185
O
O
O
O
O
H
║
C
│
CH
2
OH
│
C═O
│
HO
CH
2
OH
│
CO
OH
HO
CH
2
OH
│
O
═
C
OH
CH
2
OH
│
O
═
C
│
HO
O
Kortikosteron
Kortizon
Kortizol
Aldosteron
larını daraldaraq arterial təzyiqi yüksəldir
(
tac damarlar müstəsna
olmaqla).
Böyrəküstüvəzilərin qabıq hissəsində isə indiyə kimi 30-a
qədər hormonun varlığı müəyyənləşdirilmişdir. Bunların hamısı
sterinlərin ketoörəmələridir, steroidlərdir. Misal olaraq kortikoste-
ron, kortizon, kortizol (oksikortikosteron) və s. göstərilə bilər.
Böyrəküstü vəzinin qabıq maddəsində sintez olunan hor-
monların quruluşlarının əsasını tsiklopentanperhidrofenantrenin
törəmələri olan preqnan və allopreqnan təşkil edir. Böyrəküstü
vəzilərin ümumi çəkisinin 5%-ə qədəri xolesterinin payına düşür.
Ondan kortikosteroidlər sintez olunur.
Bu hormonlar zülalların, karbohidratların, yağların və
mineral maddələrin (düzların, suyun) mübadiləsində əsas rol
oynayır.
Mineral maddələrin mübadiləsində iştirak edənlərə mine-
ralokortikoidlər deyilir. Məsələn, aldosteron, dezoksikortikosteron
və s. Bunların təsirilə hüceyrələrdə və bioloji mayelərdə natrium
və kalium ionlarının paylanması nizamlanır.
Qlükokortikoidlər (kortizon, kortikosteron, pksikortikoste-
ron və s.) karbohidratların mübadiləsində iştirak edir. Bu vəzilərin
xəstəliyi nəticəsində xroniki kaxeksiya və zəiflik müşahidə
olunur, dəridə piqmentasiya pozulur. Buna bürünc və ya Addison
186
xəstəliyi deyilir.
7.6 Mədəaltı vəzi hormonları.
Mədəaltı vəzi (pankreas) qarşıq, yəni həm ekzokrin, həm
də endokrin funksiyalı vəzilərdəndir. Onun axacağı onikibarmaq
bağırsağa tökülür.
Bu vəzin çəkisi insanda 80-90 q, qaramalda 120 q, donuz-
da 60 q, və qoyunda 40 q-dır.
Mədəaltı vəzinin hormonu insulin Langerhans adacıqların-
da beta-hüceyrələrdə əmələ gəlir. İnsulinin öyrənilməsinə təxmi-
nən 50 il bundan əvvəl Minkovski, L. Sobolyov, F. Bantinq və
Ç. Best tərəfindən başlanmışdır. Hazırda müəyyən edilmişdir ki,
insulin sadə zülaldır. Qeyri-fəal 84 aminturşusunun qalığından
ibarət proinsulin şəklində istehsal olunur. Fəallaşdıqda iki hissə-
dən parçalanaraq, 31-63-cü amin turşusunu itirmiş proinsulin fəal
187
formaya-insulinə keçir. İnsulinin tərkibində 51 aminturşusunun
qalığı vardır. Bunlar 2 polipeptid zəncirində birləşir, zəncirin
birində 21 amin türşusunun, digərində 30 aminturşusunun qalığı
vardır.
İnsulinin nəinki kimyəvi tərkibi, hətta quruluşu da bizə
məlumdur. Hazırda o sintez də edilmişdir. Müxtəlif heyvanların
insulini 21 aminturşusundan ibarət polipeptid zəncirində (A) 8-
10-cu aminturşularına görə fərqlənir. Belə ki, qaramalda və
qoyunda 8-ci aminturşusu alanin olduğu halda, insanda, donuzda,
atda, itdə, adadovşanında izoleysindir. Deməli, insulin növ xüsu-
siyyətinə malikdir. İnsulin karbohidratların mübadiləsində iştirak
edir. O adrenalinin əksinə təsir göstərir, yəni qanda şəkərin miqda-
rını azaldır. Heksokinazanın fəallığını artırır, qlükozanın qlikoge-
nə çevrilməsini sürətləndirir.
İnsulin piroüzüm turşusundan qlükozanın sintezini kataliz
edən fermentlər sisteminin aktivliyini azaltmaqla, qlikonegenez
prosesinə ləngidici təsir göstərir. Onun təsirindən peptidlərin sin-
tezi artır, zülalların parçalanmasını ləngidir, qaraciyər hüceyrələ-
rində karbohidratlardan lipidlərin sintez olunmasını sürətləndirir.
İnsulin hüceyrə divarlarında osmotik təzyiqə təsir edərək Na
+
,
K
+
,PO
4
3-
ionlarının, həmçinin qlükozanın hüceyrələrə daxil olma-
sını sürətləndirir. İnsulinin orqanizimdə yarımparçalanma dövrü
40 dəqiqədir. Onun toxumalarda parçalanmasında iki ferment
iştirak edir. Əvvəlcə qlütation-insulin-transhidrogenaza fermenti-
nin təsiriilə A və B polipeptid zəncirləri bir-birindən ayrılır.
Bu prosesdən sonra sərbəst hala keçən A və B polipeptid
zəncirləri insulinaza fermentinin təsiri ilə hidroliz prosesinə uğra-
adrenalin
Qlikogen qlükoza
insulin
188
yır.
Qlükaqon. Bu hormonda mədəaltı vəzinin alfa hüceyrələ-
rində əmələ gəlir, tərkibində 29 aminturşusunun qalığı vardır.
Qlükaqonda aminturşuları aşağıdakı ardıcıllıqda düzül-
müşdür.
histidin-serin-qlütamin-qlisin-treonin-fenilalanin
13
tirozin-lizin-serin-tirozin-asparagin-serin-treonin
│
leysin-asparagin-serin-arxinin-arginin-alanin
24 20 │
qlütamin-valin-fenilalanin- asparagin-qlütamin
│ 29
treonin-leysin-metionin-asparagin-treonin
Müəyyən edilmişdir ki insan və heyvan qlükaqonun
birincili quruluşu bir-birindən fərqlənmir (hindquşundan başqa).
Qlükaqon mədəaltı vəzidən başqa bağırsaq divarında da
sintez olunur. Bu hormon qlükogenolitik təsirinə görə adrenalinə
bənzəyir lakin qlükaqon adrenalindən fərqli olaraq arterial təzyiqi
yüksəltmir. Onun təsir obyekti qaraciyər, miokard və piy toxuması
hüceyrələridir. Qlukaqon göstərilən hüceyrələrdə adenilat-siklaza
frmentinin fəallığını artırır nəticədə AMF-in sintezi sürətlənir.
Qlukaqon orqanizmdə karbohidratların parçalanma məh-
sullarından lipidlərin sintez olunmasını ləngidir və qlükonogenez
prosesini sürətləndirir. Onun təsirindən piy toxumasından qliseri-
nin və yağ turşularının azad olaraq qana keçməsi sürətlənir.
Qaraciyər lipazasının aktivliyi yüksəlir. Toxumalarda qlükoza,
fruktoza və sirkə turşusunun yağ turşularına və xolesterinə çevril-
məsinə mane olur. Bunların nəticəsində toxumalarda enerji hasila-
tı artır və orqanizmin oksigenə qarşı təlabatı yüksəlir.
Lipokain. Bu polipeptiddir. O vəzin xırda axarlarının epi-
Dostları ilə paylaş: |