165
6.15 C vitamini.
C vitamini ilk dəfə İ. Drummod (1919) bitki şirəsindən
almışdır. 1923-cü ildə Sent-Dyerdi və S. Zilve C vitamini ilə
güclü reduksiyaedici qabiliyyətinə malik olan heksuron turşu-
larının xassələri arasında ümumi cəhətlər olduğunu aşkara çıxar-
mışdır. 1931-ci ildə N. A. Bessonov kələm şirəsində C vitami-
ninin kristallik preparatını əldə etmişdir. 1933-cü ildə A. Reyx-
şteyn C vitaminini sintetik yolla əldə etmişdir.
Buna askorbin turşusu da deyilir, sorbon turşusunun lakto-
nudur. C vitaminində endiol qrupu (HO—C=C-OH) olduğundan
hidrogen alıb-vermə qabilyyətinə malikdir. Ona görə də oksidləş-
mə-reduksiya proseslərində iştirak edir. Tərkibi aşağıdakı kimidir:
Aksorbin turşusundan bir molekul hidrogen çıxarıldıqda
dehidroaskorbin turşusu alınır. Sonuncuya hidrogen birləşdikdə
isə əksinə askorbin turşusuna çevrilir. Dehidroaskorbin turşusu
diketoqulon turşusunun laktonudur.
C vitamini suda və spirtdə yaxşı həllolan, turş dadlı, rəng-
O O
║ ║
C C
│ │
C─OH C=O
║ O │ O
C─OH C=O
│ │
H─C H─C
│ │
HO─C─H HO─C─H
│ │
CH
2
OH CH
2
OH
Askorbin Dehidroaskorbin
turşusu
turşusu
166
siz, davamsız kristal birləşmədir. 192
0
C temperaturda əriyir,
oksidləşdiricilərin təsirindən tez pozulur, havada asan oksidləşir.
Askorbin turşusu orqanizmdə əsasən oksidləşmiş, yaxud
zülallarla birləşmiş formada askorbigen halında olur.
Sonuncunun fizioloji təsiri nisbətən azdır, ancaq fiziki-
kimyəvi təsirlərə davamlıdır. Birləşmiş askorbin turşusu keçinin
qaraciyərində C vitamininin 90%-ə yaxınını təşkil edir.
C vitamininin əsas funksiyalarından biri kallagenin sinte-
zində iştirak etməsidir. Kollagendə damarların endotelisinin, bir-
ləşdirici toxumanın, qığırdaqların, sümük toxumasının tərkib his-
səsidir.
Askorbin turşusu qaraciyərdə toksinləri (difteriya, vərəm,
dizenteriya və s.) zərərsizləşdirir. Nuklein turşularının, zülalların,
karbohidratların mübadilsində iştirak edir, bağırsaqda dəmirin
C─CH
2
─O─C
6
H
7
O
5
NH
167
sorulmasına şərait yaradır, yoluxucu xəstəliklərə qarşı orqanizmin
müqavimətini artırır. Bu vitamin bir sıra fermentlərin: arginaza-
nın, amilazanın, katepsinlərin fəallığını yüksəldir, kortikosteroid-
lərin əmələ gəlməsində iştirak edir, piridin nukleotidlərinin (xüsu-
sən HADF-n) sintezini artırır. Son zamanlar müəyyən edilmişdir
ki, C vitamini bir sıra tioqlikozidlərin hidrolizini sürətləndirən
fementlərin fəal qrupunu yaradır.
C vitamini çatışmadıqda insanda, meymunlarda sınqa və
ya skorbut xəstəliyi baş verir. Bu xəstəlik insanlara hələ XVI
əsrdə bəlli idi. Lakin səbəbini bilmirdilər. Xəstəlik ağız boşluğun-
da yaraların əmələ gəlməsi, dişlərin laxlayıb tökülməsi, dərialtında
nöqtəvarı qan sağıntılarının olması ilə xarekterlənir. Ürək sahəsin-
də ağrılar olur, tənginəfəslik müşahidə edilir.
Kənd təsərrüfatı heyvanları karbohidratlardan C vitamini
sintez etmək qabiliyyətinə malikdir və ona ehtiyacları postnatal
dövrün ilk günlərində olur.
C vitamini D-qlükuron turşusunun laktonundan sintez olu-
nur. Bu prosesdə iştirak edən fermentlərdə (qlükuronreduktaza,
168
qulonoksidaza və s.) müəyyən edilmişdir. Onlar heyvanların
qaraciyərində mikrosomlarda vardır.
Kənd təsərüfatı heyvanlarının orqanizmində C vitamini ən
çox böyrəküstü vəzlərdə, ağciyərdə, dalaqda, hipovizdə, qaraci-
yərdə və s. olur. C vitamini ilə süd də zəngindir, lakin əzələlərdə
azdır. Bu vitamin bitgilərin yaşıl hissəsində, tərəvəzlərdə də çox-
dur. İtburnu meyvəsində 100-400 mq%, limonda 40-60 mq%
askorbin turşusu vardır. Bu vitaminin miqdarı bəzi yabanı bitki-
lərdə də (ciriş və pərpətöyündə290 mq%, gicirkəndə 178 mq%)
çoxdur.
6.16 P vitamini.
Bu vitaminlərə rutin (hesperedin), sitrin və pirokatexinlər
aiddir. Rutinin və hesperedinin formulu aşağıdakı kimidir.
Bu formulda C
12
H
21
O
9
ramnoza ilə qlükozanın-(qlüko-
ramnozanın) qalığından ibarətdir. Həmin qalıq flavon nüvəsilə bir
-
likdə P vitaminini əmələ gətirir.
Sitrin eriodiktiolun metil efirinin, rutin isə kversentinin
qlükozididir. Pirokatexinlər katexinin, epikatexinin və onların hal
turşu ilə efirlərinin qarışığından ibarətdir.
P qrupu vitaminləri sarı və ya narıncı kristal maddədir, su-
da çətin həll olur.
OH
OH
│
O
O
│
OH
HO─
HO─
─OH
(C
12
H
21
O
9
)─O
─O─(C
12
H
21
O
9
)
─OCH
3
O
C
O
║
hesperedin
rutin
Dostları ilə paylaş: |