115
fəsi insan orqanizmində olan bütün DNT və RNT molekullarının
quruluşunu aydınlaşdırmaqdır.
4.3 DNT və RNT-in ikinci quruluşu
Nuklein turşusu molekulunu təşkil edən monomerlərin
(nukleotidlərin) fəzada tutduğu mövqe (fəza konfiqurasiyası)
onların ikinci qururluşu adlanır.
1953-cü ildə D. Uotson və F. Krik NT-in hidroliz məhsul-
larının kimyəvi quruluşuna, Çarqaff qaydasına və rentgenostruktur
analizdən alınan nəticələrə əsaslanaraq DNT molekulunun iki
ədəd spiralvarı, bir-birinə sarınmış polinukleotid zəncirindən iba-
rət olmasını sübut etdilər. Bu zəncirlərdə azot əsasları bir-birinə
doğru çevrilmiş şəkildə spiralın daxili hissəsində, fosfat turşusu
qalıqları isə xaricdə yerləşir. Polinukleotid zəncirləri bir-biri ilə
purin və pirmidin əsaslarının arasında əmələ gələn hidrogen
rabitələri vasitəsilə birləşir. Hidrogen rabitələri adenini timinlə,
quanini isə sitozinlə birləşdirir. Adeninlə timin arasında iki,
quaninlə sitozin arasında üç ədəd hidrogen rabitəsi olur. Hidrogen
rabitələrinin mövcudluğu DNT molekulunun ikiqat zəncirin əmələ
gəlməsində ən mühüm rol opynayan amillərdən biridir.
DNT molekulunda purin və pirimidinin qarşı-qarşıya yerləş-
məsi, bu əsasların molayar miqdarının bir-birinə bərabərliyi haqda
olan Çarqaff qaydasına uyğun gəlir. Bu molekullarda purin əsası-
nın qarşısında mütləq pirimidin əsasları yerləşməlidir (A–T; Q–S),
iki purin və ya iki pirimidin törəməsinin qarşı-qarşıya dayanması
qeyri-mümkündür.
116
DNT molekulunda polinukleotid zəncirində monomerlərin
yerləşmə ardıcıllığı digərindən fərqlənsədə onlar arasında müəy-
yən əlaqə də vardır. Belə ki, əgər bir zəncirin müəyyən hissəsində
adenin yerləşirsə digər zəncirdə onun qarşısında timin. Həmçinin
birində quanin yerləşirsə, digərində sitozin yerləşir. Deməli DNT
molekulunda olan zəncirlər bir-birini tamamlayır.
1-ci zəncir --- A─Q─A─T─S─S─T─ ---
2-ci zəncir ---T─S─T─A─Q─Q─A─ ---
DNT molekulunda bu ardıcıllıq Çarqaff qaydasına uyğun
gəlir. Bu molekullarda mütləq purin əsasının qarşısında pirimidin
əsasları yerləşməlidir. DNT molekulunda mononukleotidlərin
düzülüş qaydasının belə asılılığı komplementarlıq (tamamlama)
prinsipi adlanır.
DNT molekullarında nukleotidlər arasındakı məsafə 0,34
nm –dir. Spiralın hər bir dövrəsində qarşı-qarşıya yerləşmiş 10 cüt
nukleotid olur. Hər bir dövrənin tamamlanması üçün 3,4 nm
məsafə lazım gəlir. İkiqat spiralın eninə diametri 2,1 nm,fosfat
atomu ilə DNT spiralının mərkəzi oxu arasındakı məsafı isə 1,2
117
nm-dir. Spiralların komplementarlıq prinsipi ilə bir-birini tamam-
laması çoxlu sayda hidrogen rabitələri hesabına baş verir.
DNT molekulundan fərqli olaraq RNT molekulu bir poli-
nukleotid zəncirindən əmələ gəlmişdir. RNT-in ikincili quruluşu
fəzada polipeptid zəncirinin natamam spiral şəkilini (50%-ə
qədər) almasıdır. Onun yalnız bəzi hissələri adeninlə timin arasın-
da olan iki və quaninlə sitozin arasında əmələ gələn üç hidrogen
rabitəsi hesabına qısa və natamam spiral şəkli alır.
RNT molekulunda polinukleotid zəncirlərinin burulma
yerlərindən DNT molekulunda olduğu kimi komplementarlıq
prinsipi ilə bir-birini tamamlamır.
4.4 NT-ın üçüncü quruluşu
Hər bir NT molekulu fəzada ümumi bir superspirallaşma
halına malik olur ki, bu da onların üçüncü quruluşunu əmələ
118
gətirir. Bu hal ən çox fenilalanin nRNT-si üçün öyrənilmişdir.
Rentgenostruktur analiz üsulları ilə nRNT molekulunun açılması
göstərir ki, üş hissə fəzada bir-birinə sıx birləşmiş halda digər dör-
düncü hissə (antikod) əks istiqamət dartılmış halda yerləşir.
Xromatinin və xromosomun tərkibində DNT üçüncü quruluş
halında superspirallaşmış formada mövcuddur. Xromotinin struk-
tur vahidini nukleosomlar təşkil edir. Nukleosomlar DNK spiralı
ilə əhatə olunur ki, orada 8 nüvəli əsasi xassəli zülallar (histonlar)
yerləşir.
119
4.5 Nukleoproteidlər
Nuklein turşuları sərbəst halda yaşamırlar (n RNT-dən
başqa) in vivo, onlar əsasi xassəli (protaminlər, histonlar) zülallar-
la əlaqəli şəkildə fəaliyyət göstərirlər. İki tipdə nuklein turşuları
(DNT və RNT) olduğu kimi, bunlara müvafiq nüvənin tərkibində
dezoksiribonukleoproteinlər (DRNP) və ribosomların tərkibində
ribonukleoproteinlər (RNP) olur. RNP və DRNP-lər mürəkkəb
aqreqatlardır. Onlar 1-2 molekul NT-dən və çoxlu sayda ona
birləşmiş zülal substratlardan əmələ gəlmişdir.
RNP- ən klassik nümunəsi tütün mozaikasının virusudur. Bu
virusun molekul kütləsi 2,1∙10
6
Da-dır və 2200 zülal substratından
ibarətdir. Nukleoproteidlərdə NT və zülal molekulu bir-birini
tənzimləyirlər. Bu da hər iki komponentin denaturasiyaya qarşı
davamlılığını artırır. RNP-hissəcikləri (ribosomlar) zülalların
biosintezində, DRNP-hissəcikləri (nukleosom nüvələri) xromo-
somların hüceyrə aparatının formalaşmasında və funksyalaşma-
sında əsas rol oynayır.
Mövzuya aid suallar
1. Nuklein turşularının orqanizmdə funksyalarını xarakterizə
edin.
2. Purin, pirimidin və minar əsaslarının tərkibi, keto-enol
formasını, tautomerliyini və hidrogen rabitəsini izah edin.
3. Çarqaff qaydasını DNT və RNT molekulunda izahını
verin.
4. Nukleozidlər və nukleotidlər nədir. DNT və RNT mole-
Dostları ilə paylaş: |