N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə70/107
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21039
1   ...   66   67   68   69   70   71   72   73   ...   107

262 
 
Mn
2+
 ionlarının olması zəruri şərtdir.  
 
 
 
Nukleozidtrifosfatlardan  RNT  molekullarının  sintez  olun-
ması  prosesini  kataliz  edən  ferment  RNT-polimeraza  (yaxud 
transkriptaza) adlanır.  
RNT-polimerazanın təsiri ilə nukleozidtrifosfatlar polimer-
ləşərək, monomerlərin arasında 3,5-fosfodiefir rabitələri olan poli-
nukleotid zəncirləri əmələ gətirir; bu zaman nukleozidtrifosfatlar-
dan pirofosfat turşusu ayrılır. 
 
 
 
Müxtəlif  canlıların  toxuma  və  hüceyrələrində  təsir  xüsu-
siyyətinə  görə  RNT  polimerazanı  xatırladan  bir  neçə  fermentə 
təsadüf  edilmişdir.  Bunlardan  ən  mühümü  polinukleotidfosfo-
rilaza və RNT-sintetazadır. 
Polinukleotidfosforilaza  (PNF-aza)  Qrunberq-Monaqa  və 
Oçoa  tərəfindən  1955-ci  ildə  Azotobacter  vinelandii  ekstaktında 
aşkar  edilmişdir.  Sonralar  bu  fermentə  müxtəlif  bitki  və  heyvan 
n
1
 ATF 
n
2
 QTF     DNT, Mg
2+
 yaxud Mn
2+
 
n

UTF                                              RNT + (n
1
+n
2
+n
3
+n
4
) H
4
P
2
O
7
 
n

STF         RNT – polimeraza  
 


263 
 
hüceyrələrində də təsadüf olunmuşdur. PNF-aza-ribonukleoziddi-
fosfat  molekullarından  RNT-nin  əmələ  gəlməsi  prosesini  kataliz 
edən fermentdir: 
 
 
 
RNT-polimeraza  matrisa  ilə  birlikdə-promotor  adlanır. 
RNT-polimeraza  fermenti  bir  neçə  zülal  tənzimləyici  faktor 
(TATA)  mərkəzi  olan  substratdan  əmələ  gəlmişdir.  İnisiasiya 
prosesində (biosintez prosesinin başlanması) promotorun aktivləş-
məsi  xüsusi  nukleotid  düzülüşünə  malik  olan  TATA-faktorun 
köməyi ilə baş verir.  
 
 
n
1
 ATF 
n
2
 QTF    DNT, Mg
2+
 
n

UTF                        RNT + (n
1
+n
2
+n
3
+n
4
) H
4
P
2
O
7
 
n

STF     PNF – aza  
 


264 
 
PNF-azanın  bioloji  funksyası  hələ  tam  aydınlaşdırılma-
mışdır. Bu fermentin hüceyrələrdə müxtəlif tipli RNT molekulla-
rının  sintezində  iştirak  etməsi  haqqında  olan  nəzəri  mülahizə 
özünü  doğrultmur,  çünki  ribonukleoziddifosfatların  və  fosfat 
turşusunun  hüceyrədaxili  mühit  üçün  səciyyəvi  hesab  olunan 
konsentrasiyasında  bu  dönər  reaksiyanın  tarazlığı  əks  tərəfə 
yönəlir,  yəni  göstərilən  şəraitdə  reaksiya  PNF-azanın  təsiri  ilə 
ribonukleoziddifosfatların polikondensasiyası istiqamətində deyil, 
RNT-nin  fosforolizi  istiqamətində  gedir.  Bundan  əlavə,  PNF-
azanın iştirakı ilə sintez edilən RNT-nin birincili quruluşu ―səbəb-
kar‖  DNT-yə  müvafiq  gəlmir.  Bunları  nəzərə  alaraq,  güman 
etmək  olar  ki,  PNF-azanın  əsas  bioloji  funksyası  hüceyrələrdə 
lazım gəlməyən RNT molekullarını fosfat turşusu iştirakı ilə ribo- 
nukleoziddifosfatlara çevirməkdən ibarətdir.  
RNT-sintetaza  fermenti  tərkibində  RNT  olan  faqlarla 
yoluxmuş  mikroorqanizmlərdə,  həmçinin  belə  viruslarla  yolux-
muş  bitki  və  heyvan  hüceyrələrində  tapılmışdır.  Bu  fermentin 
təsiri  ilə  nukleozidtrifosfatlardan  RNT  molekulları  sintez  edilir. 
Lakin  RNT-sintetazanın  RNT-polimerazadan  əsas  fərqi  bundan 
ibarətdir  ki,  onun  fəaliyyəti  üçün  mühitdə  DNT  molekullarının 
olması  vacib  deyil.  Bu  fermentin  təsiri  ilə  hüceyrələrdə,  onların 
yoluxduğu virus və faqlar üçün xarakterik olan RNT molekulları 
sintez  edilir.  Bu  zaman  virus  və  faqların  spesifik  RNT-si  yeni 
sintez olunan RNT üçün matrisa vəzifəsini daşıyır.  
RNT-polimerazadan  ən  yaxşı  öyrənilən bağırsaq şöplərin-
də  rast  gəlinən  molekul  kütləsi  487000  Da  olan,  beş  substratdan 
təşkil  olunmuş  fermentdir  (prokariot).  Bu  fermentin  ―-in  vivo-‖ 
köməyi ilə hüceyrə nüvəsində müxtəlif m RNT, n RNT və r RNT-
si sintez olunur.  
1970-ci illərdə xərçəng hüceyrələrinin onkogen virusların- 


265 
 
da  RNT  matrisasında  DNT-in  sintezini  kataliz  edən  ferment 
müəyyən olunmuşdur. Bu ferment RNT-dən asılı olan (bağlı olan) 
DNT-polimeraza  adlandırıldı.  Onu  həmçinin  tərsinə  (geridönən) 
transkripsiya  –  refertaza  prosesi  adlandırırlar.  Refertaza  gen 
mühəndisliyində    geniş  istifadə  edilir.  Bu  fermentin  köməyi  ilə    
m RNT-si bir sıra gen və zülalların sintezini təşkil edir. Refertaza 
reaksiyaları vasitəsilə normal sağlam hüceyrənin xərçəng hüceyrə-
sinə necə çevrilməsi öyrənilir.  
DNT-in  və  RNT-in  sintezi  artıq  sonuncu  40  ildə  daha  da 
dərindən  öyrənilməyə  başlanmışdır.  Artıq  bu  çoxmərhələli  sintez 
proseslərinin  bir  çox  fermentləri  məlumdur.  Bu  mərhələlərin 
mexanizminin detallarının açılması gələcəkdə bir çox xəstəliklərin 
əmələ gəlməsi səbəblərini müəyyən edəcəkdir və insanların orqa-
nizminin qocalmasının qarşısı alınacaqdır.  
 
 
9.3 Nuklein turşuları mübadiləsinin   
pozğunluqları 
 
İnsan  və  heyvanlarda  rast  gəlinən  bir  sıra  xəstəliklər 
nuklein turşularının və nukleoproteidlərin mübadiləsinin pozulma-
ları  ilə  müşayiət  olunur.  Hazırda  xromosomların  sayının  (Daun, 
Şereşevski-Terner, Kleynfelter xəstəlikləri və s.) və bəzi ferment-
lərin  aktivliyinin  (katalaza,  oksidazalar,  fosfatazalar  və  s.)  dəyiş-
məsi  nəticəsində  əmələ  gələn  müxtəlif  irsi  xəstəliklər  məlumdur. 
Bu  xəstəliklərin  hamısı  nukleoproteidlərin  zülal  mübadiləsinə 
rəhbərlik edən ayrı-ayrı şöbələrində (genlərdə) baş vermiş dəyişik-
liklərin nəticəsi kimi meydana çıxır.  
Purin və pirmidin mübadiləsinin irsi pozulmaları nəticəsin- 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə