Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə12/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   8   9   10   11   12   13   14   15   ...   78

müxalifətdə dayanırdılar. Bu mövqe müxtəlifliyi həmin iki dəstə arasında
münasibətlərin mürəkkəbləşməsinə, bəzi hallarda isə daha da kəskinləşmə -
sinə gətirib çıxardı. Ziddiyyətlərin davam etməsi əfşarların iqtisadi duru-
munun aşağı düşməsinə də təsir edirdi. Əsas məşğuliyyət sahələrindən olan
qo yunçuluq böhran vəziyyətinə düşdü. Azuqə ehtiyacı əfşarları məcbur etdi
ki, kənd təsərrüfatına da müraciət edilsin. Eyni zamanda həmin vaxtlarda
toxuculuq və tikmə işləri genişləndi. Xüsusilə dəridən geyim əşyalarının
tikilməsi işi rövnəq tapdı. Əhali toxuduğu əşyaları Məşhəd və Nişapur ba -
zar larına çıxarır və ailəsi üçün çörəkpulu qazanırdı. Bu, Nadirqulunun do -
ğulduğu məntəqənin iqtisadi mühitini formalaşdıran xarakterik cəhətlər idi.
1
Mərkəzi hakimiyyətin zəifləməsi, daim xarici yürüş təhlükəsinin
mövcudluğu, iqtisadi pərakəndəlik, türk etnosunun çoxluğu və eyni za-
manda fars və kürd etnosunun varlığı, özbək, türkmən və əfqan etnosunun
yaxınlığı və onlarla müxtəlif səviyyəli əlaqələr Nadirin doğulduğu mühitin
ab-havasına özünəməxsus məzmun verirdi. Məşhəd kimi bir dini mərkəzin
yaxınlığı da heç şübhəsiz, bölgənin dini-mənəvi atmosferasının məzmu-
nunda öz əksini tapırdı.
Nadir sadə bir Əfşar ailəsinin mühitində yaşayırdı və sonralar bu ailə
tarixin yaddaşına əbədi həkk olundu. Peneloqlar ailənin soy-kökünü və
gələcək nəslin davamını diqqətlə izləməyə başladılar.
I Şah Abbas özbəklərin Xorasana hücumlarının qarşısını almaqdan
ötrü Urmiyadan da əfşarların bir hissəsini Əbivərdə köçürmüşdür. 
Ümumiyyətlə, Şah İsmayılın, Şah Abbasın və xüsusilə də Nadir şahın
dövründə Qərbi Azərbaycanda (Urmiya, İrəvan, Göyçə, Şəmşəddil, Qazax,
Borçalı və s. ərazilərdə) məskunlaşmış Əfşar tayfalarının bir hissəsi İranın
və Azərbaycanın şərq ərazilərinə köçürülmüşlər.
2.2. Nadir şah Əfşarın fiziki, fərdi xüsusiyyətləri
Nadir şahın sərkərdəlik istedadı, hərbi potensialı, döyüşkənlik qa-
biliyyəti onun fiziki keyfiyyətləri ilə vəhdət təşkil edirdi. Güclü fiziki və
əqli keyfiyyətlərə malik olmadan Nadir şah nə ətrafına dəstə toplaya bilərdi,
nə qoşun təşkil edə bilərdi, nə də Əfşarlar dövlətini yarada bilərdi. Nadir
şah dünya tarixində nadir şəxslərdəndir ki, onun fərdi fiziki gücü strateji
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
39
1
M.H.Qüddusi. Göstərilən əsəri, səh. 46.


əhəmiyyət kəsb etmişdir. Başqa sözlə, məhz fiziki keyfiyyətləri və onlardan
məharətlə istifadə edilməsi Nadir şaha böyük bir dövlət yaratmağa imkan
verdi. O, məhz güc keyfiyyətlərindən qaynaq alan döyüşkənliyi ilə uzaq
əyalət kəndlərinin birindən bölgədə nüfuz sahibi olan bir imperiyanın
yaradılmasına nail oldu. Nadir şahın qoşunları onun yaratdığı dövlətin
dayağı və sərkərdəlik potensialını reallaşdıran bir qüvvə olduğu kimi, Nadir
şahın şəxsi fiziki gücü bu qoşunların hərəkətverici qüvvəsi idi. Nadir şah
qoşunların böyük uğurlarının təşkilatçısı olduğu kimi, eyni zamanda bu
qoşunların vuran əli idi. Çox az döyüş tapmaq olar ki, Nadir şah döyüşçü
kimi qoşun dəstələrinin önündə getməsin. Yalnız onun şahlıq dövrünün
sonlarına yaxın bəzi döyüşlərdə iştirak etmədiyini görmək olar. Şahlığına
qədərki döyüşlərinin və şahlığının əsas dövrünün döyüşlərinin ək-
səriyyətində Nadir şah əlində təbərzin və ya qılınc döyüşün ən qaynar
nöqtələrində düşmənə göz açmağa imkan verməzdi. Vuran əlinin gücü,
daxili enerjisinin sonsuzluğu, dözümlülüyü və yorulmazlığı etibarilə Nadir
şah öz müasirlərini, özündən sonra dünyaya gəlmiş böyük sərkərdələri, ha-
belə tarixçiləri və tədqiqatçıları da heyrət içində qoymuşdu.
Nadir şah sağlam və atletik bədən quruluşuna malik idi. Xarici
görünüşünə görə onu qoşun daxilində uzaqdan seçmək mümkün idi. Şərq
mənbələrində onun xarici görünüşü haqqında elə də geniş məlumatlara rast
gəlmək mümkün deyil. Bu barədə daha geniş təsəvvürləri qərb müəl-
liflərinin yazdıqlarından əldə etmək mümkündür. Nadir şahı şəxsən görmüş
bir neçə qərb müəlliflərinin əsərlərində onun fiziki keyfiyyətləri haqqında
maraqlı qeydlər vardır. Belə müəlliflərdən biri olan Ceyms Freyzer Nadir
şahla rastlaşanda bu böyük fateh 55 yaşında imiş. Nadir şah bu yaşında da
fiziki gücü və enerjisi ilə fərqlənirmiş. Müəllifə görə, həmin vaxtda da
Nadir şah sağlam bədən quruluşuna malik idi. Boyu 180 sm-dən artıq imiş.
Onun qalın qaşları və böyük gözləri var idi. Müəllifə görə, Nadir şahın
canlı və cəlbedici sifəti var idi və belə bir sifətə çox az adamda rast gəlmək
olarmış. Günəşin şüaları və havanın müxtəlifliyi isə onun çöhrəsinə dözüm-
lülük və mərdanəlik xalları vurmuşdu.
1
Başqa bir qərb müəllifi – Uilyam Kokkel Nadir şahın 50 yaşı olanda
onunla rastlaşıbmış, o da Nadir şahın boyunun 180 sm-dən yuxarı olduğunu
Úàùàíýèð Ùöñåéí ßôøàð
40
1
Lokkart L. Nadir şah. Bakı, 2004, s. 185.


təsdiq edir. Onun qeydlərinə görə, Nadir şah mütənasib və güclü bədən qu-
ruluşuna malik idi. Bədənində köklüyə meyil varmış. Amma gündəlik gər-
gin fəaliyyəti onun bu kökəlmə meylinin qarşısını alırmış. U.Kokkel onu
da əlavə edir ki, Nadir şahın qara və nüfuzedici gözləri, bir-birinə birləşmiş
qaşları var idi. Müəllif Nadir şahı xarici görünüşünə görə o vaxta qədər
rastlaşdığı ən cazibəli kişilərdən biri sayırdı və bildirirdi ki, uzun müddət
açıq havada və gün altında qalması onun sifətini qaraltmış və təsirliliyini
daha da artırmışdı.
1
C.Hanveyin əsərində də Nadir şahın fiziki keyfiyyətləri haqqında
maraqlı qeydlər vardır. O, bildirirdi ki, Nadir şahın xarici görkəmi onun
sadəliyindən xəbər verməklə qəzəbli olmadığı barədə də təsəvvür yaradırdı.
C.Hanveyin yazdığına görə, Nadir şahın sifət quruluşu farsların sifət quru-
luşundan fərqlənirdi və daha çox girdəliyi ilə seçilirdi. Müəllif daha sonra
əlavə edirdi ki, Nadir şahın saçları qara, gözləri iri və nüfuzedici, alnı
hündür, sifəti qarabuğdayı, bədəni güclü, çiyinləri qabağa çıxmış şəkildə
idi. Danışmağa başlayanda onun sifəti heybətli bir şəkil alırdı. C.Hanvey
onu da əlavə edirdi ki, onun cismani gücü gördüyü işlərə təsirsiz
ötüşmürdü. Təbiət ona fövqəladə bir güc vermişdi və vaxt ötdükcə bu gücü
daha da artırdı. Həmin gücün sayəsində Nadir şah təbərzin kimi bir silahın
yararlılığı haqqında yeni bir təsəvvür yaratdı. Bu silah uzun müddət idi ki,
döyüşlərdə istifadə olunmurdu, ona çevik və təsirli bir silah kimi
baxılmırdı. Lakin Nadir şah qolunun gücü hesabına bu silaha yeni bir həyat
verdi. Onun təbərzinlə endirdiyi zərbə düşmənlərinə qara günlər gətirərdi.
Yuxarıda qeyd edildiyi kimi, təbərzini məharətlə işlətdiyinə görə Nadir şah
bəzən «Təbərzin xan» kimi də çağırılardı.
Başqa bir qərb müəllifi bildirir ki, Nadir şah təkəbbürlü və qorxu
bilməz bir şəxsdir. Onun siması imperator simasına bənzəyir. Elə bil ki,
təbiət onu hökmdarlıq üçün yaratmışdır. Həyatının başlanğıcında rastlaşdığı
çətinliklər onun əzələlərini möhkəmləndirmişdi. O ən çətin məşəqqətləri
çəkməyə qadir idi və ona görə də apardığı döyüşlərdə qalib olurdu.
Məhəmməd Baxış Aşub adlı hind müəllifi Hindistan yürüşü zamanı
Nadir şahı görmüşdü. Bu zaman Nadir şah artıq 50 yaşını ötmüşdü.
Məhəmməd Baxışın yazdığına görə, Hindistan yürüşünü başa vurub geri
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
41
1
M.Süleymanov. Göstərilən əsəri, s. 148.


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə