MüSTƏQİLLİYİMİZ



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə6/164
tarix02.10.2017
ölçüsü3,36 Mb.
#2626
1   2   3   4   5   6   7   8   9   ...   164

______________________________________________ 

19

 



onu da qeyd etməyi lazım hesab edirəm ki, ayrı-ayrı respublikalarda və 

regionlarda insan inkişafına dair məsələlər təhlil olunarkən və bu barədə 

nəticələr çıxarılarkən Azərbaycanın belə bir ekstremal, fövqəladə  şəraitdə 

olması mütləq nəzərə alınmalıdır. 

Dünyanın hər bir ölkəsində insan inkişafına dair özünəməxsus problemlər 

mövcuddur.  Şübhəsiz ki, iqtisadi cəhətdən tərəqqi etmiş ölkələrdə  əhalinin 

sosial vəziyyəti yüksəkdir və insanın inkişafı da beynəlxalq səviyyədədir və 

ya ona yaxındır.  İqtisadi cəhətdən zəif olan ölkələrdə isə insanlara aid 

problemlər də çoxdur və şübhəsiz ki, onların həyat səviyyəsi də aşağıdır. 

Bildiyiniz kimi, Azərbaycan Respublikası böyük iqtisadi potensiala malik 

bir ölkədir. Burada qeyd olunduğu kimi, ölkəmizin zəngin mədəni irsi vardır. 

Əgər müharibə, Ermənistanın təcavüzü olmasaydı, Azərbaycan insanın 

inkişafı üçün lazım olan vəzifələrin  əksəriyyətini qısa müddətdə yerinə 

yetirməyə qadirdir. Ona görə  də Azərbaycanda insan inkişafı haqqında 

hesabatlar, məlumatlar - elə bu kitabın hazırlanması zamanı bu məsələlər 

xüsusi yer tutmalıdır. Çünki Azərbaycan Respublikasında insan inkişafına aid 

problemlərə qiymət verərkən, bu məsələləri dünya standartları ilə müqayisə 

edərkən və  gələcək haqqında mülahizələr söyləyərkən bunlar nəzərə 

alınmasa, şübhəsiz ki, gələcək üçün hazırlanan proqram o qədər də əsaslı ola 

bilməz. 


Mən təqdim olunan bu kitabı yüksək dəyərləndirirəm, beynəlxalq 

təşkilatın Azərbaycan üçün hazırladığı ilk hesabat olduğuna görə onu xüsusi 

qiymətləndirirəm. Ancaq təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, 

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü bu kitabda geniş şəkildə öz 

əksini tapmayıb, bu hərbi təcavüz ilə əlaqədar respublikamızda sosial-iqtisadi 

yəziyyətin ağırlaşması, adamların yaşayışının kəskinləşməsi, insan inkişafına 

dair problemlərin həllinin çətinləşməsi məsələsi bu kitabda lazımi qədər 

göstərilməyibdir. 

Bu kitab ilk addım olduğuna görə, şübhəsiz ki, çatışmazlıqları bağışlamaq 

olar. Ancaq arzu edirəm ki, Azərbaycana məxsus olan bu amil gələcək 

tədqiqatlarda, sənədlərdə mütləq və mütləq öz əksini tapsın. O, BMT-nin 

bütün sənədlərinə, xüsusən də Azərbaycanın sosial-iqtisadi vəziyyətinə, insan 

inkişafına aid olan sənədlərində mütləq göstərilməlidir.  Əgər bunlar  əks 

olunmasa həqiqi mənzərə müəyyənləşdirilə bilməz və  




______________________________________________ 

20

 



Azərbaycan Respublikasının düşdüyü vəziyyətlə əlaqədar olan münasibət də 

şübhəsiz ki, mükəmməl ola bilməz. 

Mənə belə gəlir ki, kitabda göstərilən bəzi statistik məlumatların da dövlət 

statistika orqanlarının məlumatları ilə uyğunlaşdırılması onu daha da 

zənginləşdirərdi. 

Dünya təcrübəsində  bəzi  şeyləri qiymətləndirərkən adətən müqayisədən 

istifadə olunur. 

Azərbaycanın vəziyyətini dəyərləndirmək və onun barəsində lazımi 

nəticələr çıxarmaq üçün başqa bir ölkə ilə müqayisə aparılarkən Ermənistanın 

təcavüzü nəticəsində respublikamızın düşdüyü vəziyyət mütləq nəzərə 

alınmalıdır. Mən bu tövsiyələri nəinki bu kitabı hazırlayanlara, eləcə də bütün 

digər tədqiqatçılara verirəm. Bu məsələlərdə kimin tərəfindən olursa-olsun 

subyektivliyə yol vermək olmaz. Bununla yanaşı, bir daha qeyd etmək 

istəyirəm ki, indi təqdim olunan kitab Azərbaycan Respublikasının həyatında 

böyük hadisədir. 

BMT-nin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətini mən yüksək 

qiymətləndirirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu nüfuzlu 

beynəlxalq təşkilatın, habelə iri maliyyə  təsisatlarının, digər beynəxalq 

qurumların respublikamıza yardımı bundan sonra da artacaqdır. 

Mayın 29-da Birləşmiş Millətlər Təşkilatının himayəsi altında Paris 

şəhərində keçirilən toplantıda Azərbaycan haqqında qəbul olunmuş  qərarlar 

da vaxtında yerinə yetiriləcəkdir. Bunların hamısı respublikamızın ağır 

vəziyyətdən çıxmasına kömək edəcəkdir. 

Mən Ermənistanın Azərbaycana qarşı  təcavüzü barədə danışdım. Eyni 

zamanda məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, atəşkəs haqqında 

əldə olunmuş razılığa on üç aydır  əməl edilir. İndi biz atəşkəs rejimi 

şəraitində yaşayırıq. Ağır müharibə 

vəziyyətində ölkəmizin, 

vətəndaşlarımızın on üç aydan bəri davam edən atəşkəs rejimində yaşaması 

mənə belə gəlir ki, təqdirəlayiqdir. Bu dövrdən müharibəyə son qoymaq üçün 

istifadə olunmalıdır. Biz buna çalışırıq. Bu dövrdə Böyük Sülh Sazişi  əldə 

edilməlidir. Biz məhz bu istiqamətdə fəaliyyət göstəririk. Mən bir daha bəyan 

edirəm ki, biz atəşkəs rejiminin saxlanılmasına həmişə sadiq olacağıq. Eyni 

zamanda ATƏT-in Minsk konfransı  çərçivəsində sülh danışıqlarının sürətlə 

aparılmasını istəyirik. 

Bu gün - iyunun 15-də Helsinki şəhərində Minsk qrupunun növbətı  

iclası,  Ermənistan - Azərbaycan hərbi münaqişəsinin  



______________________________________________ 

21

 



sülh yolu ilə aradan qaldırılması üçün danışıqlar başlanıbdır. Biz həmin 

danışıqlara öz nümayəndəmizi  əməli prinsiplər  əsasında hərəkət etmək 

tapşırığı ilə göndərmişik, sülh danışıqlarında müəyyən irəliləyişə nail 

olunmasına çalışırıq və bundan sonra da çalışacağıq. 

Yenə də qeyd edirəm, ola bilsin ki, 1995-ci il bizim üçün tarixi il olsun. 

Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bu il Böyük Sülh Sazişi əldə 

edilsin, müharibəyə son qoyulsun, respublikamızın ilk demokratik parlamenti 

seçilsin və yeni Konstitusiyası  qəbul edilsin, iqtisadi islahatlar aparılsın və 

özəlləşdirmə proqraının həyata keçirilməsinə başlansın, ölkəmizin bütün 

dünya dövlətləri ilə, beynəxalq təşkilatlarla  əlaqələri daha da sıx olsun və 

inkişaf etdirilsin. Bunlar yalnız arzular deyil, Azərbaycanın qarşısında duran 

vəzifələrdir. Mən sizi əmin etmək istəyirəm ki, bu vəzifələrin həyata 

keçirilməsi üçün biz əlimizdən gələni əsirgəməyəcəyik. 

Hazırlanmış bu kitabın təqdimatı münasibətilə sizin hamınızı bir daha 

təbrik edirəm. Birləşmiş Millətlər Təşkilatına öz yüksək fəaliyyətində uğurlar 

arzulayıram və onun Azərbaycandakı nümayəndəliyinə müvəffəqiyyətlər 

diləyirəm. Sağ olun! 



Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə