182
başa çatdırdıqdan sonra tez aminləşmə, yodsuzlaşma və konfuqa-
siya proseslərinə uğrayır. Yodun ayrılması toxumalarda tiroksin-
halogenaza fermentinin iştirakı ilə baş verir. Parçalnmadan ayrılan
yod əsasən qeyri-üzvi birləşmələr şəklində böyrəklər vasitəsilə
xaric olunur.
Trioksinin istehsalı azalırsa, hipotireoidizm baş verir. Bu
qalxanvari vəzinin atrofiyalaşmasından əmələ gəlir. Bu zaman
insan və heyvanda qısa boyluluq müşahidə olunur, kretinizm baş
verir.
Əgər bu hal yaşlılarda müşahidə edilərsə, miksedema
adlanır. Bu zaman xəstələr çox yaşlı görünür, mübadilə prosesi
zəifləyir, sulu şişlər əmələ gəlir və piylənmə müşahidə olunur.
Qalxanvarı vəzinin degenerativ böyüməsində endimik ur
xəstəliyi əmələ gəlir. Bu xəstəlik insan və heyvanlarda ən çox yod
az olan yerlərdə (dağlıq və dağətəyi rayonlarda) baş verir. Azər-
baycanda bu xəstəliyə Zaqatala-Şəki zonasında rast gəlinir. Xəstə-
liyin baş verməməsi üçün, yəni profilaktik məqsədlə kalium-
yodiddən istifadə olunur.
Qalxanvarı vəzinin hiperfunksiyasına da təsadüf edilir. Bu
zaman Bazedov xəstəliyi əmələ gəlir. Bu da mübadilə proseslərini
intensivliyi ilə xarakterlənir. Nəticədə orqanizm zəifləyir,spesifik
əlamət olaraq çəpgözlülük baş verir, arıqlama, ətraflarda titrəmə
müşahidə olunur.
Qalxanvarı vəzidə 32-aminturşusunun qalığından ibarət
polipeptid təbiətli hormonun da varlığı müəyyən edilmişdir. Bu
birləşmənin quruluşu da öyrənilmişdir. Bu hormona tireokalsito-
nin deyilir. Tireokalsitonin sümük toxumasından kalsiumun qana
keçməsini ləngitməklə qanda onun miqdarını azaldır. Siyənək
balığından alınmış kalsitonin məməli heyvanların və insanların
orqanizminə onların öz spesfik hormonlarına nisbətən
qüvvətli tə-
184
7.5 Böyrəküstü vəziləri hormonları.
Böyrəküstü vəzilər cüt üzvlərdən olub böyrəklərin kranıal
hissəsində yerləşir.
Böyrəküstü vəzilərin həm qabıq, həm də beyin hissəsində
çoxlu hormonlar istehsal edilir. Bu vəzilərin çəkisi insanda 10-12
q, inəkdə 10-30 q, donuzda 5 q, qoyunda 3-4 q olur. Bunların
çəkisinin 10%-i beyin qatından, 90%-i isə qabıq qatından ibarət-
dir. Böyrəküstü vəzilərin beyin hissəsində əmələ gələn hormonlar
katexolaminlər adlanır: buraya üç hormon-adrenalin, noradrenalin
və izopropiladrenalin aiddir. Adrenalin və noradrenalin həmçinin
simpatik sinir sisteminin hüceyrələrində əmələ gəlir.
Adrenalin (və ya epinefrin) tipozinin və ya fenilalaninin
törəməsidir.
Adrenalin özü noradrenalinin törəməsidir, onun metilləş-
məsindən əmələ gəlir. Bu hormon karbohidratların mübadiləsində
iştirak edir. Fosforilazanin fəallığını artırmaqla, qlikogenin qlüko-
zaya qədər parçalanmasını sürətləndirir, hiperqligemiyaya (qanda
qlükozanın çoxalmasına) səbəb olur. Adrenalinin fəallığı noradre-
nalindən 4-8 dəfə artıqdır. Adrenalin orqanizmə çox kiçik dozalar-
da fizioloji təsir göstərə bilər. Onun optimal dozası (1 kq çəkiyə
0,0001 mq olmaqla) ürəyin yığılmasını sürətləndirir.
Qan damar-
C
6
H
5
C
6
H
4
OH C
6
H
3
(OH)
2
C
6
H
3
(OH)
2
C
6
H
3
(OH)
2
C
6
H
3
(OH)
2
│ │ │ │ │ │
CH
2
-
½O
2
СH
2
+
½O
2
CH
2
- CO
2
CH
2
+
½O
2
CHOH +CH
3
CHOH
│ │ │ │ │ │
H
2
N─CH─COOH CHNH
2
CHNH
2
CH
2
NH
2
CH
2
NH
2
CH
2
│ │ │
COOH COOH NH−CH−(CH
3
)
2
Fenilalanin Triozin Dofa- Dofamin Noradrena- Adrenalin
(dioksifenilalanin) lin