120
kulundan misallarla izah edin. Nukleotidlər arası əlaqəni göstərin.
5. RNT-in növlərini və funksiyalarını sadalayın.
6. DNT və RNT-in birinci quruluşunu aydınlaşdırın.
7. DNT-in və RNT-in ikinci quruluşunu aydınlaşdırın.
Kompementarlıq pirinsipini izah idin.
8. NT-in üçüncü quruluşunu DNT və nRNT-si molekulunda
aydınlaşdırmalı. Xromoson və nukleosom haqqın-da məlumat
verməli.
9. Nukleoproteidlərin tərkibində zülallar və NT-i bir- birilə
nə cür əlaqədədir.
10. Üçüncü quruluşa malik DNT və RNT-i sadalayın.
11. Azot əsasları bir-birindən hansı əlamətlərinə görə
fərqlənirlər?
12. ATF-in orqanizimdə bioloji rolu nə ilə izah olunur?
13. RNT-növlərinin molyar kütləsi ən çox olan hansıdır?
14. DNT-ilə DRNP-in fərqi nədir.
121
V FƏSİL
5. FERMENTLƏR.
Fermentlər (enzimlər)-biokatalitik aktivliyə malik olan
yüksək spesifik zülal tərkibli üzvi maddələrdir. Fermentlərin
yüksək spesifikliyi və qüvvətli təsir xüsusiyyətlərinə malik olması
sayəsində, maddələr mübadiləsi ciddi ardıcıllıq üzrə həyata keçir.
Fermentlərin adi ferveo sözündən götürülmüşdür. Bu da latınca
qıcqırdan deməkdir. Genlərin fəaliyyəti də fermenlərlə tənzim
olunur. Ona görə fermentlər deferensiasiya və inkişaf proseslə-
rində də mühüm rol oynayır. Biokimyanın fermentlərin öyrənil-
məsi ilə məşğul olan sahəsinə fermentologiya və ya enzimologiya
deyilir.
Fermentlər bir sıra əlamətlərinə görə qeyri-üzvi katalizator-
lardan fərqlənirlər.
1. Fermentlər qeyri-üzvi katalizatorlardan fərqli olaraq çox
incə bir şəraitdə (aşağı temperaturda, normal atmosfer təzyiqdə,
müəyyən bir pH mühitində və s) təsir göstərir və aktivdirlər.
Məsələn, katalaza fermentinin tərkibində olan 1 mq Fe
3+
ionu 10
mld dəfə, qeyri-üzvi birləşmələrdə katalitik təsir edən Fe
3+
ionun-
122
dan aktivdir.
2. Fermentlər qeyri-üzvi katalizatorlardan fərqli olaraq
spesifik təsirə malikdirlər. Hər bir ferment yalnız bir biokimyəvi
reasiyanı və ya qurup halında bir tirəyə mənsub olan biokimyəvi
reasiyaları kataliz edir.
3. Hər bir fermentativ biokimyəvi reaksiyanın sürəti hücey-
rələrdə özünü tənzimləmə sistemi ilə tənzimlənir.
Orqanizimdən ayrılmış ferment təsir xüsüsiyyətinə malik
deyildir. Bundan ötrü ayrılmış ferment kimya, əczaçılıq və həmçi-
nin qida sənayesində geniş istifadə olunur.
5.1 Fermentlərin ayrılması və təmizlənməsi.
Fermentlərin kimyəvi tərkibini, xassələrini, təsirini və başqa
xüsüsiyyətlərini öyrənmək üçün onları insan və heyvan material-
larından (həzm şirələri, qan, toxumalar, orqanlar, hüceyrə ele-
mentləri və s.), bitkilərdən, mikroorqanizmlərdən ayırmaq və
təmizləmək lazımdır. Bu məqsədlə bioloji materialdan, sudan,
bufer məhlulundan, qiliserinlə suyun qarışığından və üzvi həlle-
dicilərdən (aseton, etil spirti və s.), fizioloji məhluldan istifadə
etməklə ekstraktı və ya homogenatı (homogenizatorda və ya
həvəngdə xırdalanmış kütləsi) alınır. Homogenatı müxtəlif sürət-
lərdə sentrifuqa etməklə hüceyrənin ayrı-ayrı hissələrindən (mito-
xondriyalar, ribosomlar və s.) də fermentləri ayırmaq olar. Bu
hissələrdən fermentlər növbə ilə dondurmaq və donunu açmaqla,
yaxud detergentlərin (çox yüksək səthi fəal maddələrin: dezoksi-
xolatın və s.) təsiri ilə çıxarılır. Hidrolazalar əsasən lizosomlarda,
Krebs siklinin və sitoxrom sisteminin fermentləri isə mitoxondri-
123
yalarda lokalizasiya olunmuşdur. Bəzi fermentlər Holci apara-
tında, digərləri isə endoplazmatik torda yerləşir.
Fermenləri ayırmaq üçün aseton tozlarından da istifadə
olunur. Həmin məqsədlə yoxlanan material (qaraciyər, böyrək,
ürək, dalaq, bağırsaq və s.) əzilərək, bir neçə dəfə soyudulmuş
asetonla işlənir. Bu zaman yağabənzər maddələr və s. kənar edilir.
Belə işlənmiş material qurudulduqdan sonra bircinsli toza çevrilir.
Sonuncudan da bufer məhlulu və ya başqa həlledici ilə fermentli
ekstrakt alınır. Ekstraktdan fermenti ayırmaq üçün zülallar aşağı
teperaturda spirtlə, asetonla və duz məhlulları (ammonium sulfat
və s.) ilə çökdürülür.
Fermentlərin ayrılmasında adsorbisiya hadisəsindən, gelfilti-
rasiya, elektrofores və xromatoqrafiya üsullarından da istifadə
olunur.
Ayrılmış fermentlərin bircinsliyi və təmizlik dərəcəsi həll
olmalarına görə, elektroforez, xromatoqrafiya üsulu ilə, ultrasen-
trifuqa etməklə və fəallıqlarının təyininə görə müəyyənləşdirilir.
Fermetlərin öyrənilməsində K. S. Kirxhofun böyük xidməti
olmuşdur. O,1814-cü ildə səməni ekstraktında nişastanı maltozaya
qədər parçalayan maddənin olduğunu müəyyən etmiş, ona amilaza
adı vermişdir. 1833-cü ildə isə Fransa alimləri A. Payen və J.Perso
arpanın cücərtilərindən amilazanı ayırmaqla ilk ferment prepara-
tını əldə etmişlər. Daha sonra bu sahədə XIX əsrin ikinci yarısında
E. Buxner, M. Manasseina, A. Lebedev və b. böyük tədqiqat işləri
aparmışlar. Fermentlərin öyrənilməsinə dair XX əsrin birinci yarı-
sında İ. Pavlov, A. Bax, C. Samner, D. Nortop, H. Eyler, V.
Engelhard, Varburq və başqaları da çox işlər görmüşlər. Bu alim-
lərin işləri sayəsində fermentlərin kimyəvi tərkibinin və bioloji
xüsusiyyətlərinin öyrənilməsində yeni dövr açıldı.
Dostları ilə paylaş: |