Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə17/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   13   14   15   16   17   18   19   20   ...   78

Nadir şahın qadınlara münasibəti də onun mənəvi aləminin daha bir
xarakterik cəhətidir. O, qadınlara saraylarda bəslənilən ənənəvi münasibəti
dəyişdi, hərəmxana əylənmələrindən uzaqlaşdı, şəxsi həyatını nikah
bağladığı xanımlarla qurdu. Nadir şah hərbi yürüşlər zamanı sərkərdələrinin
də özləri ilə çoxlu xanımlar aparmasına qarşı çıxdı. O, şiə məzhəbində olan
«siğəliyin» ləğv olunmasını əmr etmişdi.
Nadir şahın elmə, ədəbiyyata maraq göstərməsi də məlumdur. Onun
bütün həyatını hərbi yürüşlərdə və düşərgədə keçirməsi etibarilə sənət və
ədəbiyyatla yaxından maraqlanmaq imkanı yox idi. Bununla belə, onun
elmə və ədəbiyyata olan marağının nəticəsi idi ki, Nadir şah qırx yaşlarında
olanda oxumağı və yazmağı öyrəndi. Onun əmri əsasında «Tarix-e cahan -
qoşa -ye Nader-i» əsəri yazıldı. Yenə onun göstərişi ilə Məhəmmədəli bəy
adlı hind şairi onun həyatı ilə bağlı «Şahnamə» əsərini yazdı. İsfahanda
olan əlyazma kitablarını Məşhədə göndərdi. Hindistan yürüşündə də çoxlu
qiymətli kitablar əldə edib onları  İmam Rza ziyarətgahının kitabxanasına
göndərdi.
Nadir şah öz doğma dilini, Azərbaycan türkcəsini çox gözəl bilirdi və
tədqiqatçılar da təsdiq edirlər ki, Nadir şah ana dilində danışmağa daha çox
üstünlük verirdi. Ona görə ana dilinin də onun mənəvi-psixoloji key-
fiyyətlərinin formalaşmasında olan rolunu inkar etmək olmaz.
Tədqiqatçılar Nadir şahın hazırcavab, yumor hissinə malik olmasına
da toxunurlar (Bu barədə əsərin sonunda danışılacaq).
Həmçinin Nadir şahın bir xüsusiyyətini də vurğulamaq istəyirəm. O
özünün böyük qələbələrini təmtəraqla qeyd edərdi. Belə ki, İsfahanı əfqan-
lardan azad edərkən böyük oğlu Rzaquluya Şah Təhmasib Mirzənin qızını
alıb 7 gün, 7 gecə şadyanalıq etdi. Hindistanı fəth edərkən ortancıl oğlu
Nəsrulla Mirzəni hind şahının qızı ilə evləndirib, böyük şadyanalıq etdi.
1745-ci ildə Osmanlı sultanlığı ilə sülh müqaviləsi bağlayıb, kiçik oğlu
İmamqulu Mirzəyə toy edib, 3 gün, 3 gecə şadyanalıq etdi. Həmçinin Tür -
küstanın fəthində Nadir şah Əbülfəz xanın qızını özünə nikah etdirdi və
təmtəraqlı toy çaldırdı. Bu da Nadir şaha məxsus bir fərdi xüsusiyyət idi.
Nəhayət, bir məqam da qeyd edilməlidir ki, özünün dediyi kimi, Nadir
şah qılınc övladı idi. Qılınc onun həyatının mənası olduğu kimi, qurduğu
dövlətin də əsası idi. Nadir şah özü də dövlətini qılıncla qurduğunu etiraf
edirdi və bildirirdi ki, övladları onun yolunu davam etdirə bilsələr, bu
Úàùàíýèð Ùöñåéí ßôøàð
54


dövlətin ərazisi daha da genişlənə bilər. Əgər rəşadət və şücaətləri olsa,
mən bu məmləkətə qılıncla yiyələndiyim kimi, onlar da bunu edə bilərlər.
Nadirin qılıncı ona görə kəsərli idi ki, o, ağıl və bəsirət işığından güc alırdı.
Nadirin qılınca olan münasibəti haqqında da bir rəvayət vardır.
Nadir şah Hindistanı fəth etdikdən sonra hind şahı Məhəmməd şahın
qızını öz oğlu Nəsrulla Mirzə üçün aldı. Hind adət-ənənəsinə görə, Nəsrulla
Mirzə öz 7 arxa dönəni haqqında məlumat verməli idi. Ona verilən sualla
Nəsrulla Mirzə Nadir şaha müraciət etdi. Nadir fikirləşmədən «Sən qılınc
oğlusan, sənin atan da qılınc oğludu, sənin 7 arxa dönənin də qılıncdan
doğulmuşdur» deyə cavab vermişdi. Ona görə qılıncı əlindən düşəndə
Nadir şah dövlətini də itirdi, həyatını da. Ona görə Nadir şahın mənəvi-
psixoloji keyfiyyətlərinin formalaş ma sın  da qılıncın, başqa sözlə, hərbin
aparıcı təsirini diqqətdən kənarda qoymaq olmaz.
Buxaralı tarixçi Əbdülkərim yazır: «Nadir dünyaya gəldiyi yerdə bir
məscid bina elədi. Məscidin günbəzinin ətrafında qızıldan üç güldəstə
tikdirdi. Həmin metaldan onun üstünə bir qılınc qoydurdu. Bilinsin ki,
Qılınc (Nadir) burada doğulubdur. Bina tikilib qurtarandan sonra memar
Nadirə dedi: «Gərək şahın anadanolma tarixi bura yazılsın». «Mən dünyaya
gələndə bütün Kelat və Əbivərdə bu zinətlərdə işlənən qədər qızıl yox idi.
Mənim ailəmin var-dövləti nə idi? Bura mənim doğulduğum yox, binanın
başa çatdırıldığı tarix yazılmalıdır» – deyə Nadir cavab verir.
Bu xüsusiyyət də Nadirin comərd xarakterinin daha bir təzahürüdür.
2.3. Nadirin şahlığa qədər olan dövrü
Nadir şah Əfşar 1689-cu ilin noyabrında (bəzi mənbələrdə bu tarix
1688-ci il kimi verilmişdir) Xorasan vilayətinin Dərgəz mahalının Dəstgird
kəndində köçəri maldarlıqla məşğul olan bir ailədə dünyaya gəlmişdir.
Müəlliflər bu məşhur sərkərdənin hələ uşaq yaşlarından diribaş, hazırcavab,
fərasətli və bacarıqlı olmasını qeyd edirlər. Nadirin bacarığından və
qoçaqlığından bəhs edən M.M.Kazım yazır: «Elə ki, bir yaşına çatdı üç
yaşlı kimi nəzərə göründü və həmçinin günbəgün o gözəl pöhrə çəmənlikdə
... iftixarla yaşamağa ... başladı. Elə ki, on yaşa çatdı ata süvar olub şir,
pələng və qaban şikarına getdi».
1
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
55
1
M.M.Kazım. Göstərilən əsəri, I c., s. 186.


Nadirin uşaqlıq və gənclik dövründə Səfəvilər dövləti dərin iqtisadi
böhran keçirirdi. İqtisadi tənəzzül ölkəni siyasi cəhətdən də sarsıtmışdı.
Məhz buna görə dövlətin bir çox yerlərində olduğu kimi, Azərbaycanda da
yerli hakimlər çox zaman mərkəzi hakimiyyətlə hesablaşmadan nəzarətləri
altında olan vilayətləri idarə edir, paytaxtdan gələn əmr və fərmanlara
laqeyd yanaşır və hətta toplanılan vergiləri mənimsəyərək xəzinəyə təhvil
verməkdən imtina edirdilər. Belə ki, «şah və onun əyanları rüşvətxor
olduqlarından onları (vəzifəli şəxsləri) tez-tez dəyişirdilər və bir il ərzində
eyni şəhərə iki və ya üç hakim təyin edirdilər ki, bunlar da bir-birinin
ardınca ora yollanırdılar. Hakimliyi pulla almış bu kəslər gələn kimi hər
cür ədaləti və xalqın hüquqlarını bir kənara ataraq tabeliklərində olanları
soyur və qarət edirdilər».
1
Feodal istismarının güclənməsi geniş xalq kütlələrinin şiddətli müqa -
vimətinə səbəb olur və Səfəvi dövlətinin bir çox yerlərində həm sinfi
mübarizə, həm də azadlıq mübarizəsi güclənirdi. Belə bir vaxtda başda şah
Sultan Hüseyn olmaqla hakimiyyətin yuxarı dairələrinin idarəçilikdə
səriştəsizliyi, qətiyyətsizliyi və səhlənkarlığı dövlətin süqutunu sürətlən di -
rirdi. «... Fikirləşirəm ki, bu hakimiyyət əgər digər şahla dəyişdirilməsə,
sonunda, iflasa yaxınlaşır, təkcə düşmənlərindən deyil, öz qiyamçılarından
da müdafiə oluna bilmir və qiyam olmayan az yer qalıb...».
2
Uşaq yaşlarında atasını itirən, Nadirqulunu uşaqlıq illərində Dəstgird
kəndinə hücum edən özbəklər, qardaşı İbrahim və anası ilə birgə əsir aparır-
lar. Onlar bir müddət  əsirlikdə qalırlar. Anasının vəfatından sonra qardaşı
ilə əsirlikdən qaça bilən Nadir Əbivərdə qayıdıb Baba Əlibəyin dəstəsinə
qoşulur. Tezliklə Baba Əlibəyin böyük qızı ilə evlənir. 1723-cü ildə Baba
Əlibəyin ölümündən sonra onun bütün qoşunu Nadirin ixtiyarına keçir.
Səfəvilər dövlətinin uçuruma yuvarlandığı bir vaxtda silahlı dəstəyə
başçılıq edən Nadir Əfşar, şiələrin müqəddəs şəhəri olan Məşhədi Məlik
Mahmud Sistanlının əlindən almaq üçün sonuncu ilə mübarizəyə başladı.
Elə bu dövrdə Səfəvilər dövləti, demək olar ki, süquta uğramış, onun ərazisi
Úàùàíýèð Ùöñåéí ßôøàð
56
1
Yəsai Həsən Cəlalyan. Alban ölkəsinin qısa tarixi (1702-1722-ci illər). Ruscadan çevirəni
H.Dayıyev və V.Musayev. Ön sözün müəllifi Z.M.Bünyadov. Bakı, 1992, s. 20-21.
2
Петрос ди Саргис Гиланенц. Дневник осады Испаганни афганцами веденный Петро-
сом ди Саргис Гиланенц в 1722 и 1723 годах. Перевод и обяснения К.Патканова. СПБ,
1870 введения с. 6.


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə