266
də podaqra, ksantinuriya və orot turşusunun sidiklə ifraz edilməsi
ilə müşayiət olunan xəstəlik halları təzahür edə bilər. Ksantinuriya
xəstəliyində sidiyin tərkibində çoxlu miqdarda ksantin olur; sidik
turşusunun miqdarı isə normaya nisbətən azalır. Nadir təsadüf
edilən bu xəstəliyin səbəbi, orqanizmdə ksantini oksidləşdirərək,
sidik turşusuna çevirən ksantinoksidaza fermentinin çatışmama-
sıdır. Toxumalarda orotidilpirofosforilaza və ya orotidildekarbok-
silaza fermenti çatışmadıqda orot turşusunun orotidil, yaxud uridil
turşusuna çevrilməsi prosesi ləngiyir. Bunun nəticəsində sidiklə
çoxlu miqdarda orot turşusu ifraz edilir. Bu xəstəlik anemiya ilə
müşayiət olunur.
P o d a q r a (yunanca podus – ayaq və agrios – sərt)
nuklein turşularının mübadilə pozulmaları ilə xarakterizə olunan
xəstəliklərin ən geniş yayılmış növüdür. Podaqra xəstəliyinə tutul-
muş şəxslərin qanında sidik turşusunun miqdarı artır (hiperurike-
miya). Sağlam şəxslərin qanında 2 – 4 mq%-ə qədər sidik turşusu
olduğu halda, podaqra zamanı onun miqdarı 6 mq% və daha artıq
ola bilər. Sidik turşusu və onun duzları (uratlar) pis həll olan
maddələrdir. Buna görə də, qanda belə maddələrin artması, onla-
rın toxumalar çökməsi ilə müşayiət olunur. Podaqra xəstəliyi
zamanı qığırdaqlarda, vətər yataqlarına, oynaq kisələrinə, bəzən
isə böyrəklərə, dəriyə və əzələlərə sidik turşusu kristalları yığılır.
Sidik turşusunun ayaq və əl barmaqlarının (xüsusən, ayağın baş
barmağının) oynaq qığırdaqlarına və qulaq sırğalığına yığılması
podaqra üçün səciyyəvi haldır. Sidik turşusunun yığılması
və onun
yığıldığı nahiyənin iltihablaşması nəticəsində xəstələrin oynaq-
larında podaqra düyünləri əmələ gəlir. Bu oynaqların quruluşunun
və funksyasının pozulmasına səbəb olur. Podaqra xəstəliyi üçün
oynaqlarda vaxtaşırı baş verən kəskin ağrı tutmaları xarakterikdir.
Adətən, bu ağrılar bədən teperaturunun yüksəlməsi ilə müşayiət
269
X FƏSİL
10 ZÜLALLARIN MÜBADİLƏSİ
Zülal mübadiləsi canlı orqanizm ilə ətraf mühit arasında
maddələr mübadiləsinin ən aparıcı və mürəkkəb prosesidir. Zülali
maddələr fiziki-kimyəvi və bioloji xassələrinə görə canlının əsas
həyat amilidir. Hüceyrə, toxuma və orqanların əsas struktur
elementidir. Canlı orqanizmlərdə gedən bütün kimyəvi proseslər
zülal-ferment komplekslərinin köməyi ilə başa çatır. Buna görə
bütün canlı aləmdə baş verən maddələr mübadiləsi zülali maddə-
lərin varlığına bağlıdır.
Zülallar insan və heyvan orqanizminə müxtəlif zülal
tərkibl ilə fərqlənən qida vasitəsi ilə daxil olur. Orqanizmə daxil
olan qidaların tərkibində zülallarla zəngin olan (ət, balıq, şor,
pendir, yumurta, noxud, lobya, soya və s.) və az olan (meyvə,
tərəvəz) ərzaqlar olur.
10.1 Zülal və aminturşuların parçalanması
İnsan və heyvan orqanzimində zülallar da daimi katabo-
lizmi (dissimlyasiyası) həzmlə başlayır. Həzm prosesində zülallar
fermentlərin (hidrolazaların) təsirilə parçalanır. Zülalların mədədə
turş mühitdə mədə şirəsinin təsiri ilə natamam hidrolizə uğrayır.
Mədədə turş mühitdə zülallar əsasən pepsinin təsirindən albumoz
və peptonlara parçalanır. Bu prosesdə bir neçə peptid rabitəsi
qırılır. Bağırsaqlarda isə albumoz və peptonlar tripsin, ximotrip-
sin, pepsin, karboksilpeptidaza, dipeptidazanın iştirakı
ilə amintur-
şularına ayrılır. Adları çəkilən fermentlər bağırsaq möhtəviyyatın-