241
badiləsi reaksiyalarının tam getməsinə sərf olunur.
Bioloji oksidləşmədə ayrılan enerjinin ATF-də toplanması
və ya istilik şəklində çıxması bir sıra amillərdən: xarici mühitin
temperaturundan, orqanizmin boy və inkişafından, hormonların
fəaliyyətindən, vitaminlərdən, ionlardan, mühitin reaksiyasından
və s.-dən asılıdır. S. E. Severinin laboratoriyasında müəyyən
edilmişdir ki, bədən temperaturu aşağı düşdükdə oksidləşməklə
fosforlaşma zəifləyir, sərbəst tənəffüs isə yüksəlir. Xarici tempera-
tur artdıqda isə əksinə olur. İnsulin oksidləşməklə fosforlaşmanı
tənzimləyir, tiroksin isə zəiflədir.
8.7 Makroergik birləşmələr
Orqanizmdə müxtəlif maddələrin (karbohidratların, yağla-
rın və s.) oksidləşməsi nəticəsində külli miqdarda enerji ayrılaraq,
makroergik və ya enerji ilə zəngin birləşmələrdə toplanır. Makro-
ergik rabitə əyri xətlə (~) göstərilir. Bunlardan fosforlu birləşmə-
ləri göstərmək olar. Fosforlu birləşmələrin bu qabiliyyəti – yəni
özlərində enerji toplamaq və lazım gəldikdə vermək onların ter-
modinamik davamsızlığı və kinetik davamsızlığı ilə əlaqədardır.
Sadə fosfat efirlərinin (3 – fosfoqliserin turşusu, qlükoza –
6 – fosfat, fruktoza – 1, 6 – difosfat və s.) hidrolizi zamanı az
enerji (2 – 3 kkalori) ayrılır. Lakin pirofosfat rabitəli maddələr
(ATF, ADF), fosfoamid rabitə saxlayanlar (keratinfosfat, arginin-
fosfat), karboksilfosfatlar (asetilfosfat, 1,3 – difosfoqliserin turşu-
su), fosforlaşmış üçlü spirtlər (fosfoenolpiroüzüm turşusu) enerji
ilə zəngin maddələrdir. Bu rabitələrin qırılması orqanizmin enerji
ilə təminində əsas rol oynayır.
242
Bunların hidrolizi əsasında ayrılan enerji 6 – 12 kkalori
arasında dəyişir. Göstərilən birləşmələrin içərisində əsas yeri
purin nukleotidlərindən olan adenozintrifosfat turşisi (ATF) tutur.
Bu mürəkkəb üzvi maddə olub, adenindən, ribozadan və üç mole-
kul fosfat turşusundan ibarətdir. Onun quruluş formulu belədir:
ATF hidroliz olunduqda ADF və fosfat turşusu əmələ gəlir,
6–8 kkalori də enerji ayrılır. Bu da mexaniki, elektrik, istilik ener-
jilərinə və qeyrilərinə çevrilir.
Adenozindifosfat turşusu da (ADF) enerji ilə zəngin birləş-
mədir. Bu turşu fosforlaşma proseslərində əmələ gələn makroer-
gik fosfatların birinci akseptorudur. Bundan miokinazanın (adenil-
ATF + H
2
O → ADF + H
3
PO
4
+ 8 kkalori
OH
│
R─CH
2
─O─PO
3
H
2
R─O─P~O─PO
3
H
2
║
O
Sadə fosfat efiri Pirofosfat rabitəsi
O COOH
║ │
R─NH~PO
3
H
2
R─C─O~PO
3
H
2
R═CO~PO
3
H
2
Fosfoamid Karboksil Fosforlaşmış
rabitəsi fosfatlar üçlü spirtlər
N
HC
C
─
NH
2
C─N O O O OH
CH ║ ║
C─N ── CH─ (CHOH)
2
─CH─CH
2
O─P─O~P─O~P ═ O
N │ │
OH OH OH
243
atkinaza) təsiri ilə ATF-də əmələ gəlir.
Adenozinmonofosfat turşusu (AMF) makroergik maddə
deyildir. Çünki fosfat turşusu ribozaya adi fosfoefir rabitəsi ilə
birləşmişdir. Biosintez proseslərinin çoxunda ATF-dəki enerjidən
istifadə edilir. Fosfat qrupu fosfotransferazaların iştirakı ilə başqa
maddələrə (məsələn, keratinfosfata) köçürüldükdə də enerji itmir.
Lakin fosfat turşusunun qalığı ATF-dən monosaxaridlərə verildik-
də fosfoefir rabitəsi yaranır və enerjinin müəyyən hissəsi səpə-
lənir. Son zamanlar orqanizmdə (əzələ, qaraciyər, beyin və s.)
ATF-dən başqa enerji ilə zəngin başqa nukleotidlərdə quanozindi-
fosfat (QDF), quanozintrifosfat (QTF), uridindifosfat (UDF),
uridintrifosfat (UTF), sitidindifosfat (SDF), sitidintrifosfat turşu-
ları (STF) aşkar edilmişdir. Bu nukleozidfosfatlar da nuklein
turşularının sintezində və fosfat qruplarının köçürülməsindəki
təkrar fosforlaşma reaksiyalarında iştirak edir.
Cədvəl 12.
Bioloji əhəmiyyətli bəzi birləşmələrin hidrolizinin
sərbəst enerjisi -
0
G
(A. Uayt, F. Hendler, E. Smit,
R. Hill, İ. Leman, 1981)
Birləşmənin adı
-
0
G
(pH 7-
də) kkal/mol
Birləşmənin adı
-
0
G
(pH 7-
də) kkal/mol
Asetiladenilat
13,3
Palmitil – karnitin
7,7
Fosfoenolpiruvat
13,0
Uridindifosfat–qlükoza
7,6
Tsiklik AMF
11,9
Saxaroza
6,6
Asetilfosfat
10,5
Fosfodiefirlər
6,0
Asetoasetil – KoA
10,5
Qlükoza – 1 – fosfat
5,0
S – Adenozilmetionin
10,0
Alanil – qlisin
4,0
Fosfokreatin
9,0
Qlütamin
3,4
ATF (daxili rabitə)
8,5
Qliserolfosfat
3,0
ATF (terminal rabitə)
8,4
Laktoza
3,0
Asetil KoA
7,7
Peptid rabitəsi (iri polipep-
tiddə, daxili)
0,5
2 ADF → ATF+ AMF
Dostları ilə paylaş: |