258
Bu reaksiya zamanı dezoksinukleozidtrifosfatlar matrisa
vəzifəsini daşıyan DNT zənciri üzərindəki azot əsasları ilə
komplementarlıq prinsipi üzrə qarşı-qarşıya yerləşir, bir-birinin
qonşuluğunda yerləşən dezoksinukleozidtrifosfatların tərkibində
olan dezoksiriboza qalıqları arasında 3,5-fosfodiefir rabitələri
əmələ gəlir və iki fosfat turşusu qalığı – pirofosfat turşusu şəklin-
də ayrılır. Tənlikdən aydın olur ki, DNT molekullarının sintezinə
sərf olunan DATF və DQTF-in miqdarı müvafiq olaraq, DQTF və
DSTF-in miqdarına bərabərdir. Bu fakt DNT molekullarının
kimplementar quruluşu (A – T; Q – S) haqqında Uotson və Krik
tərəfindən irəli sürülən müddəaları bir daha təsdiq edir.
Dezoksinukleozidtrifosfatdan pirofosfat turşusunun ayrıl-
ması zamanı alınan enerji biosintez proseslərinə sərf olunur.
Şəkil 62-də DNT-in biosintezi prosesində nukleotidiltrans-
feraza fermentinin iştirakı ilə gedən reaksiyadan bir hissə veril-
mişdir. Prosesdən göründüyü kimi ilk mərhələdə pirofosfat turşu-
su ayrılır. Bu da öz növbəsində digər proseslərə qoşulur.
Canlı orqanizmdən xaricdə molekul zənciri nəzərdə tutu-
lan ardıcıllıqla yerləşmiş nukleotid qalıqlarından ibarət olan DNT
molekulunun sintez edilməsi çox çətin problemdir. Son vaxtlarda
aslimlər alanin aminturşusunun nəqliyyat RNT-nin genin (Q. Xo-
rana) və E. Coli bakteriyalarını yoluxdurmaq qabiliyyətinə malik
olan faqların bir növünü (Kornberq) sintez etməyə müvəffəq
olmuşlar. Hemoqlobin molekulundakı aminturşu qalıqlarının yer-
ləşmə aedıcıllığı haqqında informasiyaya malik olan genin sintez
edilməsi bioloji kimyanın ən yeni nailiyyətlərindən biridir.
n
1
DATF
n
2
DQTF ―səbəbkar‖ DNT + Mg
2+
yaxud Mn
2+
n
1
DSTF DNT + 2(n
1
+n
2
) H
4
P
2
O
7
n
2
DTTF DNT – polimeraza
259
260
Zülalların, RNT-nin və DNT-nin biosintezini şərti olaraq,
3 mərhələyə bölürlər: i n i s i a s i y a (təşəbbüs, biosintez
prosesinin başlanması üçün verilən göstəriş), e l o n q a s i y a
(sintez olunan polinukleotid zəncirlərinin uzunluğunun artması)
və t e r m i n a s i y a (biosintez prosesinin sona çatması)
mərhələləri.
9.2.1. DNT biosintezinin inisiasiyası nukleotid zənciri
əsasında yeni zəncirləri sintez edilməsi prosesinin başlanğıcıdır.
Bundan ötrü, əvvəlcə əsas DNT molekulunun bir hissəsində
komplementarlıq prinsipi üzrə oliqoribonukleotid sintez edilir.
Praymer adlanan oliqoribonukleotidin tərkibindəki riboza qalı-
ğının 3-cü karbon atomu sərbəst hidroksil qrupuna malik olur.
Oliqoribonukleotidin tərkibinə 50-yə yaxın nukleotid qalığı daxil-
dir. Onun sintezi RNT-polimeraza fermentinin təsiri altında baş
verir. İnisiasiya prosesində DNT molekulu əvvəlcə DNT-birləş-
dirici, sonra isə DNT-açıcı zülallarla birləşir. DNT-açıcı zülalın
təsiri altında DNT molekulunun ikiqat spiraldan ibarət olan
hörüyü müəyyən nahiyədə açılır. Sonra açılmış spirala DNT-
polimeraza və RNT-polimeraza fermentləri birləşir. RNT-poli-
merazanın təsiri ilə praymer sintez olunur. Belə güman edilir ki,
DNT molekulu məhz praymerin sonuncu riboza qalığının 3-
hidroksil qrupu ilə birləşmiş şəkildə sintez edilir. Sonra molekul
zəncirinin həmin hissəsi nukleaza fermentinin təsiri ilə yeni
yaranmış oliqodezoksiribonukleotid molekulundan ayrılır.
9.2.2. DNT sintezinin elonqasiya mərhələsində əsas DNT
molekulu replikasiyaya uğrayır və onun polinukleotid zəncirləri-
nin iştirakı ilə komplementarlıq prinsipi üzrə yaranan yeni DNT
zəncirlərinin hər biri əsas zəncirlərdən biri ilə birləşib, ikiqat
spiral əmələ gətirir. Eukariot xromosomda iki istiqamətdə repli-
kasiya ilgəklərinin əmələ gəlməsi şəkil 63-də verilmişdir.
261
Yeni DNT zəncirləri DNT-polimeraza fermentinin iştirakı
ilə sintez edilir. Zəncirlərin bir-birinə hörülərək, spiral əmələ
gətirməsi isə DNT-liqaza fermentinin işrirakı ilə həyata keçir.
Belə güman edilir ki, DNT sintezinin terminasiyası (sona çatma-
sı) əsas DNT molekulunun replikaiyasının sona çatması ilə əlaqə-
dar olaraq baş verir.
9.2.3. RNT-nin biosintezi (transkripsiya). Hüceyrədə
RNT-nin miqdarı sabit deyil. Hüceyrə və toxumanın növündən,
yaşından və fizioloji funksiyasından asılı olaraq, onun tərkibin-
dəki RNT-nin miqdarı müxtəlif hüdudda dəyişir. Böyümə və
çoxalma dövründə hüceyrələrdə RNT artır. Bundan əlavə, hücey-
rələrdə olan RNT-nin tərkib və funskyasına görə bir-birindən fərq-
lənən müxtəlif növləri vardır (m-RNT, n-RNT, p-RNT). Müxtəlif
tərkib və quruluşa malik olan RNT molekulları hüceyrənin nüvə-
sində olan DNT-nin təsiri ilə sintez edilir. RNT molekulunun
DNT matrisasında biosintezi-transkripsiya adlanır. RNT-nin digər
növlərinin də transkripsiya yolu ilə əmələ gəldiyi güman edilir.
Transkripsiya prosesinin normal gedişi üçün bu prosesin
baş verdiyi mühitdə bütün nukleozidtrifosfatların (ATF, QTF,
STF, UTF), matrisa vəzifəsini daşıyan DNT-nin və Mg
2+
, yaxud
Dostları ilə paylaş: |