MüSTƏQİLLİYİMİZ



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə9/164
tarix02.10.2017
ölçüsü3,36 Mb.
#2626
1   ...   5   6   7   8   9   10   11   12   ...   164

______________________________________________ 

28

 



YEKUN NİTQİ 

 

 Hörmətli toplantı iştirakçıları! 



İkinci gündür ki, biz respublikamızın həyatı üçün çox zəruri, vacib olan 

mühüm məsələləri burada müzakirə edirik. Bu müzakirədə iştirak etmək üçün 

çox adamlar yazılıb. Bizə verilən müraciətlərin sayı 100-dən artıqdır. Yerdən 

də  səslənib söz demək, çıxış etmək üçün müraciət edənlər var. Ancaq əgər 

danışmaq istəyənlərin hamısına burada söz versək, gərək işimizi üç-dörd gün 

də davam etdirək. Güman edirəm ki, iki gün bizim üçün yetərlidir. Etiraz 

etməsəniz mən bu toplantının işinə yekun vurmaq mərhələsinə keçərəm. 

Ancaq burada söz demək istəyən hər bir adam şübhəsiz ki, ürəyində, 

qəlbində olan hissləri bildirmək, fikirlərini, mülahizələrini çatdırmaq, 

təkliflərini vermək arzusundadır. Bunlar hamısı  dəyərlidir. Belə düşünürəm 

və güman edirəm ki, siz də bununla razı olarsınız ki, biz bu toplantının 

davamını televiziyada aparaq. Dünən və bu gün çıxış etmək üçün yazılı 

surətdə müraciət edənlərin siyahısını Prezident Aparatına və Dövlət Teleradio 

Verilişləri  Şirkətinə verəcəyəm. Xahiş edəcəyəm ki, onlar bu toplantının 

davamı kimi bir rubrika açsınlar. Hökm deyil ki, bu adamlar gəlib orada çıxış 

etsinlər. Kimin harada imkanı varsa, bu toplantının, müzakirənin davamı 

olaraq öz sözlərini televiziya vasitəsilə xalqımıza çatdırsınlar. 

İki gün müddətində gedən müzakirə, çıxışlar bir həqiqəti tam bəyan, 

təsdiq etdi ki, respublikamızda  əmin-amanlıq, sabitlik, sülh şəraiti hər bir 

vətəndaş, dövlətimiz üçün, xalqımızın bu ağır mərhələdən müvəffəqiyyətlə 

keçməsi üçün lazımdır. Çıxışların hamısının ümumi məzmunu ondan 

ibarətdir ki, xalqımız, ictimaiyyətin tam əksəriyyəti Azərbaycanın 

müstəqilliyinin qorunub saxlanmasının tərəfdarıdır və nəinki tərəfdarıdır, bu 

arzularla, istəklərlə yaşayır və Azərbaycanın müstəqilliyinin qorunması üçün 

hərə öz payını verməyə, öz səyini göstərməyə hazırdır. 

Müzakirənin məzmunu onu göstərdi ki, ictimaiyyətimiz, xalqımız 

dövlətçiliyə, müstəqli Azərbaycanın dövlətinə zidd olan bütün hərəkətlərin 

qarşısını almağa qadirdir və dövlətçiliyimizi sarsıtmaq, ona zərbə vurmaq 

istəyən qüvvələri pisləyirlər, lənətləyirlər və onların qarşısına çıxmağa 

hazırdırlar, bundan sonra belə halların yolverilməzliyini tam dərk edirlər. 

Bütün çıxışlarda respublikanın dövlətinin, Prezidentin apar- 



______________________________________________ 

29

 



dığı siyasət müdafiə olundu, dəstəkləndi. Burada çox xoş arzular, istəklər 

bildirildi. Mən bunları bu gün və  gələcək işimiz üçün əhəmiyyətli bir hal 

hesab edirəm. Çünki müstəqil respublikamızın dövləti və Prezidenti yalnız və 

yalnız xalqa, Azərbaycanın vətəndaşlarına güvənirlər. Sizin, xalqımızın 

dəstəyi, sizin, xalqın dayağı  şübhəsiz ki, dövlət üçün və bir Prezident kimi 

mənim üçün çox böyük köməkdir. Buna görə mən sizə və bütün Azərbaycan 

xalqına, bütün vətəndaşlarımıza hörmətimi, ehtiramımı  və  təşəkkürümü 

bildirirəm. 

Mənim haqqımda burada xoş sözlər deyildi. Sağ olun. Güman edirəm ki, 

bunların  əksəriyyəti səmimi sözlər, içdən, qəlbdən gələn sözlərdir. Ancaq 

eyni zamanda bildirmək istəyirəm ki, mənim həyatım da, fəaliyyətim də 

yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, 

ölkəmizin bu ağır vəziyyətdən çıxmasına həsr olunacaqdır. Mənim başqa 

məqsədim, amalım yoxdur. Bunu isə  mən xalqla birlikdə, xalqın dəyərli 

insanları, hörmətli adamları ilə, xalqın irəli çəkdiyi nümayəndələri ilə birlikdə 

edə bilərəm. Güman edirəm ki, dünənki və bugünkü müzakirələr gələcəkdə 

də bizim həmrəy olmağımız üçün əsas yaradır və qarşımızda duran 

vəzifələrin öhdəsindən bərabər gəlmək üçün imkan verir. Ancaq bir şeyi 

bilməlisiniz ki, mən Azərbaycanda bütün məsələlərin demokratiya yolu ilə 

həll olunmasının tərəfdarıyam. Demokratiya dövlətçiliyimizin  əsasını  təşkil 

edəcəkdir. Demokratik prinsiplər bu günümüzün, gələcəyimizin əsasını təşkil 

edəcəkdir. Sizin bu təklifləriniz, arzularınız mənim üçün çox xoşdur ki, 

Heydər Əliyev daimi, yaxud ömürlük prezident olsun. Ancaq bilin ki, mən nə 

ömürlük prezident, nə də daimi prezident olmaq arzusundayam. Mən ancaq 

və ancaq xalqın etimadını doğruldan günə qədər bu vəzifəni tutmalıyam. 

Demokratik prinsiplər həyatımın, fəaliyyətimin  əsasını  təşkil edir. Allah 

imkan versin ki, mən bu prezidentlik səlahiyyəti dövrünü başa çatdıra bilim. 

Gələcəkdə isə, şübhəsiz ki, demokratik şəraitdə yeni prezident seçkiləri təyin 

olunacaqdır. O vaxt xalq kimə etimad göstərsə, o da prezident ola bilər. 

Şübhəsiz ki, əgər sağlıq olsa, mən də yenidən prezident seçilmək haqqında 

düşünə bilərəm. 

Ancaq bunlar hamısı bizim üçün uzaq gələcəkdir.  İndi biz bu günlər 

haqqında və qarşımızda duran vəzifələr barədə düşünməliyik.  Əgər bu gün 

qarşımızda duran vəzifələri layiqincə yerinə yetirə bilsək,  Azərbaycan xalqı, 

respublikası, müstəqil  



______________________________________________ 

30

 



dövlətimiz üçün gələcəkdə daha gözəl  şərait yarada bilərik. Həmin  şəraitdə 

hər şey çox asanlıqla həll olunacaq - nə zor olacaq, nə çevriliş olacaq, nə də 

ki ayrı-ayrı insanların siyasi ambisiyaları, iddiaları olacaq. Həqiqət,  ədalət, 

demokratiya, düzlük, əmin-amanlıq olacaq. Mən buna əminəm. 

Biz son illər ərzində Azərbaycanda gedən prosesləri təhlil etdik. Burada 

dövlət nümayəndələrinin çıxışlarında verilən məlumatlarda və müzakirə 

iştirakçılarının, natiqlərin çıxışlarında bu illərdə gedən proseslər və baş 

vermiş hadisələr həm yada salındı, həm təhlil edildi, həm də onlara siyasi 

qiymət verildi. 

Azərbaycan xalqı, respublikamız 1988-ci ildən ağır, faciəli bir həyat 

keçirir. Bunun əsas səbəbi Ermənistan tərəfindən Azərbaycana qarşı edilən 

hərbi təcavüz, respublikanın bu təcavüzün qarşısını ala bilməməsi nəticəsində 

baş vermiş faciələr, hadisələr - torpaqlarımızın bir qisminin işğal olunması, 

bir milyondan çox vətəndaşımızın öz yerindən-yurdundan, elindən-obasından 

didərgin düşməsi və  qəhrəman insanlarımızın Vətən, torpaq yolunda həlak 

olması, itməsidir. 

Bu gün mən Vətənimizin, torpaqlarımızın müdafiəsi yolunda, 

Azərbaycanın müstəqilliyi uğrunda qurban getmiş  şəhidləri bir daha böyük 

ehtiram hissi ilə yad edirəm, onların ruhu qarşısında baş  əyirəm. Bəyan 

edirəm ki, mənim həyatda  ən böyük və  şərəfli vəzifəm xalqı bu ağır 

vəziyyətdən çıxarmaqdan, bu əvəzsiz itkilərin və yaraların sağalmasını təmin 

etməkdən ibarət olacaqdır. Əminəm ki, biz buna nail ola biləcəyik. 

Ancaq Ermənistanın təcavüzü ilə  əlaqədar ölkəmizin başına gələn 

bəlalarla yanaşı, respublikamızın daxilində gedən ictimai-siyasi proseslər və 

dağıdıcı hərəkətlər də Azərbaycana çox ağır zərbələr vurmuşdur. Bu barədə 

geniş danışıldı -dünən də, bu gün də. Mən onu qeyd etmək istəyirəm ki, üç il 

yarımdır biz müstəqil yaşayırıq; bu müstəqilliyin ilk addımlarını atırıq. Üç il 

yarımdır Azərbaycanın daxili vəziyyətini, sabitliyi pozmağa cəhdlər 

göstərilir. Düşünmək lazımdır, məgər Ermənistanın təcavüzün, Azərbaycanın 

dəyərli övladlarının həlak olması, torpaqlarımızın itirilməsi bəs deyilmi? 

Məgər 1990-cı ilin 20 Yanvar faciəsi - Azərbaycana qarşı edilən hərbi 

təcavüz və ölkəmizin müstəqillik yolunda atdığı addımların qarşısının 

alınması, verdiyimiz itkilər bəs deyilmi? Başımıza gələn bəlalar bəs deyilmi? 

Nə üçün biz bunlardan  




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə