311
Əmələ gəlmiş piroüzümasetil-KoA trikarbonturşuları sik-
linə sitoxrom sisteminin köməyi ilə qoşulur, ən sonda isə CO
2
və
H
2
O parçalanır.
Di- və trikarbon turşuları qoşulan bütün mürəkkəb ferment
sistemi mitoxondriyalara elektron və protonların daşıyıcısı rolunu
oynayır.
11.6 Karbohidratların oksidləşməsinin pentozofosfat
yolu (apotomik oksidləşmə)
Karbohidratların apotomik oksidləşməsinin (parçalanması-
nın) öyrənilməsində O. Varburqun, F. Lipmanın, F. Dikkensin,
B. Xareneyrinin və B. Engelhardın böyük rolu olmuşdur. Bu pro-
sesi təşkil reaksiyaları hüceyrələrin sitoplazmasında baş verir.
Apotomik oksidləşmə prosesinin əvvəlində qlükolitik par-
çalanmada olduğu kimi qlükozanın (və ya qlikogenin) fosforlaş-
ması nəticəsində qlükoza-6-monofosfat efiri əmələ gəlir. Bu
mərhələdən sonra qlükolitik və apotomik parçalanma bir-birindən
ayrılır. Bu prosesdə qlükoza-6-fosfat ikinci dəfə fosforlaşma
prosesinə uğramır. Karbohidratların oksidləşməsinin pentozofos-
fat yolu ilə qlükoza-6-fosfatın oksidləşməsi ilə başlayır. Bu pro-
sesdə qlükoza-6-monofosfat efirinin birbaşa oksidləşməsi nəticə-
sində ribuloza-5-fosfat və CO
2
əmələ gəlir.
Qlükoza-6-fosfatın ribuloza-5-fosfata çevrilməsi bir neçə
mərhələdən ibarət olan fermentativ prosesdir.
İlk mərhələdə qlükoza-6-fosfat
dehidrogenaza fermentinin
təsiri ilə hidrogensizləşərək 6-fosfoqlükonolakton əmələ gətirir.
NADF isə qlükoza-6-fosfatdan ayrılan hidrogen atomlarını qəbul