R E S E N Z İ Y A L A R
98
olan V.Bartoldun sözünün mötəbərliyinə şüb-
hələnmək qeyri-elmi görünərdi. «Qopuz çalan,
nəğməkar – şaman Qorqudun haqqındakı əfsa-
nənin mənşəyi necə olur-olsun, Qorqudun adı
ilə bağlı bu epik silsilə, çətin ki, Qafqaz mühi-
tindən kənarda yaradıla bilərdi. Müəllif doğru
olaraq qeyd edir ki, dastandakı hadisələri kon-
kret coğrafiyadan uzaqlaşdırıb Türküstan (Orta
Asiya), Anadolu və Qafqaz koordinatları içində,
Sırdərya, Dəclə və s. Qara dəniz sahilləri arasında
labirint düzəldənlər var (s.50, 255–359). Bu hal-
da dastandakı hadisələrin real hərəkət xətti
əsas götürülmür. Türkoloq isə reallıqlara əsas-
lanaraq dastanda baş verən hadisələrin məka-
nını aydınlaşdırır. Tarixən türklərin yaşadığı
ərazilər yer adları, toponimlər əsasında müəy-
yənləşdirilərək yazılır: «“Dədə Qorqud kita-
bı”ndakı tarixi hadisələrin və bədii süjetin coğ-
rafiyası barədə, mübahisə olsa da, ümumi fikir
birliyi vardır. Şübhəsiz, dastan konkret bir za-
man kəsiyində yaranmadığı kimi, onu mütləq
coğrafi koordinata yerləşdirmək zorakılıq sa-
yılardı. Bu, oğuznamədir; oğuzlar tarixən müx-
təlif ərazilərdə dövlətlər yaratdığından burada
oğuzların tarixi coğrafiyasının izləri görünmə-
lidir. Oğuzların tarixi coğrafiyası, Sibiri çıx-
maqla, təxminən bugünkü türk dövlətlərini
əhatə edir. Həmin coğrafiyada çoxlu oğuzna-
mələr yaranmışdır. Əlimizdə olan əsər, deyil-
diyi kimi, məhz Azərbaycan oğuznaməsidir»
(s.12). Bununla da, dastanın fiziki-relyef coğ-
rafiyası haqqında fikirlər təhlil edilir, qorqud-
şünasların fikrinə əsaslanaraq yazılır ki, həmin
coğrafiya tarixi bugünkü Azərbaycandır.
Əsərdə dastanın yazıya alınma tarixi də
çox dəqiq şəkildə əsaslandırılmışdır. Məlum-
dur ki, əldə olan mənbələrdə, xüsusən Türkiyə
qorqudşünaslarının fikrincə, dastanın Drezden
nüsxəsi XVI əsrin yazı nüsxəsi sayılır. Bunun
səbəbləri əsərdə dəqiqləşdirilərək yazılır ki, dil
faktları da həmin tarixi göstəriciləri təsdiqləyir
ki, hadisələr islamdan əvvələ gedir. Ümu-
miyyətlə, Türkiyə qorqudşünasları dastanların
XIV–XVI əsrlərdən əvvəl yarandığını qəti
rədd edirlər. Müəllif bunun səbəblərini aydın-
laşdıraraq yazır ki, qədimliyə şübhə edən tür-
kiyəli mütəxəssislər, görünür, abidənin içindən
çox, əlyazmanın üstünü əsas götürürdülər.
Drezden nüsxəsinin üstündə belə bir qeyd var:
«Tarixi-vəfati-Osman – sənə 993» (1584 mila-
di). Bu rəqəm birinci növbədə, əldəki əlyaz-
manın köçürülmə tarixi haqqında düşüncə do-
ğurub, sonra, ümumiyyətlə, yazıya almanın
dövrü – əldə olunan ilkinliyi, yoxsa keçmiş
nüsxədən köçürülmüş olması barədə mübahisə
açıb və nəhayətdə söhbət dastanların yaranma-
sı, boyların tamamlanması fikrinə qədər böyü-
yüb. Müəllif Azərbaycan qorqudşünaslığında
isə əldə olan Drezden nüsxəsinin XI əsrdəki
yazıdan köçürülməsini əsaslandıraraq qeyd
edir ki, Drezden nüsxəsinin sonunda təmmət
sözündən aşağıda butalar arasında uyğur yazı
üsulu ilə alt-alta ərəb rəqəmləri ilə 466-cı mi-
ladi 1074-cü ildə yazılmış nüsxədən köçürül-
məsini hifz edən tarixi mənbədir. Xüsusən
uyğur yazı üsulunu əks etdirməsi təsadüfi de-
yildir. Bu dövr türk tarixində uyğur mədəniy-
yətinin renessansıdır. Deməli, uzun əsrlər boyu
şifahi yaşayan bu oğuznamə həmin yüksəlişlə
bağlı yazıya ilk dəfə alınmış, ya da daha əvvəllərə
aid bir nüsxədən köçürülmüşdür. Məlumdur ki,
aparılan araşdırmalar dastanın tarixini şumerlərə
qədər aparır. Lakin dastanın yazılı tarixinin stan-
dartlaşdırılmasını tənqid edərək müəllif yazır:
«Bu bizim türk tariximizi əsrlərin, minillərin də-
rinliyindən eramızın IX–XI əsrlərinə gətirməklə
tariximizi, əcdadımızı cavanlaşdırmağa, yəni
bizi tarixsizləşdirməyə çalışan bəzi üzdəniraq
tarixçilərimizin hərəkətləri qədər mürtəcə dav-
ranışdır. Bu “Kitab” – dərsliyimizin 1300 illi-
yini qəbul etmiş dünya mədəniyyətinə etimad-
sızlıqdır, bu, qədim və zəngin tariximizin üs-
tündən qələm çəkənlərin sözüdür» (s.7).
Dastandakı oğuzun tarixi keçmişi, mifo-
loji düşüncəsi, adət-ənənələri, antropoloji əla-
mətləri haqqında tarixi-elmi bilik sistemli şə-
kildə təhlil edilir. Bununla yanaşı dövlətdə, cə-
miyyətdə kult anlayışı önə çəkilir və dövlət ilə
R E S E N Z İ Y A L A R
99
ailə kultlarının bir-birini tamamlaması xüsusi
vurğulanır. Dastandakı məlumatlardan çıxış
edilərək Azərbaycan oğuzlarının antropoloji
quruluşu kitabda geniş şəkildə izah edilərək
yazır: «Boyda Qalın oğuz xalqının antropoloji
quruluşu barəsində məlumat var – bu, vacib ta-
rixi detaldır. Dirsə xanın qadınının görünüşün-
dən bir cizgi: “Qara, qıyma gözləri qan-yaşla
dolu”; Həmin ana oğlu Buğaca belə xitab edir:
“Qara qıyma gözlərin uyğu almış, açqıl axı”;
Dirsə xan oğluna söylər: “Ağ üzlü, ala gözlü
gəlinlər gedərsə, bənim gedir”» (s.157). Aydın
olur ki, bu xalqın içində qıpçaq (qıyma göz) və
oğuzlar (ağ üzlü, ala gözlü) mövcuddur. Ba-
yandır xanın ağ meydanındakı buğa döyüşü
göstərir ki, bugünkü toreodor yarışlarının sələ-
fi yerinə görə, türk – oğuz eli olub. Hətta oğuz
cəmiyyətində qadına – anaya münasibət də
dastanın ilk boylarından məlum olur.
Tədqiqatda Qorqudun kimliyi, tarixi şəx-
siyyət olub-olmaması kimi mübahisəli məsələ-
lər öz həllini tapmışdır. Əslində orta əsr tarix-
çiləri Qorqudu tarixi şəxsiyyət kimi təqdim
etmişdilər. Əlbəttə, «Dədə Qorqud kitabı»nda
tarixilik var. Tədqiqatçıların qeyd etdiyi kimi,
monqolaqədərki hətta islamaqədərki oğuzların
ictimai həyat mənzərələrinin öyrənilməsində
dastanda əksini tapan faktlardan elmi məlumat
kimi mütləq istifadə etməliyik. Həmin ölçü ilə
Qorqud şəxsiyyəti də, fikrimizcə, tədricən mü-
əyyənləşib, tarixi və etnik funksiyaları ümumi-
ləşdirilib tanıdığımız Dədə Qorqud portreti ya-
ranmışdır. Əslində tarixi şəxsiyyət olub-olma-
ması ilə bağlı mübahisələrdən əsasını «Dədə
Qorqud»un müəllifliyi və obraz xüsusiyyətləri
ilə əlaqədar olan məsələdir. Onun dilində olan-
lar Dədə Qorqud obrazı haqqında mübahisələr
yaradır. Ən çox da «Dədə Qorqud»u aktuallaş-
dıran dastanın Drezden nüsxəsində «Kitabi
Dədə-Qorqud» adlandırılmasıdır. Vatikan nüsxə-
sində isə dastan «Hekayəti – Oğuznameyi – Qa-
zan bəg və qeyri» adlanır. Müəllifin fikrincə,
Qorqud sözünün ilkin semantikasında ‘ünvan’
ifadə edilib, həmin «Qorqud» ünvanı «Kitab»
yarananda o qədər arxaikləşmişdi ki, ona baş-
qa Dədə titulu qoşulmuş və Dədə Qorqud ol-
muşdur. Göründüyü kimi, ünvan titul kimi
uzun yol keçmiş, dastanda artıq xüsusi ismə
çevrilmişdir. Türkün tarixi, etnik yaşayış tərzi
ilə bağlı obraz anlayışlar içərisində Qorqud
daha çox ümumtürk məzmunu daşıyanlardan-
dır. Ona görə də etnosun düşüncəsində Qorqud
buna hər cəhətdən kömək olan qüvvə kimi
mövcud olub. Qorqudun tarixi varlığı vəzir – tan-
rı – peyğəmbər – övliya – baxşı – ozan mərhələ-
lərini keçə-keçə, yəni tarixi funksiyaları yaşaya-
yaşaya obrazlaşdırılması təhlil edilərək yazılır:
«Deməli, etnosun yaddaşında Qorqudun ilk
Tanrı, onun ardınca da peyğəmbər xislətləri
hələ yaşayır və o keyfiyyətləri xalq müxtəlif
transformasiyalarla öz əfsanə yaradıcılığında
yaşadır. Bütün bu anlayışlar sistemi əsas verir,
deyək ki, “qorqud” sözü vaxtilə xanlıq-xaqan-
lıq sistemində titul olmuşdur. Bu titul sözün
mənşəyindəki “qorumaq” məzmununa bağlan-
mışdır. “Qorqud” sözü peyğəmbər mənasının
bazasında qoruyan, hifz edən, himayə edən
anlayışını əks etdirən bir titul kimi işlənmişdir.
Bu titulu daşıyan şəxs öz ağlı, fövqəladə idrakı
ilə dövləti, dövlətçiliyi, hökmdarları və demə-
li, vətəni, xalqı bəlalardan, hücumlardan qoru-
yub saxlamışdır» (s.140).
Müəllif onu da qeyd edir ki, Dədə Qor-
qud qəbirlərinin türkün müxtəlif coğrafiyala-
rında səpələnməsi göstərir ki, həqiqətən bu
qorqudlar müəyyən dövrlərdə, müxtəlif regi-
onlarda yaşayıblar, bunlar Qorqud titullu şəxs-
lər olublar. Deməli, qəbirlərin olması onların
sahiblərinin mövcudluğundan xəbər verir, yəni
gəncliyində Qorqud oğuz alplarından olmuş, at
çapıb, qılınc işlədib, qocalanda müdrikliyi alp-
lığını üstələyir.
Tədqiqatda önə çəkilən məsələlərdən biri
də qədim türk cəmiyyətinin real təsvirinin ve-
rilməsidir ki, bununla da dastan tarixi mənbəyə
çevrilir. Bu tarix türkün tarixi dövlətçiliyinə,
etnik psixologiyasının dini inanc düşüncəsini,
ailə quruluşu, təbiət-iqlim mənsubiyyətini tam
Dostları ilə paylaş: |