MüSTƏQİLLİYİMİZ



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə5/164
tarix02.10.2017
ölçüsü3,36 Mb.
#2626
1   2   3   4   5   6   7   8   9   ...   164

______________________________________________ 

16

 



 "AZƏRBAYCAN RESPUBLİKASINDA 

 

İNSAN İNKİŞAFI HAQQINDA HESABAT" 

 

KİTABININ TƏQDİMAT MƏRASİMİNDƏ 

  

ÇIXIŞ 

 

 



"Hyatt Recensi - Naxçıvan" mehmanxanası  

 

15 iyun 1995-ci il 



 

Hörmətli cənab Mahmud əl-Səid! 

Hörmətli cənab Paolo Lembo! 

Hörmətli xanımlar və cənablar! 

Bu gün həyatımızda  əlamətdar hadisə baş verir. BMT-nin ölkəmizdəki 

nümayəndəliyi Azərbaycan Respublikasında insan inkişafı haqqında ilk 

hesabat hazırlayıb, onu kitab şəklində ictimaiyyətə və bütün dünyaya təqdim 

edir. Mən buna görə BMT-nin Azərbaycandakı nümayəndələrinə 

təşəkkürümü bildirirəm, onları, bütün ictimaiyyətimizi və buraya 

toplaşanların hamısını bu əlamətdar hadisə münasibətilə təbrik edirəm. 

Bu il dünya ictimaiyyəti planetimizin bütün xalqları  və dövlətləri üçün 

yüksək beynəlxalq təşkilat olan BMT-nin 50 illik yubileyini qeyd edir. Biz 

çox məmnunluq və xoşbəxtlik hissi duyuruq ki, Azərbaycan Respublikası 

artıq müstəqil dövlət kimi yaşayaraq bu nüfuzlu beynəlxalq təşkilatın 

bərabərhüquqlu üzvüdür və ölkəmizin çoxəsrlik tarixində, suveren 

Azərbaycanın həyatında ilk dəfə olaraq mühüm sahəyə - insan inkişafına aid 

məsələlər Birləşmiş Millətlər Təşkilatı tərəfindən təhlil olunub və bu barədə 

hesabat kitabı hazırlanıbdır. Bunu biz Azərbaycanın keçmişini və bu gününü 

dünyada tanıtmaq üçün mühüm vasitə kimi qəbul edirik. 

Azərbaycan gənc müstəqil dövlətdir.  İndiki müstəqillik dövründə 

respublikamız çox çətin proseslərlə qarşılaşıbdır. Ona görə də Azərbaycanın 

həm tarixi keçmişinin, həm də bu gününün olduğu kimi bütün dünyada 

tanınması  gənc müstəqil dövlətimizin qarşısında duran vəzifələrin həyata 

keçirilməsi üçün mühüm vasitə olacaqdır. 

Cənab Mahmud əl-Səid və  cənab Paolo Lembo burada Azərbaycanın 

böyük keçmişi, zəngin mədəniyyəti və bu günü haqqında  əldə  etdikləri 

məlumatlar əsasında dəyərli fikirlər  



______________________________________________ 

17

 



söylədilər. Biz arzu edirik ki, Azərbaycan haqqında həqiqətlər bütün dünyaya 

çatdırılsın. 

Birləşmiş Millətlər Təşkilatının fəaliyyəti çoxşaxəli və çoxistiqamətlidir. 

Onun əsas sahələrindən biri insan inkişafına aid problemlərin təhlili və həlli 

ilə bağlıdır. Azərbaycan Respublikası öz indiki həyat  şəraitində  məhz bu 

sahəyə ciddi maraq göstərir. Biz dərk edirik ki, planetimizin ən dəyərli sərvəti 

insanlardır. Yer kürəsində hər şey insanların yaşaması, dünya nemətlərindən 

faydalanması  və  həm maddi, həm də  mənəvi cəhətdən yüksək səviyyədə 

inkişafı üçündür. Təbiət də, yerin təki də, onun üstündə olan sərvətlər də

dövlət də insan və xalq üçündür. Bütün təşkilatlar da insanın bu günü və  

gələcəyi üçündür. Ona görə  də insan inkişafı ilə bağlı problem dünyada ən 

vacib məsələdir. Azərbaycan Respublikası buna çox böyük diqqət göstərir. 

 Biz  Birləşmiş Millətlər Təşkilatının insana, əhaliyə  və inkişafa aid son 

vaxtlar təşkil etdiyi böyük beynəlxalq toplantıların - 1994-cü ilin 

sentyabrında Qahirədə  və bu ilin martında Kopenhagendə  keçirilmiş  

görüşlərin  iştirakçısı  olduq.  Bunu özümüz üçün böyük bir vəzifə hesab 

edirik. Bizim bu istiqamətdə bütün fəaliyyətimiz Azərbaycanda yaşayan hər 

bir insanın, hər bir vətəndaşın inkişaf problemləri ilə əlaqədardır. 

Bu gün təqdim olunan kitabda Azərbaycanın çoxminillik tarixinin, zəngin 

mədəniyyətinin, milli ənənələrinin və nailiyyətlərinin  əks olunması böyük 

məmnunluq doğurur. Xalqımızın keçdiyi tarixi yol, əldə etdiyi mədəni, 

intellektual potensial, inkişaf səviyyəsi böyük mədəni sərvətimizdir. Biz öz 

tariximizlə  fəxr edirik. Biz Azərbaycan xalqının  əsrlər boyu dünya 

sivilizasiyasına verdiyi töhfələrlə fəxr edirik. Bunların hamısı bu günümüz və 

gələcəyimiz üçün gözəl təməldir. 

Bu gün bizim həyatımızda çox böyük və  əzab-əziyyətli proseslər gedir. 

Doğrudur, xalqımız milli azadlığını  əldə edib, Azərbaycan Respublikası 

müstəqillik qazanıbdır. Ancaq bu tarixi nailiyyətlər çox çətin proseslərlə 

üzləşmişdir. Biz böyük keçid dövrünü yaşayırıq. Bu mərhələnin çoxlu 

çətinlikləri var. Onların aradan qaldırılması, Azərbaycanın müstəqil dövlət 

kimi yaşaması  və inkişaf etməsi bizim əsas vəzifəmizdir. Bu dövrü 

müvəffəqiyyətlə yaşamaq və xalqımızı xoşbəxt gələcəyə  çıxarmaq üçün biz 

dempkratiya yolu ilə gedirik, ölkəmizdə demokratik, hüquqi dövlət qururuq. 

Respublikamızın iqisadiyya- 




______________________________________________ 

18

 



tında ciddi dəyişikliklər, islahatlar aparırıq, bazar iqtisadiyyatına keçirik, 

özəlləşdirmə proqramını müzakirə edirik. 

Dövlətimizin, ölkəmizin, cəmiyyətimizin demokratiya və bazar 

iqtisadiyyatı yolu ilə getməsi bizim strateji məqsədlərimizdir.  İndiyədək bu 

sahədə xeyli işlər görülüb. Ancaq hələ qarşımızda çox böyük vəzifələr vardır. 

Onların layiqincə yerinə yetirilməsi ölkəmizin və xalqımızın xoşbəxt 

gələcəyini təmin edəcəkdir. 

1995-ci il BMT-nin 50 illik yubileyi ilidir. O, Azərbaycan üçün də çox 

əlamətdardır. Bu il müstəqil Azərbaycanın parlamentinə ilk demokratik 

seçkilər keçiriləcək və respublikamızın ilk demokratik konstitusiyası  qəbul 

ediləcəkdir. Bilirsiniz ki, parlament seçkiləri noyabrın 12-nə təyin olunubdur. 

Həmin gün respublikamızın ilk demokratik konstitusiyasının qəbul olunması 

üçün referendum keçiriləcəkdir. Bu barədə lazımi fərmanlar və qərarlar qəbul 

edilib və elan olunubdur. Bunlar bizdən gərgin işləməyi tələb edir. Əminəm 

ki, biz bu işlərin öhdəsindən gələcəyik. 

Ancaq bu keçid dövründə  həyatımızı  çətinləşdirən, ağırlaşdıran və bu 

mərhələdə  tədbirlərin müvəffəqiyyətlə keçirilməsinə mane olan ən böyük 

problem Ermənistanın Azərbaycana qarşı 

təcavüzü nəticəsində 

respublikamızın düşdüyü vəziyyətdir. 

Azərbaycanın  ərazisinin bir qismini ələ keçirmək üçün Ermənistan 

Respublikası yeddi il öncə ölkəmizə qarşı  təcavüzə başlayıbdır. Bu hərbi 

münaqişə və Ermənistanın Azərbaycana qarşı təcavüzü yeddi ildir ki, davam 

edir. Azərbaycan xalqı böyük itkilər veribdir. İnsanlar həlak olub, şəhərlər, 

qəsəbələr, kəndlər, evlər, abidələr, xalqımızın  əsrlər boyu yaratdığı  dəyərli 

mədəniyyət nümunələri dağıdılıb, məhv edilibdir. 

Azərbaycan  ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən 

işğal edilibdir. Bu ərazilərdən bir milyondan artıq vətəndaşımız qovulub, 

qaçqın düşüb və çox ağır  şəraitdə yaşayır. Ermənistanın Azərbaycana qarşı 

təcavüzü respublikamızda əhalinin sosial-iqtisadi vəziyyətini həddindən artıq 

kəskinləşdirib, insanların yaşayışını  çətinləşdiribdir. Qaçqınlarımızın 

əksəriyyəti çadırlarda yaşayır, ağır şəraitdədir. Bütün bunlar insan inkişafına 

aid çox ciddi, mühüm problemlərdir. Birləşmiş Millətlər Təşkilatının 

humanitar sahələrdə Azərbaycana göstərdiyi yardıma, xüsusən də 

qaçqınlarımıza etdiyi maddi və  mənəvi  köməyə görə  təşəkkürümü 

bildirirəm. Eyni zamanda  




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə