MüSTƏQİLLİYİMİZ



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə18/164
tarix02.10.2017
ölçüsü3,36 Mb.
#2626
1   ...   14   15   16   17   18   19   20   21   ...   164

______________________________________________ 

57

 



rejimini gözləyirik və bu rejimin pozulmaması üçün bundan sonra da öz 

tərəfimizdən hər  şeyi edəcəyik. Onu nəzərdə tuturuq ki, həmin dövrdə biz 

Ermənistan ilə Azərbaycan arasında möhkəm, uzunmüddətli sülhə nail 

olmağa çalışmalıyıq. Biz qonşuların hamısı ilə, o cümlədən də qonşu 

Ermənistanla sülh şəraitində yaşamaq istəyirik. Qonşularımıza qarşı heç bir 

iddia-tələbimiz yoxdur, hansısa qonşu respublikanın torpaqlarının bir 

hissəsini qəsb etməyi qarşımıza məqsəd qoymuruq. Bununla yanaşı, biz, 

şübhəsiz, razılaşa bilmərik ki, ərazimizin bir hissəsi ilhaq edilsin. 

Buna görə  də biz ATƏT-in Minsk qrupunun köməyi ilə sülhə, lakin 

ədalətli sülhə nail olmağa çalışırıq. Elə sülhə ki, Azərbaycanın  ərazi 

bütövlüyünü, respublikamızın sərhədlərinin toxunulmazlığını tamamilə təmin 

etsin. Biz, əlbəttə, onu əsas tuturuq ki, Dağlıq Qarabağın erməni  əhalisi 

Azərbaycanın tərkibində tam təhlükəsizliyə, muxtariyyətə, müvafiq statusa 

malik olacaqdır. Həm də bu status həmin regionun əvvəllər aldığı statusdan, 

şübhəsiz, daha böyük olacaqdır. Lakin bütün bunlar Azərbaycan 

Respublikasının tərkibində olmalıdır. Bu, həm ədalətlidir, həm də beynəxalq 

hüquq normalarına uyğundur. Separatçılığa heç cür haqq qazandırmaq olmaz. 

Biz separatçılığa qarşı, müharibələrə və təcavüzə qarşı həmişə çıxış edəcəyik. 

Biz sülhsevər ölkəyik və öz qonşularımızla aramızda sülh olmasını 

istəyirik, bizim Qafqaz bölgəsində sülh olmasını istəyirik, Balkanlarda sülh 

olmasını istəyirik, hazırda hərbi münaqişələr gedən Yer kürəsinin hər yerində 

sülh olmasını istəyirik. Bununla əlaqədar mən cənab Jelevin dediyi bu sözlərə 

görə ona minnətdaram ki, ATƏT-in üzvü kimi Bolqarıstan bölgəmizdə 

sülhün bərqərar olması  məsələsinin və sülhün qorunmasını  və  təbii olaraq, 

Azərbaycan Respublikasının  ərazi bütövlüyünü təmin etmək üçün 

sülhyaratma qüvvələrinin təşkili məsələsinin müzakirəsində  fəal iştirak 

edəcəkdir. Bu, bizim üçün çox mühüm məsələdir və buna görə də biz bütün 

dünya birliyinə, bütün xoş  məramlı  adamlara  bu  vəziyyətdən çıxmaq üçün 

bizə kömək göstərmək, bizi dəstəkləmək xahişi ilə müraciət edirik. 

Təkrar edirəm, biz hərbi əməliyyatların davam etməsini istəmirik, biz bu 

məsələnin sülh yolu ilə  həll olunmasını istəyirik. Mən  şadam ki, ATƏT-in 

fəal üzvü olan Bolqarıstan tərəfindən biz bu məsələlərdə dəstəklənirik.  




______________________________________________ 

58

 



Mən səhərdən bəri gün ərzində birlikdə gördüyümüz işlərdən və xüsusən 

imzalanmış  sənədlərdən və fikir mübadiləsindən,  əldə edilmiş 

razılaşmalardan son dərəcə məmnunam və əmin edirəm ki, əməkdaşlığımızın 

inkişafı üçün bizim tərəfimizdən, Azərbaycan tərəfindən hər şey ediləcəkdir. 

Mən konkretləşdirmək istəmirəm, çünki cənab Jelev konkret məsələlərdən 

danışdı. Bütün bu konkret problemlərlə mən də razıyam, çünki o, məhz bizim 

birgə mövqeyimizi şərh etdi. Diqqətinizə görə təşəkkür edirəm.  

Mən suallar üçün sözü sizə verirəm. 



S u a l: Birincisi - siz 77 il Sovet Rusiyasının hakimiyyəti altında 

yaşamısınız. Siz ölkənizlə əlaqədar bu dövrü necə qiymətləndirirsiniz və 

belə bir fikri qəbul edirsinizmi ki, şər imperiyasında yaşamısınız? 

İkincisi - bütün postsosialist ölkələrin demokratikləşdirilməsinin 

təminatçısı kimi NATO-nun strukturlarına münasibətiniz necədir? 

Heydər  Əliyev:  Bəli, biz 77 il Sovet İttifaqının tərkibində yaşamışıq, 

daha sizin deiyiyiniz kimi, Rusiyanın hakimiyyəti altında yox, çünki Sovet 

İttifaqı var idi və bu Sovet İttifaqına bərabər hüquq əsasında 15 respublika 

daxil idi. Təbii ki, bu İttifaqda üstün rol Rusiyaya məxsus idi. Bu, hamıya 

məlumdur. Lakin biz məhz Sovet İttifaqının tərkibində yaşayırdıq, bəli, 

yaşayırdıq. Nə etmək olar, biz xalqımızın tarixinin, həyatımızın həmin 

mərhələsinin üstündən heç cür qələm çəkə bilmərik. Həmin illər  ərzində 

xalqımız iqtisadiyyatın, elmin, mədəniyyətin inkişafında böylik 

müvəffəqiyyətlər qazanmış, bir çox məsələlərdə irəliləmişdir. Amma bununla 

bərabər, biz ən başlıca hüquqa - müstəqillik hüququna malik deyildik, milli 

azadlığımız yox idi. Təbii ki, bu, potensial imkanlarımızdan istifadəni 

məhdudlaşdırırdı. Azərbaycanın malik olduğu öz daxili potensialı tamamilə 

üzə çıxarmağa, öz təbii vasitələrindən, öz təbii ehtiyatlarından, öz intellektual 

potensialından və bütün digər imkanlarından istifadə etməyə qoymurdu. 

Biz son dərəcə məmnunuq ki, Sovet İttifaqı dağıldı və müstəqil dövlətlər 

meydana gəldi. Mən o kəslərdən biriyəm ki, 91-ci ildə Sovet İttifaqının 

dağılmasına tərəfdar çıxdım. Onda Sovet İttifaqını  hələ saxlamağa cəhd 

göstərildi və Sovet İttifaqının saxlanması xeyrinə ölkədə referendum 

keçirilmişdi. Lakin bu referendum Sovet İttifaqının saxlanmasının 

mümkünlüyü  




______________________________________________ 

59

 



barədə qərar çıxarsa da, ictimai-tarixi inkişafın gedişi sübuta yetirdi kı, Sovet 

İttifaqı öz imkanlarını tükəndirmişdir. Buna görə də o, süquta uğradı. 

Mən hesab edirəm ki, belə  də olmalı idi və bu, Azərbaycan xalqına öz 

milli azadlığını  və dövlət müstəqilliyini  əldə etməyə imkan verdi. Dövlət 

müstəqilliyinin əldə olunması Azərbaycan üçün, Azərbaycan xalqı üçün çox 

böyük tarixi nailiyyətdır. Mən  əminəm, biz bir daha yol verməyəcəyik ki, 

müstəqilliyimiz itirilsin. Hər halda 20-ci ildə ilk demokratik müstəqil 

dövlətimizin başına gələnlər daha bu Azərbaycanın başına gəlməyəcəkdir. 

Hərçənd müstəqilliyi qoruyub saxlamaq o qədər də asan deyildir, xüsusən də 

Azərbaycan üçün. Dediyim kimi, Azərbaycan yeddi ildir Ermənistan 

tərəfindən təcavüzə məruz qalır. Bir çox digər çətinliklər də var. Lakin biz öz 

müstəqilliyimizin qədrini bilirik və onu göz bəbəyi kimi qomyacağıq. 

O ki qaldı NATO-ya münasibətimizə, Azərbaycan "Sülh naminə 

tərəfdaşlıq" haqqında NATO proqramını keçmiş Sovet İttifaqı respublikaları - 

indiki müstəqil dövlətlər arasında birincilər sırasında imzalamışdır. Mən bu 

məsələ ilə  əlaqədar xüsusi olaraq Brüsselə getdim, NATO-nun 

iqamətgahında oldum və Azərbaycan Respublikası adından həmin proqramı 

imzaladım. Biz bunu Avropada sabitlik üçün, bütün dünyada təhlükəsizlik 

üçün mühüm amil sayırıq. 

S u a l: Cənab prezident, öyrənmək çox maraqlı olardı, siz 

Bolqarıstan kommunistlərinin Bolqarıstanı 16-cı respublikaya çevirmək 

arzusuna necə baxırdınız?" Bu, çox maraqlıdır. 

Heydər Əliyev: Mən indi görürəm ki, sualları təkcə müxbirlərdən deyil, 

prezidentdən, dostumdan da alıram.  

Mən çox şadam. 

Sovet  İttifaqında  əyintilər çox olmuşdur. Yəqin ki, bioqrafiyamdan 

bilirsiniz, mən keçmiş Sovet İttifaqının rəhbərlərindən biriyəm. Lakin 

bununla bərabər sizə yəqin bu da məlumdur ki, 87-ci ildə, daha doğusu, ilin 

axırlarında istefa verdim və bundan sonra bir çox təqiblərə  və demək olar, 

repressiyalara və digər belə hallara məruz qaldım. Amma 93-cü  

ildə Azərbaycan xalqı uzun sürən sürgündən sonra mənim Azərbaycana 

qayıtmağımı yenidən tələb etdi. Odur ki, mən 1993-cü ilin oktyabrından bəri 

Azərbaycan Respublikasının bütün xalq tərəfindən seçilmiş prezidentiyəm. 

Sovet İttifaqının siyasətində, xüsusən də o vaxtlar sosializm düşərgəsi  

 



Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə