232
Toxuma tənəffüsündə flavinlərlə sitoxromlar arasında
ubixinondan da istifadə olunur.
Ubixinon ilk dəfə öküz ürəyinin mitoxondriyalarından
ayrılmışdır. O mitoxondriya lipoproteidlərinin tərkibinə daxil olur.
Ubixinon fosforlaşma ilə getməyən tənəffüsdə əlavə komponent
kimi iştirak edir. Sitoxrom sisteminin fermentləri sitoxromlar
adlanır. Bunlar kimyəvi təbiətinə görə zülalların xromoproteidlər
qrupuna mənsubdur. Sitoxrom yunan sözü olub, sitos – hüceyrə,
zrom – boya deməkdir.
Üç qrup (A, B, C) sitoxrom məlumdur. Bunlardan yaxşı
öyrəniləni C sitoxromudur. Bunun tərkibində bir hem molekulu-
nun və qlobin zülalının qalığı vardır. Bunlar da bir-biri ilə tioefir
rabitəsi ilə birləşmişdir. Molekul kütləsi 13 mindir, suda yaxşı həll
olur.
Müxtəlif heyvanların (at, öküz, donuz, quş) sitoxromları
polipeptid zəncirinin aminturşu tərkibinə görə fərqlənir.
Sitoxromlar oksidləşmiş və reduksiyalaşmış formalarda
olur. Bunların tərkibindəki dəmir çevrilmələr zamanı üçvalentli-
dən ikivalentliyə və əksinə keçir. Sitoxrom oksidləşən maddədən
elektron qəbul etdikdə üçvalentli dəmir reduksiya olunaraq,
ikivalentli dəmirə çevrilir.
Reduksiyalaşmış sitoxrom B qəbul olunmuş elektronları
sitoxrom
C-yə verərək, yenidən oksidləşmiş formaya keçir.
Beləliklə, sitoxromlar sistemi ardıcıl olaraq elektronları
bir-birinə və nəhayət molekulyar oksigenə verir.
Müasir məlumatlara əsasən
heyvan heceyrəsinin sitoxrom
oksidləşmiş sitoxrom
B─Fe
+3
+ e
-
→
reduksiyalaşmış sitoxrom
B─Fe
+2
sitoxrom
B─Fe
+2
+ 2e
-
→
sitoxrom
C → Fe
+2+
sitoxrom
B → Fe
+3