MüSTƏQİLLİYİMİZ



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə10/164
tarix02.10.2017
ölçüsü3,36 Mb.
#2626
1   ...   6   7   8   9   10   11   12   13   ...   164

______________________________________________ 

31

 



nəticə çıxarmırıq? Nəticə çıxarmaq, düşünmək lazımdır. Düşünmək lazımdır 

ki, daim belə  vəziyyətdə yaşamaq olmaz. Düşünmək lazımdır ki, gərək hər 

kəs öz gücünü, biliyini, zəkasını, bacarığını, təcrübəsini yalnız və yalnız 

Azərbaycanı bu ağır vəziyyətdən çıxarmağa, ancaq buna sərf etsin. O 

insanlar, o qüvvələr, o qurumlar, təşkilatlar ki, Azərbaycanın bu qarmaqarışıq 

dövründə özləri üçün mövqe tutmaq, varlanmaq, cürbəcür yollarla vəzifə əldə 

etmək istəyirlər, onlar xalqa xəyanət edirlər və bunu düşünməlidirlər. 

Son iki ildə Azərbaycan bir neçə dəfə vətəndaş müharibəsinin astanasında 

durub. 1993-cü ilin iyun ayında Azərbaycanda hakimiyyət böhranı, siyasi, 

hərbi böhran başlayıb. Nə üçün başlayıb? O vaxt Ermənistan silahlı qüvvələri 

Azərbaycana ardıcıl hücum edib, torpaqlarımız dalbadal işğal olunub. Bu nə 

üçün baş verib? Bunun kökləri var. Bunun kökləri ondan əvvəlki illərə gedib 

çıxır. Səbəbi də ondan ibarətdir ki, ayrı-ayrı yollarla hakimiyyətə  gəlib, 

vəzifə  əldə edib, onu apara bilməyən adamlar mütləq və mütləq belə bir 

vəziyyətə gəlib düşməlidirlər. 

20 Yanvar faciəsindən sonra Azərbaycanın rəhbərliyində qətiyyət olmadı 

ki, ondan nəticə  çıxarsın və ölkəmizin müstəqilliyi haqqında düşünsün. 

Bunlar hamısı 1992-ci ildə baş vermiş hadisələrə gətirib çıxardı. 20 Yanvar 

ərəfəsində xalq ayağa qaxdı, yəni, 1989-cu ilin sonunda, 1990-cı ilin 

əvvəlində xalq ədalətsizliyə, diktaturaya qarşı etirazını bildirdi. Xalqın bu 

etirazını boğmaq istədilər - boğdular. Sındırmaq istədilər - sındırdılar. Qan 

üstündə hakimiyyət əldə etdilər. 

Belə bir hakimiyyət çox yaşaya bilməzdi. Bu hakimiyyət 1992-ci ildə 

devrildi, hakimiyyətə yeni qüvvələr gəldi. İnsanların bir çoxu onlara inandı. 

Bu, Xalq Cəbhəsidir. Mənim özüm də o vaxt Xalq Cəbhəsinin sağlam 

qüvvələrinə  dəstək verirdim, onları müdafiə edirdim. Çünki mən onların 

müstəqillik yolunda hərəkətləri, diktatura əleyhinə fəaliyyəti ilə həmrəy idim. 

Ancaq onlar hələ hakimiyyəti saxlamaq iqtidarında deyildilər. Ona görə bir il 

müddətində Azərbaycanın başına böyük bəlalar gəldi. Bunu dərk etməli 

idilər. Onların içərisində sağlam qüvvələr var idi, çox idi. Onların bir çoxu 

ayrıldı. Çünki hakimiyyətə gələn həmin insanlar düz yol ilə getmədilər. Ona 

görə də sağlam qüvvələr çəkildi və onlar qüvvədən düşdülər, xalqın etimadını 




______________________________________________ 

32

 



 itirdilər. Bütün bunlar da 1993-cü ilin iyununda olan hakimiyyət, dövlət 

böhranına, hərbi, siyasi böhrana gətirib çıxardı. 

1992-ci ildə də, 1990-cı ilin yanvarında da, 1993-cü ilin iyun ayında da 

Azərbaycanda siyasi böhran oldu. Vəzifədə, hakimiyyətdə olan adamların üç 

dəfə hakimiyyətdən uzaqlaşdırılması yalnız və yalnız xalqın onlara 

etimadının itməsi və xalqın əksəriyyətinin onlara nifrət bəsləməsi ilə əlaqədar 

idi. Başqa səbəb yox idi. Burada doğru deyildi, - 1993-cü ildə Surət 

Hüseynov öz hərbi dəstəsi,  ətrafına topladığı quldur dəstələri ilə 

Azərbaycanda sabitliyi pozdu. Əgər dövlət başçıları Azərbaycanda 

hakimiyyəti doğrudan da idarə etməyə qadir, xalqın dəstəyinə malik ola 

bilsəydilər, dövləti müdafiə edə bilsəydilər, Surət Hüseynovun quldur 

dəstəsinin gəlib Azərbaycanı dağıtmağa, vətəndaş müharibəsi salmağa 

imkanı olmazdı. Bu hadisə  məhz ona görə baş verdi ki, hakimiyyətdə olan 

şəxslər bir tərəfdən idarə etməyə qadir deyildilər, digər tərəfdən xalqın 

etimadını itirmişdilər, xalqın nifrətini qazanmışdılar. 

Biz belə bir şəraitdə sizinlə  bərabər işə başladıq, Azərbaycanı  vətəndaş 

müharibəsindən xilas etdik. Bu, həqiqətən belə idi, 1993-cü ilin iyun ayında 

Azərbaycan dəhşətli bir fəlakət qarşısında idi. Bəlkə də kənarda olan adamlar 

bunun dərinliyini, təhlükəsini o qədər də bilmirdilər. Ancaq mən Bakıya 

gələndən, bu məsələləri bir neçə gün təhlil edəndən sonra respublikamızın, 

xalqımızın nə  qədər böyük uçurum, fəlakət qarşısında olduğunu dərk 

etdim.Yalnız və yalnız buna görə  mən respublika Ali Sovetinin sədri 

vəzifəsinə seçilməyə razılıq verdim. Bir daha demək istəyirəm ki, mən 

buraya öz istəyimlə  gəlmədim, mübarizə edərək, kimisə  yıxmaq üçün 

gəlmədim. Məni bura dəvət etdilər, xalq dəvət etdi. Xalq nümayəndələri 

dəstə-dəstə mənim yanıma gəldilər, dəvət etdilər. Ancaq bura  gələndən sonra 

da mən bir həftə fikirləşdim, düşündüm, yalnız ondan sonra razılıq verdim. 

Amma sonra nə oldu? İki gün sonra respublikanın prezidenti Əbülfəz 

Elçibəy, əgər hərbi dildə desək, səngəri, öz iş yerini atdı, gizli olaraq Bakıdan 

qaçdı, Kələki kəndində yerləşdi. İndi təsəvvür edin, mən burada tək qaldım. 

Prezident yox, baş nazir yox. Ali Sovetin sədri kimi belə bir ağır vəziyyətdə 

qaldım.  Əgər  Əbülfəz Elçibəy prezident kimi öz vəzifəsini doğrudan da 

müdafiə edə bilsəydi və burada qalsaydı, şübhəsiz ki, mən onunla əməkdaşlıq 

edə bilərdim. Ancaq təəs- 




______________________________________________ 

33

 



süf ki, o, xalqı da aldatdı, məni də aldatdı. Ona görə  də gedib iki il 

müddətində  Kələkidə oturub, həftədə bir bəyanat, müsahibə verməyə, ayrı-

ayrı mülahizələr söyləməyə onun mənəvi haqqı yoxdur. Xalq ona düz-əyri, 

etimad göstərmişdi. Prezident seçilmişdi, hakimiyyət, dövlət onun əlində idi. 

Dövləti başsız qoyub qaçan adamın indi yenə də siyasi fəaliyyət göstərməyə 

hüququ, mənəvi haqqı varmı? Yoxdur. 

Eləcə  də ondan əvvəlki prezident Mütəllibovu götürək. Böyük 

günahlarına görə, xalqın təzyiqi altında, xalqın nifrətinə görə, xalqın 

etimadını tamamilə itirdiyinə görə o, 1992-ci ilin mart ayında istefa verib. 

Ancaq sonra bir neçə quldur dəstəsinin, qrupunun iradəsi ilə yenidən vəzifəyə 

qayıtmaq eşqinə düşdü. Həm də bu, təkcə onun fikri deyildi. Bu, çox böyük 

siyasi bir oyun idi. O siyasi oyunun da qurbanı - bəli, burada doğru dedilər - 

Şuşa, Laçın oldu. Bəli, Rəhim Qazıyev xaricdə Azərbaycana qarşı düşmən 

olan ayrı-ayrı qüvvələrlə, Mütəllibovla birlikdə  Şuşanı  və Laçını qurban 

verdilər ki, guya belə bir şəraitdə Mütəlibov yenidən hakimiyyətə gələcək və 

xarici qüvvələrdən kimsə bunların qaytarılmasına kömək edəcək, onun 

hakimiyyətini möhkəmləndirəcəkdir. 

Mütəllibov da qaçıb. O da Rusiyanın hərbi təyyarəsinə minib üç il bundan 

əvvəl buradan gizli qaçıb.  Əgər sən öz Vətənini, torpağını, vətəndaşlarını, 

ətrafında olan adamları qoyub qaçmısansa, indi Azərbaycan haqqında söz 

deməyə hansı haqqın var? İndi ona buradan vəsait, pul göndərənlər, onunla 

əlaqə saxlayanlar düşünürlərmi ki, bunların axırı yoxdur? Ona görə yox ki, ya 

Mütəllibov, ya da Əbülfəz Elçibəy mənim üçün pis adamlardır. Ona görə ki, 

onlar artıq xalqın etimadını itirmiş adamlardır. Bunu anlamalıdırlar və 

siyasətdən geri çəkilməlidirlər. 

O ki qaldı 1993-cü ilin iyun ayından bu tərəfə gedən hadisələr, bəli, 

iyunda vətəndaş müharibəsinin qarşısı alındı. Biz respublikada sabitlik 

yaratmaq istədik. Ancaq ayrı-ayrı qüvvələr buna imkan vermədilər. 

Azərbaycanın cənub bölgəsində Əlikram Hümbətov kimi yaramaz bir insan 

respublikanı parçalamağa cəhd göstərdi. Bilirsiniz, respublikamızda gedən 

proseslərin qəribə cəhətləri var. Belə bir yaramaz insan respublikanın bir neçə 

rayonunu silah gücü ilə  əlinə keçirmişdi.  Şübhəsiz ki, bunlar - Surət 

Hüseynov, Rəhim Qazıyev, Moskvadan Mütəllibov və xaricdən ayrı-ayrı 

qüvvələr bir-biri ilə bağlı idi. 




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə