Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə25/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   21   22   23   24   25   26   27   28   ...   78

məsələ haqqında, yəni Cəfəri məzhəbinin tanınması haqqında hər hansı bir
qeyd yox idi. Sultan yalnız Kəbə ziyarətinin bəzi texniki məsələləri
haqqında İrandan gələnlərin də az məsrəflə öz ziyarətlərini yerinə yetirməsi
haqqında razılığını bildirirdi. Osmanlı qoşunlarının müharibəyə hazırlaş-
ması xəbəri isə əslində, Cəfəri məzhəbinin tanınması ilə bağlı Nadir şahın
təklifinə verilən cavab idi.
Bununla belə, göstərilən bu cəhd də öz nəticəsini vermədi və Osmanlı
sarayı Cəfəri məzhəbinin rəsmiliyini qəbul etmədi. 1746-cı ildə Osmanlı
dövləti ilə imzalanan sülh müqaviləsində də Cəfəri məzhəbinin rəs-
miləşdirilməsi öz əksini tapmadı.
Nadir şah müqəddəs kitabların məzmunu və mahiyyəti ilə də dərindən
maraqlanırdı. Mövcud olan məlumatlara görə, Nadir şah oxumağı-yazmağı
öyrənəndən sonra Quran kitabına olan marağı daha da artdı. Ölkə ərazisində
yaşayan digər dinlərin nümayəndələrinə dözümlü münasibət göstərən Nadir
şah Hindistan yürüşündən qayıdandan sonra Quranla bərabər, İncilin və
Talmutun da tərcümə olunmasına göstəriş verdi. Hələ Hindistan yürüşündə
olarkən Quranın 48-ci surəsi olan Fəth surəsinin oxunuşu zamanı Nadir şah
29-cu ayədə İncilin və Tövratın xatırlanmasına diqqət yetirmiş və bu
kitabların mövcud olub-olmaması ilə maraqlanmışdı. Təsdiq cavabını alan-
dan sonra Nadir şah onları tərcümə etdirmək qərarına gəldi. Bunun üçün
Nadir şah xüsusi qrup təşkil etdirdi və lazımi maliyyə vəsaiti ayırdı.
1
Göründüyü kimi, Nadir şah öz zamanının tələblərinə rəğmən dini,
əsasən, insanların vicdanının öhdəsinə buraxırdı, bununla da onun cazi -
bəsinin artırılmasına nail olurdu.
Bu hərəkət Nadirin dinə olan münasibətində tolerantlığından irəli
gəlirdi. O, islam dininin qayda-qanunlarını üstün tutmaqla bərabər, başqa
dinlərə də böyük hörmətlə yanaşır və imperiyanın ərazisində olan başqa
dinlərdən olan insanlara da ehtiram göstərirdi.
Nadir şah din xadimləri ilə görüşündə onlara belə dedi: «Yaradan bizim
qəlbimizə görmək imkanı vermişdir ki, mövcud olan ayinləri görək, onlar
arasında seçim aparmağı bacaraq və yeni iman gətirək. Həm yaradan bu
imandan razı olsun, həm də bizim üçün nicat yolu olsun. Ona görə də
dünyada bu qədər çox ayinlər vardır. Bu ayinlərin biri digərini inkar edir
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
79
1
Belyayev. Müsəlman təriqətləri. Bakı, 1968, s. 83.


və hər biri yalnız özünü dəyərli sayır. Allah tək olsa da, ayinlər tək deyil.
Gərək ayinlər də tək olsun»
1
.
Bu fikir Nadir şahın özünün gəldiyi qənaət idi. Amma Nadir şah bu
qənaəti zorla qeyri-müsəlmanlara qəbul etdirmək cəhdində olmamışdı.
Bunu onun qeyri-müsəlman dinlərinə olan dözümlüyü,  tolerantlıq müna-
sibəti də  nümayiş etdirir.
3.3. Nadir Əfşar dövlətinin xarici ölkələrlə əlaqəsi
Səfəvi dövlətinin yarandığı vaxtlardan xarici səyyahlar ticarət üçün
İrana gəlirdilər.  Həm Avropa ölkələri, həm də Asiya ölkələri üçün ipək
yolu üzərində olan İran çox mühüm ticarət zonası idi. Həmin bu səyyahlar
zahirən ticarət şirkətlərinin adı ilə gəlsələr də, onların bəziləri, xüsusilə in-
gilislər siyasətə də müdaxilə edirdilər. Hətta Ser Robert Sayks İran ordusu-
nun baş komandanı vəzifəsinə qədər də yüksəlmişdir. Bu xaricilər əksərən
İranın cənubunda fəaliyyət göstərirdilər. Xüsusilə portuqaliyalılar Şah İs-
mayılın zamanında Fars körfəzinin cənub adalarını, hətta Hörmüz adasını
da tutmuşdular. Hörmüz adası xüsusi əhəmiyyət daşıyırdı. Hətta Ser Persi
Sayks bu barədə İran zərbi-məsəlini misal gətirir: «Əgər dünya üzük ol-
saydı, Hörmüz adası onun qaşı olardı». İngilislərdən başqa, fransızlar, hol-
landlar, ruslar, Osmanlı türkləri, Hindistan, Fars körfəzi ölkələri ilə
diplomatik münasibətlər saxlayırdılar. Nadir hakimiyyəti ələ aldıqdan sonra
Osmanlı Türkiyəsi, Rusiya, Hindistan, İngiltərə, Fransa və bir sıra başqa
xarici dövlətlərlə diplomatik əlaqələr yaratdı. O, İsfahanda olan ingilis,
fransız, holland şirkətləri ilə əlaqə yaradıb, onların vergi ödəmələrini təmin
etdirdi. Hətta vergi verməyənləri cəzalandırdı. Buna misal olaraq, İn-
giltərənin Şərqi Hind kompaniyasının komissarı Villiam Xoker və onun
müavini komissar Con Kikini göstərmək olar. Nadir onlardan vergi tələb
etmişdi. Məhz vergini ödəmə diklərinə görə Nadir onları cəzalandırdı. Nadir
hakimiyyəti dövründə Rusiya ilə diplomatik əlaqələrini qura bildi. Bunun
sayəsində rus qoşunları zəbt etdikləri Dərbənd, Bakı, Gilan torpaqlarından
geri çəkildilər. Həmçinin Türkiyə ilə qurduğu əlaqələr nəticəsində məzhəb
ayrılığını aradan qaldırmaq üçün bir sıra təqdirəlayiq addımlar atdı. Yuxarı-
dakı hissələrdə vurğulandığı kimi Nəcəfdə böyük bir toplantı keçirtdi və
Úàùàíýèð Ùöñåéí ßôøàð
80
1
M.H.Qüddusi. Göstərilən əsəri.


ora sünni axund və şiə mollalarını yığıb məzhəb ayrılığının aradan qaldırıl-
ması üçün Türk sultanlığına müraciət etdi. Hindistan dövləti Osmanlılarla
ittifaqa girib, Nadirin hücumundan qorunmağa çalışdılar. Hətta Dehliyə
göndərdiyi elçilərini qəbul etməyib, onları geri buraxmadılar.  Nadir isə
bunlardan xəbər tutub, Hindistana belə bir nota verdi ki, «Əgər bir ayağımla
hərəkət etsəm, Hindistanı, iki ayağımla hərəkət etsəm, bütün dünyanı tu-
taram»
1
. Və onun bu inadı tezliklə Hindistanın zəbti ilə nəticələndi. 1735-
1736-cı illərdə İranla Osmanlı dövlətləri arasında münasibətlər qeyri-
səmimi idi. Və bu iki dövlət arasındakı sülh müqaviləsi də möhkəm deyildi.
Və Türk sultanı da bundan çox nigaran idi. Qorxurdular ki, Nadir Hindis-
tanın fəthindən sonra iki dövlət arasındakı məzhəb məsələsini bəhanə edib,
Osmanlı ilə yenidən müharibəyə başlasın. Osmanlı dövlətinin Rusiya və
Avstriya dövlətləri ilə münasibəti çox kəskin idi. Nadirin Hindistandan qali -
biyyətlə qayıtmasından sonra məcbur olub, 1739-cu illərdə Osmanlı dövləti
Belqrad sülh müqaviləsini imzaladı. Bununla da o, Rusiya və Avs triya
dövlətinin təhlükəsindən yayınmaqla özünü Nadir şahdan qorumalı oldu.
Osmanlı dövlətinin məzhəb məsələsində fikri dəyişilməmiş, əvvəlki kimi
qalmışdı (ruhanilərin təbii ki, təzyiqi ilə). Amma Nadirə də bu məsələdə
rədd cavabı verə bilmirdilər. Və qərara alındı ki,  Osmanlı dövləti bu
məsələni araşdırmaq üçün İrana nümayəndə göndərsin və 1742-ci ildə Dər-
bəndin 16 km-də həmin nümayəndə Nadirin ordugahına gəldi. Osmanlı
dövlətinin sifarişini Nadirə çatdırdılar. Osmanlı dövləti bəzi məsələlərə
görə İran dövlətindən üzr istəyirdi. Nadir isə iki müsəlman, Türk dövləti
arasında sülh və sakitliyin bərqərar olmasını, əks təqdirdə özünün Osmanlı
ölkəsinə gedib, bu ixtilafa son qoyacağını bildirdikdən sonra fikrini bu
cümlə ilə tamamladı: «Ümid edirəm ki, Allahın istəyi ilə mən Osmanlı
ölkəsinə gələnə kimi bu məsələlər həll olunacaq»
2
. Nadir hiss edirdi ki, bu
məzhəb məsələsini özbaşına həll etmək ağıl və ehtiyatdan uzaqdır. Nadir
şahın Dağıstanda bir müddət ləngiməsi Osmanlıları bir qədər arxayın-
laşdırdı və yenidən Osmanlı dövləti Nadir şahın yanına nümayəndə heyəti
göndərib, türk sultanının Cəfəri məzhəbini rəsmi məzhəb kimi tanımadığını
və Kəbədə bu məzhəbi beşinci rükn kimi qəbul etmədiyini bildirdi. Nadir
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
81
1
M.M.Astrabadi. Göstərilən əsəri, s. 406
2
Yenə orada, s. 301.


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə