N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə65/107
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21039
1   ...   61   62   63   64   65   66   67   68   ...   107

244 
 
Sitidinfosfatlar  neytral  yağıarın  və  fosfolipidlərin  sintezi 
üçün  lazım  olan  enerjini  verir.  Quanozinfosfatlar  isə  adenozin-
fosfatlarla birlikdə zülalların biosintezində iştirak edir.   
Karbohidratların mübadiləsində nukleotiddişəkərlər xüsusi 
yer  tutur.  Bunların  tərkibində  nukleotidfosfatlardan  başqa  hekso-
zalar (qlükoza) və ya onların törəmələri də (heksuron turşuları və 
ya  asetil-aminoşəkərlər)  olur.  Bu  birləşmələr  karbohidratların 
sintezində iştirak edir.  
Makroergik  rabitəyə  kükürdlü  birləşmələrdə  də  rast  gəli-
nir.  Onlardan  tioefir  makroergik  rabitəni  (R─CO~S─R
1
)  göstər-
mək  olar.  Bütün  göstərilən  makroergik  birləşmələr  orqanizmi 
enerji ilə təmin edir və onun yaşamasına şərait yaradır.  
Müxtəlif  enerji  növlərinin  orqanizmdə  əmələ  gəlməsi  və 
paylanması aşağıdakı sxemdə təsvir edilmişdir: 
 
 
 
 


245 
 
Mövzuya aid suallar 
 
1.  Maddələr  mübadiləsinin  mahiyyətini  izah  edin. 
Anabolizm və katabolizm bir-birindən nə ilə fərqlənir? 
2. İnsanların əsas qida maddələrinə və mineral  maddələrə 
olan təlabatını xarakterizə edin. 
3. Maddələr mübadiləsi ilə enerji mübadiləsi arasında olan 
sıx əlaqəni izah edin. 
4.  ATF-in  quruluşunu  və  enerji  mübadiləsində  rolunu  və 
makroergik rabitənin mahiyyətini aydınlaşdırım. 
5. Orqanizmdə oksidləşməklə fosforlaşmanın mexanizmini 
və bioloji əhəmiyyətini göstərin. 
6.  Hüceyrənin  quruluşu  və  onun  elementlərinin  bioloji 
funksyaları hansılardır? 
7. Makroergik rabitə olmayan nukleotidlər hanslılardır? 
8. Orqanizmdə sitoxromlar hansı formada olur? 
9.  Ağız  suyunun  əsas  fermentləri  və  onların  bioloji  rolu 
nədən ibarətdir? 
10. Mədənin və mədə şirəsinin rolu nədən ibarətdir? 
11.  Qidanın  nazik  bağırsaqda  həzmində  iştirak  edən  əsas 
fermentlər hansılardır? 
12. Ödün funksyasını izah edin. 
13. Həzm kanalında qida maddələrinin sorulması prosesini 
aydınlaşdırın. 
14. Həzm kanalında ən tez sorulan maddələr hansılardır?  
 
 
  
 
 


246 
 
IX FƏSİL 
 
9. NUKLEİN TURŞULARININ MÜBADİLƏSİ 
Nuklein turşularının mübadiləsinin öyrənilməsi biologiya-
nın  bir  çox  problemlərinin  açılmasında  mühüm  rol  oynayır. 
Beləki,  bir  çox  makromolekulların  sintezinin  mexanizmi,  irsi 
əlamətlərin öyrənilməsi, onların nəsildən-nəsilə keçməsi, hüceyrə-
nin quruluşu onun diferensiallaşması mexanizmi NT-in mübadilə-
sinin və sintezinin sayəsində mümkün olur.  
 
9.1 Nuklein turşularının həzm sistemində   
parçalanması 
 
Nuklein turşuları (NT) qida maddələrinin tərkibində zülal-
larla  birləşmiş  şəkildə  (nukleoproteidlər  –  NP)  olur.  Ağız  boşlu-
ğunda  heç  bir  dəyişirikliyə  uğramayan  NP–lər  mədəyə  düşür, 
orada HCI və pepsinin təsirindən sadə zülallara və NT-a parçala-
nır. Qida mədədən bağırsaqlara keçdikdən sonra nukleoproteidlər 
(NP) prostetik qruplara və zülali hissəyə (məsələn tripsin) təsiri ilə 
davam edir.  
NT-in  parçalanması  mədəaltı  vəzinin və  bağırsağın  selikli 
qişasında olan vəzilərin hazırladığı xüsusi fermentlərin fosfodies-
terazaların  (nukleazaların)  təsiri  ilə  gedir.  Nukleazalar;  RNT-ni 
parçalayan-ribonukleazalar  və  DNT-ni  parçalayan  dezoksiribo-
nukleazalar olmaqla iki qrupa bölünür. Hər iki fermentin aktivliyi 
pH=7-8,2  mühitində  daha  fəal  olur.  Bu  iki  ferment  birlikdə-
endonukleazalar  adlanır.  Endonukleazalar  NT-ni  depolimerləş-
dirərək onları oliqonukleotidlərə qədər parçalyır. Ekzonukleazalar 
isə NT-ni sərbəst nukleotidlərə qədər parçalanmasını sürətləndirir. 


247 
 
RNT-azanın  təsirindən  RNT  2
`
,  3
`
  siklofosfatlara  və  nəhayət 
sonuncularda  həmin  fermentlərin  təsiri  ilə  oliqonukleozid-3
`
-
fosfata  hidroliz  olunurlar.  Bu  prosesləri  şəkildəki  (59)  sxem  ilə 
təsəvvür etmək olar.  
 
 


248 
 
Nəticədə  müxtəlif  endo-  və  ekzonukleazaların  təsirindən 
NT-ları,  -ribo və dezoksiribonukleozid-3
`
- və -5
`
 fosfatlar tərkibli 
qarışıq nukleotidlərə parçalanırlar. 
Nukleozidfosfatlar  sonrakı  parçalanmaya  məruz  qalırlar. 
Əvvəlcə onlar hidrolazaların təsirindən hidrolizə uğrayaraq fosfat 
turşusu molekulunu itirirlər (defosforlaşma).   
 
Sonrakı mərhələdə riboziltransferazanın təsiri ilə fosfat tur
-
 
şusunun  iştirakı  ilə  nukleoziddən  azot  əsaslarının  ayrılması  baş  
verir.  
 
 
Uridinfosfori- 
laza (uridinor-
tofosfatribozil-
transferaza) 
O
 
O

H
 
        OH 
        │          
HO─P=O 
         │ 
         O 
O
 
HOCH

H
 
O
H
 
H
 
Uras
il 
Urudin 
Riboza-1-fosfat 

│ 



OH 
       
      OH 
             │ 
+  HO─P─OH 
             ║ 
             O 
OH
 
HOCH

OH
 
H
 
H
 



H
 
O
H
 

H
 
H
 
H
 
H
 
Quanozin 
(nukleotid) 
Quanozin-3-fosfat  
     (nukleotid) 







Nuklezaza
3
 



O


H
2

HOCH

 
HO   │ 
         P 
   O         OH 
 
O
 
H
2


O
 
H
 
OH
 
H
 
+ H
3
PO

H
2

HOCH

 


O



O
 
H
 
H
 
OH
 
H
 
OH
 
H
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə