Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə26/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   22   23   24   25   26   27   28   29   ...   78

bundan məyus olub, belə cavab verdi: «Nadirin dünyanı fəth edən qoşunu
tezliklə Osmanlı dövlətinə hücum edəcəkdir».
1
Tezliklə İran və Osmanlı
dövləti arasında müharibə başlandı. Osmanlı dövləti qorxurdu ki, Nadirin
qoşunları Rusiya qoşunları ilə birləşər. Nadir isə bu fikirdən vaz keçib, Türk
Osmanlı sultanlığının tabeliyində olan Bağdada hücum edib, tezliklə bu
əraziləri – Heratı, Bəsrəni, Nəcəfi, Kərbəla şəhərlərini tuta bildi. Ölkə (İran)
daxilində gedən üsyanlar, qoşundakı xəstəliklər Nadirə mane oldu və o,
müharibəni dayandırdı. Osmanlı komandanı müharibəni dayandırmaq
danışığını alqışladı. Tərəflər bir-birlərinə qiymətli hədiyyələr verdilər.
Nadir isə Mosuldan əl çəkməyə razılaşdı. Nəhayət, Nadirlə 1744-cü ilin
qışında saziş bağlandı. Beləliklə də, Nadirin məzhəb məsələsi osmanlılar
tərəfindən qəbul olunmadı. Lakin Nadirin bu müqaviləyə razı olmaqda
məqsədi müəyyən vaxt əldə edib, şimalda, İranda qiyamları yatırıb, bütün
qüvvələrini yenidən Osmanlı sərhədinə (Anadoluya) yeritmək idi. Osmanlı
sultanı belə təklif verdi ki, əgər Nadir məzhəb məsələsində təkid etmirsə,
ərazi tərəfləri məsələsinə baxmaq olar. 1746-cı il sentyabrın 4-də Kürdanda
İran və Osmanlı dövləti arasında rəsmi sülh müqaviləsi bağlandı və İran –
Osmanlı ixtilaflarına son qoyuldu. 
Beləliklə, Nadirin şahlığı dövründə o, həm ingilis, fransız, holland
dövlətləri, həm də  qonşu ərazidə olan, yerləşən Rusiya, Osmanlı və Hindis-
tan dövlətləri ilə yaxın münasibətlərdə olmuşdur. Öz torpaqlarını müha -
ribələr etməklə və ya siyasət nəticəsində Rusiyadan və Osmanlıdan geri
almışdır. Fars körfəzi ərazilərini genişləndirmiş, Orta Asiya ərazisində
Türküstan, Xivə, Buxara və sair torpaqları öz ərazisinə qatmış və Hindistan
kimi böyük bir dövləti də zəbt etmişdir
2
.
Rusiya ilə diplomatik münasibətlər
Səfəvi dövlətinin böhran keçirdiyi dövr onun potensial rəqibi olan
Rusiyanın gücləndiyi vaxta təsadüf edirdi. I Pyotrun taxt-taca sahib olması
ilə ölkə daxilində baş verən sosial-iqtisadi, siyasi, mədəni və digər dəyişik-
liklər ölkənin gücünü kifayət qədər artırdı. Bu dəyişikliklər iqtisadi sahədə
də inkişaf üçün əlverişli zəmin yaratdı. Ölkə daxilində istehsal və xammal
Úàùàíýèð Ùöñåéí ßôøàð
82
1
M.M.Astrabadi. Göstərilən əsəri, s. 301
2
M.H.Qüddusi. Nadir şah, s. 49.


qıtlığı yeni yolların, bazarların əldə edilməsini tələb edirdi. Rusiya sə-
nayesinin xammalla təmin edilməsi zəruriliyi Azərbaycana – Xəzəryanı
ərazilərə Rusiyanın marağını artırırdı. Rusiyanın böyük maraq göstərdiyi
ipək istehsalının mərkəzləşdiyi Azərbaycan Rusiyanın maraq dairəsində
idi. Həmçinin Rusiya Xəzər dənizini daxili dənizə çevirmək üçün işğalçılıq
planları qururdu. I Pyotr 1722-ci ildə Həştərxana qoşun toplayıb Kartli çarı
VI Vaxtanqın yanına nümayəndələrini göndərdi və ona Xəzəryanı əraziləri
– Dərbənd, Bakı, Lənkəran istiqamətinə hücuma keçmək niyyətini bildirib,
gürcülərin də ona kömək etməsini tələb etdi. Kartli çarı Vaxtanq da Şirvana
doğru hərəkətə başladı. I Pyotr  Dərbəndi ələ keçirtdikdən sonra Şamaxıya
doğru hərəkət edəcək gürcü, erməni qoşunları ilə birləşərək, Azərbaycan
ərazilərinin işğalını başa çatdıracaqdı. Səfəvi dövlətinin qüvvələri bu hücu-
mun qarşısını almağa bəs etmirdi. Rusların Qafqaza yürüş xəbərini alan
kimi ermənilər Qafanda və Qarabağda qiyam qaldırdılar. Gəncə bəylərbəyi -
liyinə itaətsizliklərini bildirdilər. Ermənilər Şamaxını ələ keçirəcək rus
qoşunları ilə birləşməyi, sonra ruslarla Gəncəni və Qarabağı işğal altına al-
mağı arzu edirdilər. Bu planın həyata keçirilməsi üçün ermənilərin nəzarəti
altında 40 minlik silahlı dəstənin olması iddia edilir.
1
Ermənilərin bu
niyyətlərindən məharətlə istifadə edən I Pyotr 1716-cı ildə erməni Manas-
tiqranyansı Qandazar və Eçmiədzin monastırlarına göndərdi və onun va-
sitəsilə həm kəşfiyyat məlumatlarının toplanmasına, həm də ermənilərin
Səfəvi dövlətinə qarşı qiyam qaldırmalarına cəhd göstərdi. Eçmiədzin kata-
likosu Rusiya hərbi qüvvələrinə kəşfiyyat məlumatları göndərəcəyini vəd
etdi. Hətta ermənilər rusların Xəzərboyu vilayətlərinə hücum xəbərini
aldıqda Rusiya qoşunlarına kömək üçün 60 min pud taxıl, 10 min baş öküz
topladılar.
2
I Pyotr Şərqi Qafqazda gürcü, erməni çarlığı yaratmaq istəyirdi.
Bu çarlıq, əslində, Azərbaycan ərazilərini də əhatə etməli idi. Nəzərdə tu-
tulurdu ki, həmin çarlığın ərazisindən bütün yerli əhali çıxarılsın. 1721-ci
ildə gürcü çarı Vaxtanq rəsmən Rusiya hakimiyyətini tanıdığını bildirdi.
Bu tarixi şəraitdən istifadə edən rus qoşunları 1722-ci il avqustun 22-də
Dərbəndə daxil oldu. Bu qədim şəhər rus qoşunlarının nəzarəti altına düşdü.
Hətta Xəzərboyu ərazini tutmaq, Rəştə qədər gedib çıxmaq üçün 1722-ci
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
83
1
M.Süleymanov. Nadir şah, s. 98.
2
Yenə orada.


il noyabrın 4-də Həştərxandan rus donanması hərəkətə keçdi. I Pyotr özü
bu donanmanın Həştərxandan yola salınmasında iştirak etdi. Tezliklə
Sirovun rəhbərlik etdiyi rus ordusu Xəzər sahilləri – Bakı, Lənkəran, Gilan
ərazilərini tutmaqla Rəşt şəhərinə gəlib çatdı. Artıq Şah sultan Hüseyn
taxtdan salınmış, İsfahan şəhəri də əfqanlar tərəfindən zəbt edilmişdi.
Rusiya qoşunları komandanı M.Matyuşkin 1723-cü il iyulun 28-də Bakını
da zəbt etdi. Bakını tutmaqla ruslar Xəzərin qərb sahillərində öz
mövqelərini xeyli möhkəmləndirdilər. Tezliklə Salyan da rus qoşunları
tərəfində zəbt olundu. I Pyotr Bakının işğal edilməsindən xeyli şad oldu,
həm Bakıda, həm də Peterburqda bununla bağlı yaylım atəşləri atıldı. I
Pyotr Bakı neftinə böyük maraq göstərirdi. 1723-cü il sentyabr ayının 23-də
Rusiya ilə Səfəvi dövləti arasında İsmayıl bəyin şəxsində 5 maddədən ibarət
müqavilə imzalandı. Müqavilənin 1-ci maddəsinə əsasən Rusiya çarı söz
verirdi ki, əfqanların ölkədən qovulmasında Səfəvi dövlətinə kömək
edəcək. 2-ci maddəyə əsasən həmin bu köməyin əvəzində Dərbənd, Bakı,
həmçinin Gilan, Mazandaran və Astrabad vilayətləri birdəfəlik Rusiyaya
bağışlanılsın. 3-cü maddədə nəzərdə tutulurdu ki, Səfəvi dövləti rus hər-
biçilərini atlar və digər hərbi təchizatla təmin etsin. 4-cü maddədə gös tə ri -
lirdi ki, hər iki ölkə arasında daimi dostluq əlaqələri bərpa olunur və hər 2
ölkənin əhalisi qarşılıqlı surətdə səfər etmək istədikləri vaxt digər ölkədə
yaşamaq hüququ qazanırlar. 5-ci maddəyə əsasən isə müqaviləni imzalayan
ölkələrdən birinin dostu və ya düşməni o biri ölkənin dostu və ya düşməni
hesab olunmalı idi.
1
Lakin bu müqavilə Təhmasib Mirzə tərəfindən qəbul
edilmədi, ancaq buna baxmayaraq, rus çarı tezliklə bu müqavilənin qəbul
olunacağına əmin olub, işğal etdiyi ərazilərdə möhkəmlənməyə başladı.
Artıq Gilanda rusların 6 piyada taboru, don kazaklarından ibarət don kazak -
ları, gürcü və ermənilərdən ibarət bir neçə bölüyü var idi. 1724-cü ilin
yayında Rusiyanın Xəzərboyu vilayətlərdə işğal etdiyi ərazilər Rusiyanın
mülkiyyəti kimi tanındı. Rus çarı xristianlığın himayəçisi adı altında er-
məniləri hər bir vasitə ilə tutduqları ərazilərdə məskunlaşmağa təşviq edirdi.
Hətta ermənilərə söz vermişdilər ki, ermənilərin bu ərazidə məskunlaşması
kütləvi xarakter alarsa, onda həmin vilayətlərin yerli əhalisi başqa yerə
köçməyə məcbur ediləcəkdir. 1724-cü ilin sonlarında general M.Matyuşkin
Úàùàíýèð Ùöñåéí ßôøàð
84
1
M.Süleymanov. Nadir şah, s. 99.


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə