N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/107
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21039
1   ...   48   49   50   51   52   53   54   55   ...   107

199 
 
HO─ 
 
─CH
2
─CH
2
─NH

 
NH 
 
─CH
2
─CH

            │       + CO

            NH

 
NH 
 

 
─CH
2
─CH─COOH 
            │ 
            NH

 
Histiamin 
 
Histidin 
 

 
NH 
 
7.9 Hormonoidlər 
 
Hormonoidlər  deyilən  maddələr  də  vardır.  Bunlar  da 
hormonlar kimi təsir edir, lakin daxili sekresiya vəzilərində əmələ 
gəlmir. Onlardan serotonin göstərilə bilər. Bu oksitriptamindir.  
 
 
 
 
Serotonin  trombositlərdə,  toxumalarda  (baş  beyində,  mədə-
bağırsaq  traktında  və  s.)  müəyyən  edilmişdir.  Serotonin  qan 
damarlarını  daraltdığı  üçün  xüsusi  əhəmiyyətə  malikdir.  Qan 
axmasının  qarşısını  almaqda  işlənir.  Histamin  də  hormonoiddir. 
Histidinin dekarboksilləşməsindən əmələ gəlir.  
 
 
 
Histiamin hüceyrə və toxumalarda birləşmiş şəkildədir. O, 
sinir oyanmalarının verilməsində iştirak edir, mədənin selik qişa-
sında xlorid turşusunun sekresiyasını fəallaşdırır, böyrəküstü vəzi-
lərinin qabıq hissəsinin hormonal fəallığını azaldır. Buna görə də 
şizofreniyanın müalicəsində işlənir. Anqiotenzində bu qrupa mən-
sub olub, böyrəklərdə qan təzyiqini artırır. Kalium ionunun hücey-
rələrə  keçməsini  nizamlayır.  Kimyəvi  təbiətinə  görə  heptapeptid-
dir. Quruluşu belədir: 
 
Asp─ark─val─tir─ilə─his─pro─fen. 
 
Sekretin nazik bağırsağın, xüsusən onikibarmaq bağırsağın  


200 
 
selik  qişasındakı  vəzilərdə  istehsal  olunan  polipeptiddir.  Onun 
molekul  kütləsi  5000-ə  yaxındır.  Sekretin  pankreas  şirəsinin  və 
ödün sekresiyasını stimullaşdırır. Bradikinin  də hormonoiddir, 9-
aminturşusunun  qalığından  ibarət  peptiddir.  Aminturşularının 
düzülmə  ardıcıllığı  belədir:  arginin─prolin─prolin─qlisin─fenil-
alani─serin─prolin─fenilalanin─arginin. Bu hormonoid damarları 
genişləndirir, saya əzələləri qısaldır.  
Yuxarıda göstərilənlərdən aydın olur ki, hormonların insan 
və  heyvan  orqanizmində  çox  böyük  əhəmiyyəti  vardır.  Ona  görə 
də  onların  təbabətdə  və  baytarlıqda  daxili  sekresiya  vəzilərinin 
xəstəliklərinin  müalicəsində  geniş  istifadə  olunur.  Heyvanların 
boy  və  inkişafının  nizamlanmasında,  məhsuldarlığının  artırılma-
sında hormonların tətbiqinin böyük perspektivləri vardır.   
 
 
 
Mövzuya aid suallar
 
1.  Hormonların  nomenklaturası  və  təsnifatını  xarakterizə 
edin. 
2.  Qalxanabənzər  vəzinin  hormonları  və  onların  funksya-
ları barədə məlumat verin. 
3. İnsulin və adrenalinin antoqonist funksiyalarını göstərin. 
4. Steroid hormonların kimyəvi təbiətini və fizioloji təsiri-
ni aydınlaşdırın . 
5.  Cinsi  əlamətlərin  inkişafında  androgenlərin  fəaliyyəti 
barədə məlumat verin. 
6.  Hipoviz  vəzinin  ön  hissəsinin  hormonlarının  maddələr 
mübadiləsində rolunu izah edin. 


201 
 
7.  Hormonoidlər  barədə  məlumat  verin.  Onların  bioloji 
rolunu göstərin. 
8. Hansı hormonlar steroid quruluşdadır. Nə üçün? 
9.  Hansı  hormonlar  cinsi  əlamətlərin  inkişafına  dolayı 
yolla təsir göstərir. 
10.  Hormonların  fermentlərlə  əlaqəsi  hansı  əlamətlərlə 
xarekterizə olunur. 
 
 
 
 
 
 
 
 
 
 


202 
 
VIII FƏSİL 
 
8. MADDƏLƏR MÜBADİLƏSİ VƏ ENERJİ 
 
Maddələr  mübadiləsi  canlıları  cansızlardan  ayıran  əsas 
əlamətdir. Maddələr mübadiləsi dəqiq nizamlanmış biokimyəvi və 
fizioloji  bir  prosesdir.  Bu  prosesdə  qanın  və  digər  maddələrin 
orqanizmə daxil olması, onların orqanizm tərəfindən mənimsənil-
məsi,  hüceyrə  daxilində  digər  məhsullara  çevrilməsi  və  əmələ 
gələn lazımsız məhsulların orqanizmdən xaric olunması ardıcıllığı 
ilə  baş  verir.  Bu  çevrilmələr  xarakterik  biokimyəvi  reaksiyalarla 
(hidroliz,  hidrogenləşmə,  aminləşmə,  fosforlaşma  və  s.)  icra  olu-
nur.  Bu  reaksiyalar  mərkəzi  sinir  sisteminin  nəzarəti  və  hormon-
ların  iştirakı  ilə  fermentlər  tərəfindən  sürətləndirilir.  Maddələr 
mübadiləsi bütün hüceyrə quruluşunun boy və inkişafını və enerji 
təminatı  ilə  təmin  edir.  Maddələr  mübadiləsinin  dayanması 
orqanizmin  həyat  fəaliyyətinin  zəifləməsinə  və  nəhayət  məhvinə 
səbəb olur.   
Maddələr mübadiləsi bir-biri ilə əlaqəli və müxtəlif istiqa-
mətə  yönələn  iki  prosesin  vəhdətindən  ibarətdir.  Birinci-dissim-
lyasiya  (və  ya  metabalizm)  maddələrin  parçalanma  prosesidir. 
İkincisi assimilyasiya (və ya katabolizm) maddələrin əmələ gəlmə 
prosesidir.  Bu  proseslərdə  əmələ  gələn  maddələr  metobolitlər 
adlanır.  Bu  bölgü  şərtidir,  orqanizmdə  bunlar  eyni  zamanda 
yaranır biri-digərini tamamlayır, bir sözlə vəhdət təşkil edir.  
 
 
 


203 
 
 
 
Cədvəl 10. 
İnsanın qida maddələrinə olan təlabatı 
 
Orqanizm- 
də ümumi 
miqdarı  
kq-la 
Enerjisi 
kCoul/q 
Kkal/q 
Gündəlik təlabat, q-la 
İnkişaf etmiş 
ölkələrdə 
gündəlik 
faktiki 
təlabat, q-la 
Maddələr 
mübadilə-
sində rolu, 
funksyası 
Əvəzolunmaz 
komponentləri 
Minimum 
miqdar 
Tələb 
olunan 
miqdar 
Zülallar 
10 
17 (4,1) 
37/29

55/45

92/75

Amintur-
şuların 
daşıyıcısı, 
enerji 
mənbəyi 
Əvəzolunmaz 
aminturşular: 
valin, leysin, 
izoleysin, lizin, 
fenilalanin, trip-
tofan, metionin, 
treonin  
Karbohidratlar 

17 (4,1) 

390 
240-310 
Ümumi 
enerji 
mənbəyi 
(qlükoza); 
enerji eh-
tiyatı (qlü-
kogen), 
dayaq 
maddəsi 
(sümüklər
qığırdaq) 
Əvəzolunmaz 
komponentlər 
(otsutsvunot) 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə