R E S E N Z İ Y A L A R
102
etdiyi kimi, hadisələrin coğrafi koordinatları
ümumən Azərbaycana uyğundur, dili isə onun
spesifikasını səciyyələndirir. Müəllif burada
yum vermək, uru durmaq, qu qılmaq, bağır
basmaq, yürüyü vermək kimi idiom, ifadə və
konstruksiyaları təhlil etməklə dastanın ümumi
bədii fonunu əks etdirir. Ümumiyyətlə, tədqi-
qatdan aydın olur ki, «Kitabi-Dədə Qorqud» –
Azərbaycan dili lüğət fondunun, qrammatik
quruluşunun sabitliyini, qədimliyini göstərən
ən dəyərli qaynaqdır, müqayisə mənbələrindən
biridir. Bu abidə dildəki leksik və qrammatik
kateqoriyaların ayrıca tədqiqi, tarixi leksiko-
qrafiya, tarixi dialektologiya və mükəmməl ta-
rixi qrammatikanın yaranması üçün xüsusi
əhəmiyyəti olan örnəkdir. Əsərin sonunda abi-
dədə işlənmiş qədim və orta əsr türk yazılı
abidələri üçün səciyyəvi olan xüsusiyyətlər
müəyyənləşdirilir. Xüsusilə qeyd edilir ki, das-
tanın heyranedici dərəcədə səlis sintaksisi var-
dır. Bu səlislik bir tərəfdən söz birləşməsi və
cümlələrdə sözlərin yerinin dəqiqliyində, söz
seçilməsinin sərrastlığında, başqa tərəfdən,
fikrin ifadəsindəki aydınlıqda görünür. Abi-
dənin dilində bədiilik elə yüksəkdir ki, elə bil
üslubi nəzarətdən kənarda heç bir söz, heç bir
cümlə yoxdur. Sanki hər sözün, hər səsin üs-
lubi məqsədi var. Müəllif əsər boyu doğru bir
müddəanı əsaslandırır ki, dastan bütövlükdə
Azərbaycan dilinin abidəsidir. Lakin o da vur-
ğulanır ki, abidənin dilində başqa türk dilləri,
xüsusən oğuz qrupu türk dilləri ilə müştərək
cəhətlər çoxdur. Çünki həmin dövr türk dilləri
arasında diferensiasiyanın başlanğıcıdır. Doğ-
rudan da, ayrılma dövrünün başlanğıcında isə
fərqdən çox ümumilik olur. Əsərdə zəngin
faktlarla əsaslandırılır ki, «Dədə Qorqud kita-
bı»nın dilində Azərbaycan dilinin leksik-se-
mantik və qrammatik inkişaf tarixi ilə bağlan-
mayan heç bir detal yoxdur. Dastanda ışlənən
minlərlə söz öz mənası, fonetik cildi, morfoloji
quruluşu ilə müasir Azərbaycan dilində olduğu
kimidir. Bununla da, əsər istər milli-mədəni
varlığımızın keçmişi və bu günümüzün dərki
üçün, istərsə də türkologiyada kifayət qədər
ciddi problemlərin həlli üçün mühüm əhə-
miyyət daşıyır. Nəticə etibarı ilə müəllifin irəli
sürdüyü və zəngin faktlarla əsaslandırdığı
müddəalar türkoloji fikrin son illərdəki nailiy-
yətləri sırasına daxil olacaqdır.
SAYALI SADIQOVA –
AMEA-nın Nəsimi adına
Dilçilik İnstitutunun şöbə müdiri,
fil.e.d.
Çapa təqdim edən
Solmaz Süleymanova –
«Türkologiya» jurnalının
baş redaktorun müavini
Məqalənin redaksiyaya
daxil olma tarixi
6.IV.2015
Təkrar işlənməyə
göndərilmə tarixi
6.V.2015
Çapa göndərilmə tarixi
18.V.2015
__________
T Ü R K O L O G İ Y A
№ 2
2015
X R O N İ K A
AYDIN MƏMMƏDOVUN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ
ELMİ SESSİYA
2 fevral 2015-ci ildə AMEA-nın Nəsimi
adına Dilçilik İnstitutunda unudulmaz türko-
loq, ədəbi-tənqidçi ictimai-siyasi xadim Aydın
Məmmədovun anadan olmasının 70 illik yubi-
leyi münasibətilə elmi sessiya keçirilmişdir.
Yubileyin 2 fevral Gənclər Günündə qeyd olun-
ması heç də təsadüfi deyil. Məqsəd A.Məmmə-
dov kimi vətənpərvər alimləri gənc nəslə tanıt-
maqdır. Elmi sessiyanı giriş sözü ilə açan Nə-
simi adına Dilçilik İnstitutunun direktoru akad.
Tofiq Hacıyev bildirib ki, bu gün biz dilçilik
və mədəniyyət tarixində xüsusi çəkisi olan bir
alimi yad edirik. Aydın Məmmədov həm öz
dövrünün, həm də çağdaş filoloji fikrimizin,
millətçiliyin, türkçülüyün, vətənsevərliyin və
vətəndaşlıq düşüncəsinin öncüllərindən biridir.
O, Azərbaycanın ədəbi və siyasi həyatında, ye-
ni ictimai şüurun formalaşmasında önəmli rol
oynamışdır. Düzdür, A.Məmmədov elmlər na-
mizədi kimi həyatdan getsə də, amma ən çox
istinad olunan şəxslərdəndir. A.Məmmədov
dilin fonetikasını tədqiq edən, seçilən alimlər-
dən biridir. A.Şerbak A.Məmmədovun fonetika
sahəsində olan elmi fəaliyyətini həmişə yüksək
dəyərləndirmişdir. A.Məmmədov 1988-ci ildə
«“Kitabi-Dədə Qorqud”un birinci kollokviu-
mu»nu təşkil edərək Türkiyə ilə Azərbaycan
arasında elmi-mədəni əlaqələrin güclənməsinə
nail olmuşdur. «Azərbaycan filologiya məsələ-
ləri» adlı toplunun çapı da onun adı ilə bağlı-
dır. Aydın Məmmədov görkəmli dilçi olmaqla
yanaşı, həm də istedadlı ədəbiyyatşünas, tən-
qidçidir. AMEA-nın Rəyasət Heyətində Hu-
manitar Bölmənin elmi katibi vəzifəsində işlə-
yərək bu sahədə çoxlu işlər görmüşdür. Həm-
çinin o, Nəsimi adına Dilçilik İnstitutunda Ti-
poloji dilçilik şöbəsində də çalışıb.
«Aydın Məmmədovun dilçilik görüşləri»
adlı məruzəsilə çıxış edən Nəsimi adına Dilçilik
İnstitutunun baş elmi işçisi, dos. Baba Məhər-
rəmli Azərbaycan dilçiliyinin ən istedadlı nü-
mayəndlərindən biri olmuş türkoloq, ictimai
xadim, ədəbi tənqidçi, gözəl natiq, publisist,
tərcüməçi Aydın Məmmədovun unikal yaddaşa,
fenomenal istedada sahib olmasından bəhs etdi.
B.Məhərrəmli vurğuladı ki, Aydın Məm-
mədovun taleyi mənə Rusiya dilçiliyində bir inqi-
lab edən, XX yüzillikdə nostratik konsepsiyanı
təkmilləşdirən V.M.İlliç-Svitıçın taleyini xatırla-
dır. Bu istedadlı rus dilçisi də yaradıcılığının par-
laq vaxtında, 32 yaşında avtomobil qəzası nəticə-
sində dünyaya vida etmişdi. A.Məmmədov da 47
yaşında – yaradıcılığının çiçəklənən vaxtında av-
tomobil qəzasında həyatını itirdi. Əgər ömür vəfa
etsəydi, böyük alim Azərbaycan türkologiyasına
yeni-yeni unikal elmi əsərlər bəxş edəcəkdi.
Dostları ilə paylaş: |