək istəyirik ki, bu danışıqlar müsbət nəticə verəcək, biz nəhayət, sülhə 

nail olacağıq. 

Lakin bu sülhü əldə etmək üçün bizim əsas şərtlərimiz var.  




______________________________________________ 

52

 



Bunlar  ədalətli  şərtlərdir: Azərbaycanın  ərəzi bütövlüyü, Azərbaycan 

sərhədlərinin toxunulmazlığı  təmin olunmalıdır və Azərbaycan torpağının 

işğal edilmiş hissələrindən erməni silahlı qüvvələri çıxmalıdır, bir milyondan 

artıq qaçqın öz ev-eşiyinə, yurd-yuvasına qayıtmalıdır. Bununla yanaşı  bız 

etibarlı sülhün şərti kimi, Azərbaycanın Dağlıq Qarabağ regionunda yaşayan 

erməni əhalinin təhlükəsizliyinin təmin edilməsinə təminat veririk. Biz onlara 

müəyyən status verilməsi barədə  də öz bəyanatlarımızı bildirmişik. Yəni 

Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsi olaraq qalmalıdır, orada 

yaşayan erməni millətinə mənsub adamlar, əhali də Azərbaycan vətəndaşları 

kimi müəyyən status, azadlıq statusu alıb yaşamaq imkanına malik olacaqlar. 

Bizim təkliflərimiz ədalətli təkliflərdir və ümidvar olduğumuzu bildirmək 

istəyirəm ki, dünya dövlətləri, dünya ictimaiyyəti, o cümlədən Avropada 

Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına daxil olan ölkə kimi Bolqarıstan da 

bu məsələlərin həllində Azərbaycana, bizim regionumuzda sülh yaranmasına 

kömək edəcəkdir. 

Azərbaycan Respublikası dünya birliyində artıq özünə layiqli yer 

tutubdur, beynəlxalq təşikilatların əksəriyyətinin üzvüdür və bu təşkilatlarda 

öz sülhsevər, eyni zamanda mütərəqqi xarici siyasətini həyata keçirir. 

Mən sizi əmin etmək istəyirəm ki, Azərbaycan Respublikası öz dövlət 

müstəqilliyini bundan sonra da qoruyacaq və bir müstəqil dövlət kimi bütün 

ölkələrlə qarşılıqlı surətdə faydalı əlaqələr yaradılması yolu ilə gedəcəkdir. 

Hörmətli parlament üzvləri, tərcüməçimiz böyük təcrübəyə malik 

olmadığına və  çətinlik çəkdiyinə görə  mən çıxışımın yekun hissəsini rus 

dilində ifadə edəcəyəm. Bizim xüsusi tərcüməçimiz yoxdur. 

Siyavuş Məmmədzadə Azərbaycanın görkəmli şairlərindən biridır, bolqar 

şairlərinin  şerlərini Azərbaycan dilinə  tərcümə edir. Onun tərcüməçllik 

fəaliyyəti diqqətəlayiqdir. Elə düşünürəm ki, məni başa düşəcəksiniz. 

Mən burada olmağımla  əlaqədar, Avropa dövlətinin - Bolqarıstan 

Respublikasının parlamenti kimi nüfuzlu parlamentdə  çıxış etməyimə görə 

çox böyük məmnunluq hissi keçirdiyimi bir daha bildirmək istəyirəm. Biz 

sizin ölkənizdə baş verən prosesləri - demokratikləşdirmə proseslərini, insan 

hüquqlarının bərqərar edilməsi proseslərini, keçmişdə buraxılmış səhvlə- 




______________________________________________ 

53

 



rin düzəldüməsi proseslərini böyük ehtiramla izləyirik və  dərin xeyirxalılıq 

hissi ilə sizə getdiyiniz yolda böyük uğurlar arzulayırıq. 

Azərbaycan ilə Bolqarıstan arasında çox sıx  əlaqələr mövcuddur. Bu 

əlaqələr son onilliklər  ərzində  təşəkkül tapmışdır. Söhbət iqtisadi, elmi, 

texniki və  mədəni  əlaqələrdən gedir. Biz bu əlaqələrə böyük əhəmiyyət 

veririk, onları  əziz tuturuq. İndi də - Azərbaycanın müstəqil dövlət olduğu, 

Bolqarıstanda çox mühüm ictimai-siyasi proseslərin getdiyi yeni şəraitdə biz 

hesab edirik ki, əlaqələrimiz keyfiyyətcə yeni səviyyədə ola bilər. Mənim 

buraya, Bolqarıstana səfərim məhz bununla bağlıdır ki, bu münasibətləri daha 

yüksək keyfiyyət səviyyəsinə qaldıraq. 

Sizi  əmin etmək istəyirəm ki, Azərbaycanda Bolqarıstanı çox yaxşı 

tanıyırlar, onun qədim tarixinə, Bolqarıstan oğullarının azadlıq və 

istiqlaliyyət uğrunda hünərlərinə bələddirlər. Son illər Bolqarıstan torpağında 

gedən proseslərdən Azərbaycanda yaxşı xəbərdardırlar. 

Mən xalqımızın  ən səmimi duyğularını  və  ən xoş arzularını sizə 

çatdırıram. Getdiyiniz yolda sizə uğurlar arzulayıram! 

Ölkələrimiz arasında əlaqələrin daha uğurlu inkişafını təmin etmək üçün 

biz bu gün hörmətli prezident cənab Jelyu Jelev və parlamentin sədri hörmətli 

cənab Blaqovest Sendov ilə ətraflı söhbət apardıq. Mən sizin qarşınızda açıq 

bildirirəm ki, münasibətlərimızin daha da inkişaf etdirilməsi üçün daha böyük 

ehtiyat mənbələri var və bunlardan istifadə olunması, ölkələrimiz və 

xalqlarımız arasında dostluq və qardaşlıq  əlaqələri yaradılması üçün biz öz 

tərəfimizdən hər şeyi edəcəyik.  

Yaşasın müstəqil, gözəl Bolqarıstan! 

Qəhrəman bolqar xalqına, onun tarixi nailiyyətlərinə eşq olsun! 

Yaşasın sarsılmaz Bolqarıstan - Azərbaycan dostluğu! 

  

 

 



 


Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə