113
4.2 DNT və NT- in birinci quruluşu
Nuklein turşularının molekulunda nukleotidlərin yerləşmə
ardıcıllığına, onların birinci quruluşu deyilir. Bu birləşmələrin
birinci quruluşunu öyrənmək çox çətindir. Azot əsaslarının miqda-
rı analiz üsulu bu çətinliyi (E. Carqaff) qismən aradan qaldırdı.
―Carqaff‖ qaydaları adı almış bu qanunauyğunluq aşağıda-
kılardan ibarətdir.
1. DNT - molekulunda quanın və adeninin (purin əsasları)
molyar qatılığı miqdarca sitozın və timinin (pirmidin əsaslarının)
molyar qatılığına bərabərdir A + Q = S + T. Bu qanunauyğunluq
RNT - molekulunda özünü doğrultmur.
2. DNT molekulunda adenin molekulları qlığının sayı timi-
nə, quanın molekulları qalığının sayı isə sitozinə bərabər A = T;
Q = S.
RNT molekulu üçün bəzi hallarda bu bərabərlik yaxınlaşsa
da, əksər hallarda özünü doğrultmur.
3. Quaninlə sitozini molyar miqdarının cəminin adeninlə
timinin molyar miqdarının cəminə nisbəti
T
A
S
Q
DNT-ın
spesfik göstəricisi olub hər bir canlı növü üçün sabit kəmiyyətdir.
Bu kəmiyyət DNT-ın spesfik göstəricisi adlanır. Çox vaxt müx-
təlif mənbələrdən alınmış DNT – molekulunda A+T > Q+S. olur,
belə olduqda onları adenin timin tipli (DNTAT) adlandırırlar.
Bütün heyvan və bitkilərin, həmçinin bəzi mikroorqanizmlərin
DNT-sı adenin timin tiplidir. Mikroorqanizmlərin (xüsusən bakte-
riyaların) əksəriyyəti quanin sitozin tipinə mənsubdur. Q+S>A+T
onları quanin sitozin tipli (DNTQS) adlandırırlar. DNT-ın spesifik
göstəricisi DNTAT tiplilərdə vahitdən az, DNTQS tipli DNT-
lərdə isə vahiddən çox olur. İnsan DNT-ın spesifik göstəricisi
114
0,66-dır. Canlılardan DNT-ın spesifik göstəricisi ən çox olan şüalı
köbələkdir (aktinomiset) onun spesifik göstəricisi 2,73-ə bəra-
bərdir.
DNT molekulu nukleotidlərin miqdarca (Carqaff qaydaları)
münasibəti RNT-ın tərkibi üçün xarakterik deyil.
RNT-ın monomerlərinin miqdarca münasibətində yanız bir
qanunauyğunluq vardır; burada altıncı karbon atomu ikiqat rabitə
ilə oksigenlə birləşmiş azot əsasların (ketoqruplar) sayı, həmin
vəziyyətdə amin qurupu yerləşən azot əsaslarının (aminqurup)
sayına bərabərdir. Q+Y=A+S
RNT molekulu bir ədəd polinukleotid zəncirindən ibarətdir.
Bu zəncirdə monomerlərin yerləşmə ardıcıllığı RNT-ın birinci
quruluşunu zarakterizə edir. RNT-ın zənciri çox mütəhərrik oldu-
ğuna görə onun fəza konfiqurasiyası
sabit deyil, dəyişkəndir.
Son zamanlar DNT-ın birinci quruluşunda nukleotidlərin
düzülmə ardıcıllığını müasir, tez təyin olunan üsullarla müəyyən
olunur.
Ən çox birinci quruluşu aydınlaşdırılan nəqliyat nRNT
molekullarıdır. Çünki onların tərkibində 75-90 nukleotid olur.
nRNT-ın tərkibində A,Q,U,S əsaslarından başqa 10% minar azot
əsasları da mövcutdur. 1965-ildə R.U.Xolli və əməkdaşları çörək
məmulatlarında alanin nRNT-ın tam nukleotid ardıcıllığını ver-
mişdir. Aşağı temperaturda xüsusi fermentlərin köməyi ilə alanin
nRNT-si oliqonukleotidlərə, sonra isə kimyəvi üsulla nukleotid
ardıcıllığı açıqlanmışdır. Az sonra A. A. Bax və əməkdaşları valin
nRNT-sının birinci quruluşu açıqlanmışdır. Hazırki vaxtda 2000-
dən çox nRNT-ın birinci quruluşu məlumdur.
Yüksək molekullu n RNT-dən birinci quruluşu ən çox öyrə-
niləni ana bətində uşaqlığın RNT quruluşudur.
Beynəlxalq ―İnsanların geni‖ proqramının
məqsəd və vəzi-