N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/107
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21039
1   ...   40   41   42   43   44   45   46   47   ...   107

169 
 
P  vitamini  qan  damarlarının  sızma  qabiliyyətinin  nizam-
lanmasında  iştirak  edir.  Ona  görə  də  bu  vitamin  çatmayanda 
damarların  sızma  qabiliyyəti  pozulur.  P-avitaminoz  zamanı  qan 
sağıntılarının baş verməsi də bununla əlaqədardır. C və P vitamin-
lərinin  çatışmazlığı  çox  zaman  birlikdə  baş  verir,  poliavitaminoz 
şəklində müşahidə olunur. Bu vitamin ən çox bibərdə, çayda, qara 
qarağatda və üzümdə mövcuddur. 
Qara  qarağatda  rutinin  miqdarı  1,6  q%  təşkil  edir.  Quş 
üzümündə 300 mq%, gilənarda 280 mq%, sarıkökdə 70 mq% və 
kələmdə 40 mq% P vitamini vardır.  
P  vitamini  bizim  ölkədə  əvvəllər  itburnu  meyvəsindən 
alınırdı. Son zamanlar isə çay yarpağından, xarici ölkələrdə qara-
başaq və sitrus bitgilərindən istehsal edirlər. 
 
 
 
 
6.17 H vitamini. 
 
Bu  vitamin  (  və  ya  biotin)  sidik  cövhərinin  qalığından, 
tiofen halqasından və valerian turşusunun qalığından əmələ gəlir. 
Suda və spirtdə yaxşı həll olan vitamindir. Canlı aləmdə çox geniş 
yayılmış  bioloji  aktiv  maddədir.  Heyvanların  əksəriyyətinin 
bağırsaqlarında  saprofit  həyat  sürən  bakteriyalar  biotini  sintez 
etmək xüsusiyyətinə malikdir.  
 


170 
 
Müəyyən  edilmişdir  ki,  biotin  lizin  vasitəsilə  apoferment 
molekulu  ilə  birləşir.  Biotin  karbon  qazının  fəallaşmasında,  yağ 
turşularının, xolesterinin, purin və pirimidin əsaslarının sintezində, 
quzuqulaq-sirkə  turşusunun  karboksilsizləşməsində  və  karboksil-
ləşməsində,  bəzi  aminturşularının  aminsizləşməsində,  karboksil-
sizləşməsində koferment kimi iştirak edir. 
Biotin  çatışmadıqda  boy  inkişafı  ləngiyir,  dermatit,  əzələ 
ağrıları  əmələ  gəlir,  tüklər  tökülür,  dəri  piyinin  ayrılması  çoxalır 
(sebirreya). Bu səbəbdən də biotin antiseborrik vitamin də adlanır.  
Biotin  bitgilərin  yarpağında  çox  əmələ  gəlir,  cücərən  to-
xumlarda da təsadüf edilir. Kartof, soğan, kahı və ispanaq H-vita-
mini  ilə  zəngindir.  Heyvanlarda  qaraciyərdə  və  yumurtanın  sarı-
sında, süddə çox olur. 
 
 
 
 
 
6.18 Antivitaminlər. 
 
Antivitaminlər kimyəvi tərkibinə görə vitaminlərə oxşayır, 
lakin  vitamin  xassəsinə  malik  olmayan  birləşmələrdir.  Bu  birləş-
mələr  orqanizmin  vitaminlərə  qarşı  təlabatını  yüksəldir  və  avita-
minoz  əlamətlərinin  meydana  çıxmasına  səbəb  olurlar.    Bunlar 
münasib  vitaminləri  fermentin  tərkibində  əvəz  etdikdə,  ferment 
fəallığını itirir. Orqanizmə yüksək dozada vitamin daxil edildikdə 
antivitaminlərin təsiri aradan qalxır. Bir sıra vitaminlərin antivita-
minləri müəyyən edilmişdir. 
Paraaminbenzoy  turşusunun  antivitamini  streptosiddir, 
nikotin turşusununku piridin-3-sulfoturşudur, piridoksininki etilpi-
ridoksindir, tiamininki piritiamindir, pantoten turşusununku panto-
litarindir, C vitamininki qlükoaskorbin turşusudur. 
 


171 
 
CH
2
OH 
│ 
HO─ 
HO─ 
H
3
C─ 
H
5
C
2
─ 
CH
2
OH 
│ 

─CH
2
OH 
Etilpiridoksin 
─CH
2
OH 

Piridoksin 
 
 
K  vitamininin  antoqonisti  olan  dikumarin  qanın  laxtalan-
ma  qabiliyyətinin  yüksəlməsi  ilə  əlaqədar  olan  xəstəliklərdə 
müalicə  vasitəsi  kimi  tətbiq  edilir.  O,  qanda  olan  protrombinin 
miqdarını azaldır.  
 
 
 
 
 
 
Riboflavin, fol turşusu, biotin və s. vitaminlərin də antoqo-
nistləri  müəyyən  edilmişdir.  Antivitaminlərdən  xəstəliktörədici 
mikrobların boy və inkişafını dayandırmaq üçün istifadə olunur.  
Hazırda bu istiqamətdə geniş tədqiqat işləri aparılır.  
 
Mövzuya aid sualları 
 
1.  Nə  üçün  vitaminlər  qidanın  əvəzolunmaz  faktoru 
adlanır? 
2.  Vitaminlərin  təsnifatında  əsas  hansı  prinsiplərə  əməl 
olunur? 
3. Avitaminozluq,  hipovitaminozluq  və  hipervitaminozluq 
hallarını xarakterizə edin. 
NH

 
NH

 
COOH 
│ 
SO
2
NH

│ 
SO
2
H
 
│ 
COOH 
│ 
Para-aminbenzoy 
turşusu 
Streptosid 
Nikotin 
turşusu 
Piridin-3- 
sulfoturşusu 
N
 
 
N
 
 


172 
 
4. A – vitamininin əsas bioloji rolunu izah edin.  
5. Hansı vitaminlər orqanizmdə antioksidant xassə göstə- 
rir? 
6. Fermentlərin tərkibində olan koferment rolunu oynayan  
vitaminləri göstərin. 
7.  Suda  həll  olan  vitaminlərin  orqanizmdə  əhəmiyyətini 
xarakterizə edin.  
8. Yağda həll olan vitaminlər hansılardır? 
9.  Antivitaminlərin  quruluşunu  və  bioloji  rolunu  aydın-
laşdırın. 
10. Vitaminlərlə zəngin olan bitki və heyvan mənşəli qida 
məhsullarını göstərin.  
 
 


173 
 
VII FƏSİL 
 
7. HORMONLAR 
 
Orqanizmdə  maddələr  mübadiləsini  tənzim  edən  sistem-
lərdən biri də hormonal sistemdir. Hormonal sistem bütün endok-
rin vəzilərinin (daxili sekresiya vəzilərinin) təsiri ilə həyata keçiri-
lir. Endokrin vəzilər aşağıdakılardır: 
1. Epifiz 
2. Hipofiz 
3. Qalxanvari vəzi 
4. Paraqalxanvari vəziləri 
5. Hipotalamus 
6. Böyrəküstü vəzilər 
a) Böyrəküstü vəzin beyin maddəsi 
b) Böyrəküstü vəzin qabıq maddəsi 
7. Mədəaltı vəzi 
8. Tənasül (cinsiyyət) vəziləri 
9. Timus və s. 
Endokrin vəzi toxumalarının  
yaratdığı maddələri bir başa qana ifraz 
etməsi  prosesi  daxili  sekresiya  adlanır.  Daxili  sekresiya  vəzilə-
rinin    hüceyrələrinin  yaratdığı  xüsusi  maddələrə  hormonlar  adı 
verilmişdir.  
Hormonlar 2 əsas qrupa bölünür: 
1.  Liofil  hormonlar.Bunlara steroid  hormonları,  estradiol, 
testosteron, kalsitreol, yodtironinlər, tiroksinlər və s. aiddir. 
2. Hidrofil hormonlar. Bunlara isə histaminlər, serotonin-
lər, melatonin, adrenalin, tiroliberin, tireotropin, insulin, qlükaqon  
və s. aiddir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə