Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə31/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   27   28   29   30   31   32   33   34   ...   78

hücuma keçdi, tezliklə o, Kərbəla, Nəcəf və köhnə Bağdad şəhərini tutdu.
Osmanlı imperatoru Bağdadın vəziyyətinin çətin olduğunu görüb, görkəmli
sərkərdəsi Topal Osman paşanı 100 minlik qoşunla Bağdada göndərdi. Os-
manlı ordusu qat-qat Nadirin ordusundan çox idi. Bu döyüşdə Nadirin or-
dusu məğlub olsa da, Nadir bu məğlubiyyətdən ruhdan düşməyib, yenidən
ordu topladı. Topal Osman paşanın ordusunun üzərinə hücuma keçdi, türk
ordusu geri çəkilməyə başladı. Bu döyüşdə Osman paşa öldürüldü və
yenidən Nadirin qoşunları Nəcəfi, Kərbəlanı tutdular. Osman paşanın
cəsədi tabuta qoyulub, Nadirin adamları tərəfindən Bağdadda dəfn edildi.
Nadir tezliklə Təbrizi də azad etdi və yenidən 30 minlik ordu ilə Bağdada
qayıtdı. Bir neçə gündən sonra Osmanlı ordusuna rəhbərlik edən Əhməd
paşa Nadirin yanına adam göndərib, sülh müqaviləsi bağlamasını təklif et -
di. Tutduqları bütün İran torpaqlarını geri qaytaracaqlarını vəd etdi. 1733-cü
ilin qışında osmanlılarla sülh müqaviləsi imzalandı. Müqaviləyə əsasən
İran əsirləri və işğal olunmuş İran torpaqları geri qaytarıldı. Bundan sonra
Nadirin qoşunları 1734-cü ilin 21 martında Novruz bayramını Şirazda tən-
tənə ilə qeyd etdi və Osmanlı dövlətinə xəbərdarlıq etdi ki, Araz çayının
şimalındakı Azərbaycan torpaqlarını geri qaytarsınlar. Tezliklə Nadir anladı
ki, Osmanlı dövləti Bağdad sülhünə əsasən Araz çayının şimalında olan
Azərbaycan torpaqlarını qaytarmaq istəmir. Belə olduqda Nadir yenidən
osmanlılarla müharibəyə hazırlaşdı. Nadir osmanlıların Azərbaycan tor-
paqlarını geri qaytarmaq fikrinin olmadığını hiss edib, Rusiya ilə münasi-
bətlərini nizama salmaq qərarına gəldi. Bu zaman rus dövləti Şamaxını və
Kartlini də zəbt etmək fikrində idi. Nadir bunu hiss edib, 1734-cü ilin 30
avqustunda Şamaxıya hücum edib, oranı müqavimətsiz ələ keçirdi. Ruslar
Nadirin qəzəbinə tuş gələcəklərindən qorxuya düşdülər. Nadir  rus hökumə-
tinin səfiri Kaluşkindən Xəzərboyu əyalətlərdən əl çəkməyi tələb etdi.
Nadir Şamaxıya hücum edib (bu taktiki siyasi addım idi) rus dövlətini qor -
xuya saldı, həmçinin gürcü çarı VI Vaxtanq Nadirin qorxusundan ruslara
itaət etməkdən əl çəkib, Nadirə itaət etdi. 1735-ci il noyabrın 10-da Gən -
cədə bağlanan müqaviləyə əsasən rus qoşunları zəbt etdikləri Xəzəryanı
ərazini Nadirin hücumundan qorxub tamamilə tərk etdilər. Şirvan xanı isə
Nadirin qorxusundan Dağıstan dağlarına qaçdı. Çox keçmədi Nadirin
qoşunları Kumuku, Qəbələni osmanlılardan azad etdi. Nadir Kumuku
dağıdıb, Qazıkumlaxı zəbt etdi və Kumuk xanı Surxayın zəngin xəzinəsini
Úàùàíýèð Ùöñåéí ßôøàð
98


də ələ keçirtdi. Tezliklə o, Car-Tala ləzgilərini də məğlub edib, Gəncə is-
tiqamətində hücuma keçdi. Gəncəni mühasirəyə alıb, Tiflisə doğru hücuma
keçdi. Nadir Gəncəni, Tiflisi zəbt edib, İrəvan istiqamətində hücum etdi.
Osmanlı ordusunun komandanı Abdullah paşanın ordusunu darmadağın
etdi. Xeyli sayda Osmanlı ordusundan döyüşçülər həlak oldu. 1735-ci ilin
yazında Nadir, demək olar ki, Azərbaycanın qərb torpaqlarını – Gəncəni,
Borçalını, Gürcüstanı, indiki Ermənistanı osmanlılardan azad etdi və
öldürülmüş Abdullah paşanın cənazəsini ehtiramla dəfn etdirdi. 1735-ci
ilin may ayında bütün Qafqaz torpağı Nadirin ixtiyarına keçdi. Nadir
müharibəni Osmanlı torpaqlarına keçirdib, 1735-ci ildə Qarsı mühasirəyə
aldı, may ayının 15-də Qarsı və onun ətrafını ələ keçirtdi. Osmanlı sultanı
I Mahmud Nadirin hücumlarından qorxuya düşüb, Krım xanına göstəriş
verdi ki, 80 minlik qoşunla Əfşar dövlətinin şimalından Dağıstana və
oradan da Şirvana hücum etsin.
Nəhayət, 1735-ci ilin yayında Krım xanı Kiplay Gəray xan 53300
nəfərlik qoşunla Dağıstana tərəf hərəkətə keçdi. Rus dövləti general Lion-
tev 20 minlik qoşunla Krıma ordu göndərdi. Nadirin Andoluya hücum
xəbəri Osmanlı dövlətini bərk narahat etdi. İrana o andaca sülh təklif etdi.
Nadir isə bu arada, Qars uğrunda gedən döyüşlər vaxtı Tiflisə döndü. Kartli
və Kaxetiyanı da özünə təslim etdi. Erməni katalikosu Abraham Kretasi
«Mən və İran şahı Nadir» kitabında yazır ki, Nadir Qarsda Abdullah paşanı
məğlub edib, İrəvan qalasına gəlib, Eçmiədzinin yaxınlığında dayandı.
Bundan sonra Abraham 5 nəfər keşişlə hədiyyə götürüb, Sirr qalasına –
Nadirin yanına getdi. 1735-ci ilin Məhərrəm ayının 16-da onlar Nadirin
hüzuruna gəldilər. Abraham Nadirdən xəlifəlik və zinətli arxalıq aldı. Nadir
ona İranda öz katalikosluğunu davam etdirməyə icazə verdi və o, əmr etdi
ki, Osmanlı təbəəsi alan keşişlərin isə bütün əmlakı müsadirə olunsun. Os-
manlıların başçısı Əhmət paşa Qars və Ərzurum varlılarını bir yerə yığıb,
İrəvan qalasını Nadirə təhvil verdi.
1
Bundan sonra Nadir Tiflisə qayıtdı. Gürcü çarı Teymuraz müsəlmanlığı
qəbul edib, Nadir tərəfindən xan titulu aldı. (Sonra isə o, münasib bir vaxt
tapıb, Rusiyaya qaçdı). Nadiri Tiflisdə böyük təmtəraqla qarşıladılar. Daha
sonra o, Dərbəndə doğru hərəkətə keçdi. Nadir Krım xanının Dərbəndə
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
99
1
M.H.Qüddusi. Göstərilən əsəri, s. 98.


doğru irəlilədiyini eşidib, Krım xanı Giplay Gəraya göstəriş verdi ki, o,
geri qayıtsın. Giplay Gəray xan isə ona əhəmiyyət verməyib, Dağıstana
doğru irəliləyirdi, lakin Nadirin qoşunlarının Dağıstana doğru gəldiyini
eşidib, tezliklə geriyə – Krıma qayıtdı. Beləliklə, Nadirin qoşunları Osmanlı
ərazisində Ərzurum, Qars, Van əyalətlərini, İrəvan xanlığını, Gürcüstanı,
Şirvanı, Dağıstanı, Car-Balakəni və bir sıra şimal bölgələrini yenidən öz
imperiyasının tərkibinə qatdı. Bundan sonra o, qoşununu cənuba – Fars
körfəzinin əyalətlərinə çəkib, tezliklə Bəsrəni, Bəhreyni ələ keçirtdi. Fars
körfəzində apardığı müharibələrdə dəniz donanmasının da yaranmasına
böyük əhəmiyyət verdi. Bu müddət ərzində Nadir, həmçinin Əfşar dövlə-
tinin daxilində baş qaldıran üsyanları da öz ordusunun gücü ilə yatırırdı.
Belə müharibələr Bəxtiyarilərlə, Dərbənddə ləzgilərə qarşı və bir sıra başqa
əyalətlərdə baş vermişdir. Hətta ləzgilərlə aparılan müharibələrdə Nadirin
qardaşı İbrahim xan ləzgilər tərəfindən qətlə yetirilmişdi. İbrahim xan Azər-
baycan bəylərbəyi idi. Azərbaycan bəylərbəyiliyinə Dağıstan, Gür cüs tan,
İrəvan və qədim Azərbaycan torpaqları daxil idi. İbrahim xanın ölümündən
sonra Nadir öz qohumu (bibisi oğlu) Əmiraslan xan Qırıqlını Azərbaycan
əyalətinə bəylərbəyi təyin etdi.
Dağıstanda baş qaldıran bu qiyamlar nəticəsində Nadir Həştərxana
hücum edə bilmədi. Həmçinin Osmanlı dövləti ilə gedən müharibələrdən
narahat olub, 1741-ci ildə Dərbənddən Osmanlı dövlətinə tərəf geri qayıtdı.
Dərbənddə olarkən o, Xəzər dənizində də donanma təşkil etmək və
gələcəkdə türklərin əzəli torpağı olan Həştərxan və Volqaboyu əraziləri də
ələ keçirtmək niyyətində idi. Lakin osmanlılarla gedən müharibə onu bu
fikrindən daşındırdı. Artıq o, demək olar ki, 4 istiqamətdə müharibə
aparırdı. 1741-ci ildə I Pyotrun qızı Yelizaveta Rusiyada hakimiyyətə gəldi.
Bu arada Nadir rus nümayəndəsi Kaluskindən xahiş etdi ki, ona 10 gəmi
verilməsi məsələsini qaldırsın. Onun məqsədi həmin gəmilərdən gələcəkdə
Xəzər dənizində donanma yaradıb, Xəzərətrafı əraziləri tutmaq idi, lakin
ruslar onun fikrini anlayıb, Nadirə gəmi vermədilər. Onu da vurğulayıram
ki, həmin dövrlərdə İran əhli dənizçiliyə meyilli olmadıqlarından onların
gəmi tərsanələri və gəmi donanmaları yox idi (Lakin Nadir az bir zamanda
həm Fars körfəzində, həm də Xəzər dənizində gəmi donanması yarada
bilmişdi). Rus ordusu Nadirin Rusiyaya hücum etmə planını anlayıb, Şimali
Qafqazda öz sərhədlərini möhkəmləndirdi. İrandakı rus nümayəndəsi
Úàùàíýèð Ùöñåéí ßôøàð
100


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə