N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə68/107
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21039
1   ...   64   65   66   67   68   69   70   71   ...   107

255 
 
minofosfata  (SMF)  bu  da  reduksiya  olunmaqla  –  dezoksi  sitidin 
monofosfata (DSMF). Eynilə  UNF-at  reduksiya yolu ilə dezoksi-
uridin-5
1
-monofosfata (DUMF) bu da metilləşmə yolu ilə dezoksi-
timidin-5
1
-monofosfata (DTMF) çevrilir.  
 
 
 
 
Nukleotidlərin fosforlaşması prosesi ATF-in və fosfotrans- 
feraza fermentinin iştirakı ilə baş verir.  
ADF
UTF
ATF
UDF
ADF
UDF
ATF
UMF
aza
ifosfatkin
Nukleozidd
inaza
onofosfatk
Nukleozidm





















 
Bu  ardıcıllıq  dezoksiribonukleotidlərin  fosforlaçmasında 
da baş verir.  
Beləki,  nukleozigdifosfatların  reduksiyasından  dezoksiri-
bonukleozid-5
1
-monofosfat,  onun  ATF  ilə  qarşılıqlı  təsirindən 
dezoksiribonukleozid-5
1
-trifosfat əmələ gəlir. 
Hüceyrələrdə  dezoksiribonukleozid-5
1
-trifosfatların  və 
ribonukleozid-5
1
-trifosfatların  biosintezi  baş  beyin  tərəfindən 
nizamlanır və onların bir-birinə nisbəti həmişə sabit qalır.  
DNT-nin  biosintezi  (replikasiya),  Müasir  elmi  təsəvvür-
lərə görə, irsiyyətin nəsildən-nəsilə verilməsi DNT molekullarında 
olan nukleotidlərin yerləşmə ardıcıllığı ilə əlaqədardır. Buna görə 
də, hüceyrələrdə DNT-nin sintezinin öyrənilməsi bioloji kimyanın 
mühüm problemlərindən biri hesab olunur. 
Hüceyrələrin  biokimyəvi  xüsusiyyətlərini  özündə  cəmləş-
dirən genetik informasiyanı dəyişikliyə uğramadan valideyndən 
                       aminləşmə                         reduksiya olunma 
                                                    SMF                                         DSMF 
İMF 
                   reduksiya olunma                          metilləşmə 
                                                  DYMF                                        DTMF 


256 
 
övlada  verilməsindən  aydın  olur  ki,  bu  informasiyanı  daşıyan 
DNT  molekulları  dəqiq  sürətdə  öz-
özünü yaratmaq xüsusiyyətinə malik-
dir.  DNT  molekulunun  ikiqat  poli-
nukleotid spiralının quruluşunda təsa-
düf  etdiyimiz  komplementarlıq  prin-
sipi,  onun  öz-özünü  yaratma  (ikiləş-
dirmə)  funksyasının  mexanizmini 
izah  etməyə  imkan  verir.  Hüceyrədə 
olan  DNT-nin  yeni  DNT  spirallarını 
sintez  olunmasında  rolu  oynadığını 
əsas  tutan  iki  nəzəriyyə  irəli  sürül-
müşdür.  Uotson  və  Krik  tərəfindən 
irəli  sürülən    yarımkonservativ  repli-
kasiya  nəzəriyyəsində  göstərilir  ki, 
DNT  molekulunun  ikizəncirli  spira-
lında  olan  hər  bir  plolinukleotid  zən-
ciri öz komplementini sintez edir. Bu 
zaman  yeni  əmələ  gəlmiş  iki  DNT 
molekulunun  hərəsinin  polinukleotid 
zəncirlərindən  biri  əvvəlki  spiraldan 
ayrılmış olur. Konservativ replikasiya 
adlanan  ikinci  nəzəriyyəyə  görə, 
əvvəlcə DNT molekulunda olan poli-
nukleotid  zəncirindən  biri  ikiləşir,  sonra  isə  yeni  əmələ  gəlmiş 
zəncir öz komplementinin sintezi üçün matrisə rolunu oynayır.  
1958-ci ildə Mezelson və Stal E. Coli bakteriyalarını azot 
mənbəyi  yalnız  radioaktiv  N
15
  atomları  ilə  nişanlanmış  ammo-
nium-xloriddən 





 
CI
N
4
15
 ibarət  olan  qidalı  mühitdə  təcrübələr 


257 
 
apararaq,  sübut  etdilər  ki,  hüceyrə  daxilində  DNT-nin  sintezi 
yarımkonservativ replikasiya prinsipi üzrə gedir. Replikasiya edən 
DNT-nin  ikili  spiralında  olan  hər  10  cüt  nukleotidin  bir-birindən 
açılması üçün molekul öz oxu ətrafında bir dəfə fırlanmalıdır. Ay-
dındır  ki,  əgər  çoxlu  miqdarda  mononukleotidlərdən  təşkil  olun-
muş DNT zəncirləri bir-birindən tam açıldıqdan sonra öz komple-
mentlərinin sintezinə başlasaydılar, onda biosintezin normal sürə-
tini  təmin etmək üçün hüceyrədə  olan DNT öz oxu  ətrafında çox 
böyük  tezliklə  fırlanmalı  olardı  (təxminən  10000  dövr/dəq.). 
Hüceyrələrin daxilində uzunluğu 1 mm-ə qədər olan DNT mole-
kullarının belə böyük sürətlə fırlanması mümkün deyil. Buna görə 
də,  belə  güman  edilir  ki,  DNT  spiralının  açılması  və  yeni  DNT 
molekulunun formalaşması eyni vaxtda gedən prosesdir.  
DNT  molekulları  DNT-polimeraza  fermentinin  (bu  fer-
mentə    DNT-nukleotidiltransferaza  da  deyilir)  iştirakı  ilə  sintez 
olunur.  Dezoksinukleozidtrifosfatlar  DNT-nin  sintezi  üçün  ilkin 
mareterial  vəzifəsi  daşıyırlar.  DNT  molekullarının  sintezi  üçün 
mühitdə Mg
2+
 və ya Mn
2+
 ionlarının olması vacib şərtdir. Hücey-
rədən xaric sistemlərdə  (in  vitro) DNT sintezinin bir sıra mühüm 
xüsusiyyətləri  vardır.  Onun  əsas  xüsusiyyətlərindən  biri  mühitdə 
dezoksinukleozidtrifosfatların  (DATF,  DQTF,  DSTF,  DTTF) 
bütün  növlərinin  olmasının  vacibliyidir.  Onlardan  yalnız  birinin 
olmaması  DNT  sintezinin  dayanması  ilə  nəticələnir.  Bundan 
əlavə,  DNT-polimerazanın  fəaliyyəti  üçün  mühitdə  mütləq 
―səbəbkar‖  DNT  molekulları  olmalıdır.  Burada  ―səbəbkar‖  DNT 
sintez  olunan  DNT  molekulları  üçün  matrisa  vəzifəsini  daşıyır. 
Sintez  olunan  DNT-nin  xüsusiyyətləri  ilk  götürülmüş  ―səbəbkar‖ 
DNT  molekulunda  nukleotidlərin  yerləşmə  ardıcıllığı  ilə  əlaqə-
dardır.  DNT-nin  sintezi  zamanı  gedən  reaksiya  sxematik  olaraq 
aşağıdakı tənliklə ifadə edilir:  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə