316
mada isə 1050 Kcoul (30 KC∙35 mol ATF) ehtiyyat enerji
şəklində toplanır. Qıcqırma və qlikoloiz proseslərində az miqdar-
da ATF molekulu olduğundan enerji ehtiyyatı minimum toplanır.
11.7 Fruktoza və qalaktozanin mübadilə
xüsusiyyətləri
Bağırsaqlardan sorulmuş fruktoza və qalaktoza qapı venası
ilə qaraciyərə gətirilir. Onların bir hissəsi qaraciyərdə kimyəvi
çevrilmələrə məruz qalır, digəri isə qan vasitəsilə müxtəlif orqan
və toxumalara gedib, orada mübadilə prosesinə qoşulur. Fruktoza
və qalaktozanın mübadiləsi qlikolitik parçalanma kimi gedir.
Lakin onların parçalanmasının bir sıra fərqləndirici xüsusiyyətləri
də vardır.
Fruktoza ya qeyri-spesifik heksokinazanın, ya da spesifik
təsirli fruktokinaza fermentinin təsiri ilə qlikolitik parçalanmaya
bilər. Heksokinaza fermenti fruktozanı fosfat qalıqlarının donoru
vəzifəsini daşıyan ATF-in iştirakı ilə, qlikolitik parçalanmanın
aralıq məhsullarından biri olan fruktoza-6-fosfata çevirir. Onun
növbəti çevrilmələri isə adi qlikolitik yol ilə davam edir. Əzələ-
lərdə fruktoza əsasən, bu yolla qlikolitik parçalanma prosesinə
qoşulur. Qaraciyərdə fruktozaya təsir göstərən spesifik fruktokina-
za fermenti tapılmışdır. Əzələlərdə bu fermentin olub-olmaması
hələlik mübahisəlidir. Orqanizmə daxil olmuş fruktozanın 20%-ə
qədəri bu fermentin təsiri ilə katalizə uğrayır. Qaraciyər fruktoki-
nazasının təsiri heksokinazanın təsirindən fərqlənir. Onun təsiri
altında fruktoza əvvəlcə fosfat turşusu qalığı ilə birləşib,
fruktoza-
1-fosfata çevrilir. Bu reaksiyada da ATF iştirak edir: