222
lar az miqdarda yaxşı emulsiyalaşdıqda parçalanmadan da qana
sorula bilir. Ərimə temperaturu yüksək olan yağların emulsiya-
laşması və sorulması çətin olur. Ona görə də bitki yağları hidroliz
olunmadan 98%, tristearinlər isə 15% sorulur. Qliserin suda yaxşı
həll olunduğundan asan, yağ turşuları isə pis həll olunduğundan
çətin sorulur. Öd turşuları bunlarla müxtəlif nisbətdə (1:4; 2:7;
3:8; 4:9 və s.) mürəkkəb komplekslər əmələ gətirərək, həll olan
şəklə keçirir və sorulmanı sürətləndirir. Bu komplekslər (xolein
turşuları) sorulduqdan sonra parçalanır. Yağ turşuları bağırsağın
epiteli toxumasında qalaraq orqanizmdə yağların sintezi üçün
istifadə olunur. Öd turşuları isə qanla qaraciyərə gedib, ödə keçir
və yenidən bağırsağa qayıdır, yağ turşularının sorulmasında təkrar
iştirak edir. Yağ turşularının sorulması fosfat turşusu ilə də
stimullaşdırılır.
Bağırsağın selik təbəqəsində yağ turşuları qliserinlə birlə-
şərək yağlara da çevrilir. Sonra əsasən limfa sisteminə və qismən
(təxminən 20 – 30%) kapilyar qan damarlarına keçir.
Zülallar aminturşuları şəklində qana sorulur. Yemlə zülal
çox qəbul edildikdə az hissəsi parçalanmadan da sorula bilir.
Bağırsağın selik təbəqəsində aminturşularından
müəyyən dərəcədə
polipeptidlərin sintezi üçün də istifadə edilir.
Su bütün həzm orqanlarında, xüsusi ilə bağırsaqdan şoru-
lur. Sutka ərzində qaramalın bağırsağından 100
l-ə, donuzda isə
25
l-ə qədər su sorula bilər. Bu da bağırsaq möhtəviyyatının
osmos
təzyiqindən, orada duzların qatılığından və s.-dən asılıdır.
Duzlardan xörək duzu və kalium-xlorid asan, suda zəif
həllolan duzlar (natrium sulfat, maqnezium sulfat) isə ləng qana
sorulur. Fosfat və karbonat turşularının kalsium və maqnezium
duzlarının sorulması daha da zəif olur. Dəmir, yod və s. element-
lərin duzları isə mürəkkəb üzvi birləşmələr (tiroksin, askorbinat