N. M. Yusifov, K. Ş. DaşDƏMİrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/107
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21039
1   ...   58   59   60   61   62   63   64   65   ...   107

233 
 
sistemi  5  –  komponemtdən:  B;  C;  C
1
;  A  və  A
3
  –  sitoxromlardan 
ibarətdir.  Bunlar  mitoxondriyalarda  olmaqla,  onların  divarındakı 
lipoproteidlərlə  möhkəm  birləşmişdir.  Sitoxrom  A

sitoxromoksi-
daza  funksyasını  yerinə  yetirir,  qalanları  isə  elektronların  aralıq 
keçriciləridir. Sitoxrom B və C
1
-də dəmir, sitoxrom A-da isə mis 
vardır.  
 
 
 
Sitoxrom sistemi hüceyrədə bütün oksidləşmə proseslərini 
tamamlayır.  Oksidləşən  maddələrdən  alınan  elektron  və  proton-
ların oksigenə verilməsini təmin edir. Bu da sxematik belə göstəri- 
lir:  


234 
 
 
 
 
 
Sitoxrom sistemi oksigenin fəallaşmasını təmin edir.  
 
 
 
Oksidləşən  maddədən  elektronları  ona  verməklə,  fəal 
mənfi yüklü ionlara (0
2-
) çevirir. Bu ionlar isə oksidləşən maddə-
lərdən  oksidləşmənin  ilk  mərhələlərində  elektronlarla  birlikdə 
alınmış protonlarla asanlıqla birləşir. Nəticədə su və ya hidrogen-
peroksid əmələ gəlir. 
 
 
 
 
Bütün  bu  proseslər  mitoxondriyalarda  enerjinin  ayrılması 
ilə  gedir.  Beləliklə,  sitoxrom  sistemi  bioloji  oksidləşmə  proseslə-
rində  çox  böyük  əhəmiyyətə  malik  olub,  elektronların  keçirilmə-
sini  və  hüceyrələrdə  müxtəlif  maddələrin  havanın  oksigeni  ilə 
oksidləşmələrini təmin edir.  
Oksigen kifayət qədər olduqda oksidləşmə yuxarıda göstə-
rilən  qaydada  gedir.  Oksigen  çatışmadıqda  göstərilən  sxem 
dəyişir. Sitoxrom sistemi elektronlarla və flavinadenindinukleotid 
(FAD) isə elektron və protonlarla zənginləşir. Elektron və proton-
ların köçürülməsi dayanır. Reduksiyalaşmış NAD (NAD ∙ H
2
) çox 
toplanır.  Lakin  oksidləşmə prosesi davam edir.  Çünki  NAD ∙ H
2
 
oksidləşmə reaksiyalarının aralıq məhsulları olan alfa – ketoturşu-
larla reaksiyaya girişərək, onları reduksiya edir və alfa – oksitur-
şulara  çevirir.  Nəticədə  NAD-ın  oksidləşmiş  forması  (NAD) 
əmələ  gəlir və oksidləşən maddədən hidrogen qəbul  olunur. Ona 
4e
-
 
Substrat ─ 2H
2
-dehidro-           Piridin      flavin 
                           genaza   →    nukleo-     ferment-      sitoxrom 
                                                  tidləri        ləri  
      →  B→C
1
→C→A→A
3
→O
2
 
                                                                                       sistemi 
 
                              4H
+
 + 2O
-2 
                                  ↓ 
                              2H
2

4H
+
 + 2O
-2
 → 2H
2

2H
+
 + 2O
-2
 → H
2
O



235 
 
görə  orqanizmdə  oksigen  çatışmadıqda  (ağır  fiziki  işdə,  hündür 
dağ  şəraitində  və  s.)  piroüzüm  turşusu  NAD  ∙  H
2
  ilə  reduksiya 
olunaraq  süd  turşusuna  çevrilir  və  NAD-ın  oksidləşmiş  forması 
əmələ gəlir.  
Beləliklə, karbohidratların oksidləşməsi davam edir. Lakin 
oksidləşmə  sona çatmadığı  üçün su  və  karbon qazı  əmələ  gəlmə-
yib, toxumalarda süd turşusu çoxalır. Orqanizmin oksigenlə təmi-
natı  yaxşılaşdıqda süd turşusu  yenidən su və karbon qazına kimi 
oksidləşir. Sonuncu üzvi turşuların dekarboksilləşməsi nəticəsində 
əmələ  gəlir.  Buna  misal  piroüzüm  turşusunun  dekarboksilləşmə-
sini göstərmək olar. 
Peroksidazalar və katalazalar hidroperoksidazalara mənsub 
olub,  toxuma  oksidləşməsinin  fermentləridir.  Bunların  tərkibi 
profirin halqası ilə spesifik zülalın birləşməsindən ibarətdir. Profi-
rin halqasında dəmir də vardır.  
Oksidazalarda  flavinnukleotidlər  mövcuddur.  Oksidazala-
rın  və  dehidrogenazaların  təsirinin  ilk  mərhələləri  oxşardır.  Hər 
ikisi  oksidləşən  maddədən  hidrogen  atomlarını  çıxarır.  Sonra 
oksidazadan hidrogen atomlartını yalnız oksigenə verir. Dehidro-
genazalar isə akseptor olaraq  flavin  fermentlərindən istifadə  edir. 
Oksidazalardan  hidrogeni  bilavasitə  oksigenə  verən  aerob  dehid-
rogenazalarda  fərqlənir.  Sonuncular  oksidazalardan  fərqli  olaraq 
bu  məqsədlə  bəzi  üzvi  maddələrdən  (metilen  göyü)  də  mənim-
səyir. Oksidazalara misal tirozinaza, sitoxrom oksidaza, dopaoksi-
daza və s. göstərilə bilər.  
Katalazalar  bütün  heyvan  toxumalarında,  xüsusilə  qaraci-
yərdə,  böyrəklərdə  və  qanda  olur.  Bu  fermentlər  tərkibində  4 
hemin qrupu saxlayan hemoproteiddir. Molekul kütləsi 240 – 250 
min arasında dəyişir. Molekulunda 4 atom üçvalentli dəmir var.  
Katalazalar oksidləşmə proseslərində əmələ gələn hidro- 


236 
 
gen-peroksidi suya və molekulyar oksigenə parçalayır.  
    
 
Bununla  da  hüceyrələri  hidrogen-peroksidin  toksiki  təsi-
rindən qoruyur.  
Peroksidazalar bəzi maddələrin hidrogen-peroksidlə oksid-
ləşməsini kataliz edir.  
 
 
Peroksidazalar  bütün  heyvan  toxumalarında,  qanda 
(leykositlərdə) və süddə də vardır. 
Heyvan  hüceyrələrində  karbohidratların  və  yağ  turşu-
larının  parçalanmasını  kataliz  edən  dehidrogenazalar,  piridin 
kodehidrogenazaları  və  oksidazalar  mitoxondriyaların  daxili 
boşluğundakı  möhtəviyyatda  yerləşir.  Bu  fermentlər  mitoxondri-
yaların skeleti ilə zəif birləşmişdir. Ona görə də su ilə asan ayrılır.  
Flavin  fermentləri  mitoxondriyaların  divarında  və  arakəs-
mələrin  tərkibində  olur.  Onları  mitoxondriyalardan  ayırmaq 
çətindir.  Çünki  quruluş  zülalları  və  lipidləri  ilə  möhkəm  komp-
lekslər əmələ gətirir.  
Mitoxondriyalarda  adenil  turşuları,  qeyri-üzvi  fosfatların 
hissəcikləri, fosfat qruplarını köçürən fermentlərdə olur.  
 
 
8.6 Oksidləşməklə fosforlaşma 
 
Tənəffüs  prosesinin  əsasını  təşkil  edən  oksidləşməklə 
fosforlaşma hüceyrələrin mitoxondriyalarında gedir. Hüceyrələrdə 
mitoxondriyaların sayı 50-dən 5 minə qədər olur. Onlar xarici və 
daxili membranlara malikdir. Sonuncular daraqvarı şaxələnir. Boş
-
 
luqları isə bərk maddə-matrikslə dolmuşdur.  
2H
2
O
2
  → 2H
2
O + O

 
AH
2
 +H
2
O
2
 
           
→          2H
2
O + A
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə