MüSTƏQİLLİYİMİZ



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə19/164
tarix02.10.2017
ölçüsü3,36 Mb.
#2626
1   ...   15   16   17   18   19   20   21   22   ...   164

______________________________________________ 

60

 



ölkələri adlandırdığımız sosialist düşərgəsi barəsində siyasətində  əyintilər, 

təhriflər çox olmuşdur. Bunları sadalamaq çox vaxt aparardı. Sağlıq olsun, nə 

vaxtsa  əlimə öz xatirələrimi yazmaq imkanı düşər, onda çox şey barəsində 

yazacağam. Çünki milli məsələlərə, milli qarşılıqlı münasibətlərə, Sovet 

İttifaqının rəhbər dairələrinin siyasətinə mən, bəlkə də, başqalarına nisbətən 

daha həssas idim. Odur ki, bunu Sovet İttifaqının məhz rəhbər dairələrində, 

bəlkə  də, başqalarına nisbətən daha həssas duyurdum. Lakin mən,  əlbəttə, 

bolqar xalqının və ya Bolqarıstanın hər hansı  rəhbərlərinin iradəsinə qarşı 

çıxa bilməzdim. Amma keçmiş Bolqarıstanın bəzi rəhbərləri Sovet İttifaqının 

16-cı respublikası olmaq istədiklərini dəfələrlə bildirdikdə, mən onlara açıqca 

heç nə demirdim, yalnız qulaqlarına sakitcə deyirdim ki, lazım deyildir, 

yaxşısı budur, müstəqil, azad olun. Mən Bolqarıstandan olan adamlara ancaq 

bu məsələdə kömək edə bildim. Lakin zənnimcə, yaxşı ki, onların dediyi kimi 

olmadı. Bəlkə  də, bunlar konyunktura xarakterli şüarlar idi. Mən bunu 

bilmirəm. Lakin hər halda belə bəyanatlar dəfələrlə verilmişdi. 

Mən xalqların müstəqil, respublikaların müstəqil olmasını istəyən bir şəxs 

kimi və bu prosesin içində olan bir şəxs kimi, əlbəttə, açıqca deyə bilərdim 

ki, bu, səhvdir və bolqar xalqına baha başa gələ bilər. Yaxşı ki, Bolqarıstan 

Sovet  İttifaqının 16-cı respublikası olmadı, yaxşı ki, nəinki Sovet İttifaqı, 

həm də Varşava Müqaviləsi dağıldı  və beləliklə,  Şərqi Avropa ölkələri də 

azadlığa çıxdılar. Çünki digər  Şərqi Avropa ölkələri kimi, Bolqarıstan da 

müstəqil dövlət idi, onlar Sovet İttifaqına daxil olmasalar da, sosialist 

düşərgəsinə, Qarşılıqlı İqtisadi Yardım Şurasına, Varşava Müqaviləsinə daxil 

idilər. Mənə  məlumdur ki, bu, həmin ölkələri müstəqillikdən məhrum edir, 

buxovlayırdı. Odur ki, siz də indi müəyyən dərəcədə müstəqilliyə nail 

olmusunuz. Mən sizi də təbrik edirəm. 



S u a l: Cənab prezident Jelyu Jelev, siz dediniz ki, Bolqarıstan 

bölgəyə müşahidəçilər göndərməyə hazırdır. Lakin Budapeşt Zirvə 

toplantısında ATƏT-in sülhyaratma qüvvələrinin təşkilı haqqında qərar 

qəbul edilmişdir. belə isə Bolqarıstan bölgəyə müşahidəçilər deyil, hərbi 

kontingent göndərməyə hazırdırmı?  İkinci sual: xalqların öz 

müqəddəratını təyin etmək prinsipi dövlətin ərazi bütövlüyü prinsipi ilə

sizcə, necə əlaqələndirilməlidir? 


______________________________________________ 

61

 



J e l y u  J e l e v: Bolqarıstan Avropada Təhlükəsizlik və Əməkdaşlıq 

Təşkilatının üzvü kimi iştirak etməyə hazır olduğunu, Dağlıq Qarabağda 

sülhyaratma prosesində öz imkanları daxilində iştirak etməyə hazır olduğunu 

bildirmişdir. Biz bunu bildirmişik və adətən söhbət həmin təşkilat adından 

mülki müşahidəçilər göndərilməsindən getmişdir. Lakin biz məsələnin 

ədalətli həllinə kömək göstərmək üçün bu səylərdə başqa formalarda da 

iştirak etməyə hazırıq.  Əlbəttə, Avropada Təhlükəsizlik və  Əməkdaşlıq 

Təşkilatının himayəsi altında. 

Dövlətin, xalqın öz müqəddəratını  təyin etməsi ilə dövlət müstəqilliyi 

necə əlaqələndirilir? Şəxsən mən bu anlayışlar arasında ziddiyyət görmürəm. 



S u a l: Xalqların öz müqəddəratını  təyin etmək hüququ və  ərazi 

bütövlüyü prinsipi... Erməni tərəfi həmişə deyir: onlar bunu əsas 

tuturlar ki, xalqlar öz müqəddəratını  təyin etməlidirlər. Bu, ali 

prinsipdir, yoxsa ərazi bütövlüyü prinsipi başlıca prinsipdir? 

Jelyu Jelev: Bu, postkommunist dövrdə qarşılaşdığımız  ən mürəkkəb 

məsələlərdən biridir. Sualmızın birinci hissəsi ilə ikinci hissəsi arasındakı 

ziddiyyəti biz müəyyən dərəcədə keçmiş Yuqoslaviyada müşahidə edirik. 

Əlbəttə, xalqın öz müqəddəratını təyin etməsi prinsipi həmişə ali prinsipdir. 

Lakin məsələ bundadır ki, Yuqoslaviya kimi bir federasiyada xalq bir və eyni 

ərazidə yaşamır. Sərhədləri müəyyənləşdirmək məqamı çatdıqda isə xalqın öz 

müqəddəratını  təyin etməsi ilə dövlətin  ərazi bütövlüyü arasında real 

ziddiyyətlər meydana çıxdı. Prinsipcə elə bir dövlət yoxdur ki, orada ancaq 

bir millət yaşasın. Məsələn, mən Balkan bölgəsini nəzərdə tuturam. Bütün 

Balkan ölkələrində müxtəlif millətlər, digər xalqların nüməyəndələri 

yaşayırlar. Mən bunu normal hal sayıram. Buna görə  də insan hüquqlarına 

hörmət, bu hüquqlara əməl edilməsi məsələsi ortaya çrxmışdır. Bu isə 

Avropa Şurasının məşğul olduğu ən ağır problemlərdən biridir. 

Şəxsən mən də belə bir fikrə  şərik deyiləm ki, xalq, dövlət öz 

problemlərini  həll edərkən məsələni belə qoymalıdırlar: zorakılıq yolu ilə 

etnik təmizlik uğrunda, milli təmizlik uğrunda, azlıqları qovub dağıtmalı  




______________________________________________ 

62

 



onlara divan tutmalı. Biz, məsələn, Bosniyada məhz bunları müşahidə edirik. 

Halbuki Bosniyada əhali qarışıqdır,  şəhərlərdə nikahları  təxminən 60 faizi 

qarışıq nikahlardır. Özü də bu məsələ heç də  həmin ölkənin  ərazisinə aid 

deyildir, bu məsələ ailələrdən keçir. Bax, buna görə  də bu, çox ağır 

məsələdir. Buna gcə də məsələnin demokratik həlli yollarını axtarıb tapmaq 

lazımdır. Bu barədə  qərarlarda həmin ölkədə yaşayan azlıqları hüquqlarına 

hörmət bəslənməsi, insan hüquqlarına hörmət edilməsi hökmən nəzərdə 

tutulmalıdır. 

  

 

 




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə