MüSTƏQİLLİYİMİZ



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə20/164
tarix02.10.2017
ölçüsü3,36 Mb.
#2626
1   ...   16   17   18   19   20   21   22   23   ...   164

______________________________________________ 

63

 



AZƏRBAYCAN RESPUBLİKASININ 

MİLLİ MƏCLİSİNƏ 

 

Azərbaycan öz müstəqilliyinin və suverenliyinin təminatlarını tam 



şəkildə ancaq iqtisadi böhran aradan qaldırıldıqdan sonra əldə edə biləcək. 

Möhkəm və inkişaf etmiş iqtisadiyyata əsaslanmayan siyasi müstəqillik heç 

də real suverenliyin yeganə göstəricisi deyil. Buna baxmayaraq, 

Azərbaycanın müstəqil bir dövlət kimi bərqərar olunmasından sonra 

hakimiyyətə  gələn müxtəlif qüvvələr tərəfindən iqtisadiyyatda köklü 

dəyişikliklər aparılması üçün heç bir şey edilməmişdir və nəticədə, əhalinin 

həyat səviyyəsi olduqca aşağı səviyyəyə düşmüşdür. İqtisadi böhrandan əsas 

çıxış yolu dövlət mülkiyyətinin özəlləşdirilməsindədir, ona görə ki, dövlətin 

iqtisadi sahədə yeganə inhisarçı olduğu şəraitdə heç bir islahatların aparılması 

mümkün deyildir. "Azərbaycan Respublikasında dövlət mülkiyyətinin 

özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının qanununun 1993-cü 

il yanvarın 7-də qəbul edilməsinə və bu qanunun qüvvəyə minməsi haqqında 

qərarla Dövlət  Əmlak Komitəsinin rəhbərliyinə dövlət mülkiyyətinin 

özəlləşdirilməsi haqqında proqramın təqdim edilməsi üçün 1993-cü il martın 

1-dək vaxt verildiyinə baxmayaraq, nə göstərilən müddətdə, nə də sonra bu 

tapşırıqların öhdəsindən gələ bilmədilər. 

1995-ci ilin yanvarında Dövlət  Əmlak Komitəsinin rəhbərliyində 

dəyişikliklər aparılmış və 1995-ci ilin martın 3-də Azərbaycan Respublikası 

prezidenti tərəfindən dövlət özəlləşdirilməsi haqqında proqramın 

hazırlanması üçün xüsusi komissiya yaradılmışdır. 1995-ci il iyunun 24-də 

həmin komissiya öz işini yekunlaşdırmışdır. Dövlət mülkiyyətinin 

özəlləşdirilməsi haqqında proqram hazırlanarkən  əsas amil kimi əhalinin 

həyat səviyyəsinin qaldırılması götürülmüşdür. 1995-1998-ci illəri əhatə edən 

proqramın 

əsas mahiyyətini xüsusi mülkiyyətçilər təbəqəsinin 

formalaşdırılmasına və  nəticədə  səmərəli fəaliyyət göstərən bazarın 

yaradılmasına, xalq təsərrüfatının inhisarlaşdırılmasına və onun strukturunun 

yenidən qurulmasına, ölkənin iqtisadi dövriyyəsinə kapitalın cəlb olunmasına 

və kapitallaşma mexanizminin yaradılmasına, iqtisadi prosesə bütün  



______________________________________________ 

64

 



növ istifadə olunmamış resurslarının cəlb edilməsinə, vətəndaşların 

sahibkarlıq və  işgüzarlıq fəallığının artırılmasına, işgüzarlıq fəaliyyəti üçün 

münbit şəraitin yaradılmasına, inflyasiyanın qarşısının alınmasına və manatın 

alıcılıq qabiliyyətinin artırılmasına yönəldilmiş əməli tədbirlər təşkil edir. 

Bu tədbirlərin nəticəsində maliyyə stabilliyinə,  əhalinin  əmanətlərinin 

artırılmasına və bu əmanətlərin investisiyalara çevrilməsinə, istehsalatın 

canlandırılmasına və iş yerlərinin artırılmasına, nəhayət, vətəndaşların həyat 

səviyyələrinin keyfiyyətcə yaxşılaşdırılmasına nail olmaq olacaq. 

Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 

110-cu maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikasında 1995-1998-ci 

illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında Dövlət proqramı 

təsdiq olunmaq üçün təqdim edilir. Eyni zamanda, qüvvədə olan 

qanunvericiliyə müəyyən dəyişikliklər edilməsi zəruriyyətini nəzərə alaraq, 

"Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi 

haqqında" Azərbaycan Respublikasının qanununa əlavələr və  dəyişikliklər 

haqqında Azərbaycan Respublikasının qanun layihəsi müzakirə üçün təqdim 

edilir. 

 

HEYDƏR ƏLİYEV  

Azərbaycan Respublikasının Prezidenti 

30 iyun 1995-ci il 

  

 



______________________________________________ 

65

 QARA 



DƏNİZ HÖVZƏSİ ÖLKƏLƏRİ  

 

İOTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATI  

 ÜZVLƏRININ DÖVLƏT  VƏ HÖKUMƏT  

 BAŞÇILARININ ZİRVƏ  

 TOPLANTISINDA 

ÇIXIŞ 

  

 Buxarest 



 

 

30 iyun 1995-ci il 



 

 Hörmətli  cənab  sədr,  möhtərəm  dövlət və hökumət  

başçıları,  xanımlar və cənablar! 

İcazə verin, Qara Dəniz  İqtisadi  Əməkdaşlıq Təşkilatının yüksək 

səviyyədə ikinci görüşünün keçirilməsi ilə əlaqədar məmnunluğumu bildirim 

və görüşün işində iştirak edən hörmətli dövlət başçılarını, iştirakçı ölkələrin 

nümayəndə heyətlərinin rəhbərlərini və üzvlərini, nüfuzlu beynəlxalq 

təşkilatların nümayəndələrini salamlayım. Cənab  İliyesku, mən sizi 

görüşümüzün sədri seçilməyiniz münasibətilə  təbrik edirəm və nümayəndə 

heyətimizin mehriban qarşılandığına və ona qonaqpərvərlik göstərildiyinə 

görə, Zirvə toplantımızın işi üçün Buxarestdə yaradılmış gözəl  şəraitə görə 

sizə, Rumıniya hökumətinə  və xalqına səmimi təşəkkürümü bildirirəm. 

Əminəm ki, indiki yüksək səviyyədə ikinci görüş Qara dəniz bölgəsində sülh

sabitlik və tərəqqi naminə ölkələrimizin sıx və səmərəli əməkdaşlığı yolunda 

mühüm mərhələ olacaqdır.. 

Hörmətli xanımlar və  cənablar! Qara Dəniz  İqtisadi  Əməkdaşlıq 

Təşkilatının üzvü olan bir çox ölkələr kimi, Azərbaycan da çətin keçid 

dövrünü yaşayır. Sovet İttifaqı dağıldıqdan və ölkəmiz müstəqillik  əldə 

etdikdən sonra biz demokratik hüquqi dövlət quruculuğu,  əsaslı bazar 

islahatları keçirilməsi yolu seçmişik. 

Belə tarixi dəyişikliklər üçün səciyyəvi olan obyektiv çətinliklərə 

baxmayaraq, biz bu yolda müəyyən nailiyyətlər qazanmışıq. Vətəndaşların 

milliyyətindən, dilindən, dini mənsubiyyətindən, siyasi əqidələrindən asılı 

olmayaraq, Azərbaycanda onların insan hüquqları etibarlı surətdə  təmin 

edilmişdir. Onlarca siyasi partiya, yüzlərlə müstəqil qəzet, informasiya 

agentliyi və  teleşirkət  tam  azadlıq və  plüralizm  şəraitində fəaliyyət  




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə