Nadir efshar layout qxd



Yüklə 13,42 Mb.
Pdf görüntüsü
səhifə39/78
tarix11.09.2018
ölçüsü13,42 Mb.
#67897
1   ...   35   36   37   38   39   40   41   42   ...   78

Orta çapa və uzunluğa malik olan toplar da sözsüz ki, heyvanlar va-
sitəsilə daşınırdı. Həm ağır, həm də orta toplar böyük zərbə qüvvəsinə
malik idilər və ona görə ağır zərbələrin vurulması üçün onlardan da xüsusi
istifadə olunurdu. Amma uzun yürüşlərin, xüsusilə dağ şəraitində aparılan
yürüşlərin daha sürətlə həyata keçirilməsi zamanı ağır və orta topların
daşınması xeyli çətinləşirdi. Ona görə də uzaq mənzilli yürüşlər zamanı və
ya düşmən qüvvələrinə qarşı gözlənilməzliyə, böyük sürətə nail olmaq üçün
zənburək adlanan kiçik və yüngül toplardan istifadə olunurdu. Zən-
burəkçilər dəstəsi Nadir şahın topçu qüvvələrinin mühüm tərkib hissəsini
təşkil edirdi və bu topların imkanlarından məharətlə istifadə edilməsi on-
ların əhəmiyyətini xeyli artırırdı.
Zənburəklərin silahlanmaya qəbul edilməsi də Səfəvilər dövrünə aid-
dir. Tədqiqatçıların qənaətinə görə hələ Şah Abbas dövründə bu toplardan
istifadə edilməyə başlanmış və onun ilk strukturları yaradılmışdı. Amma
Səfəvilər qoşunlarında bu topların malik olduğu bütün imkanları reallaşdır-
maq mümkün olmamışdı. Nadir şahın qoşunlarının tərkibində isə zənburək-
lərdən daha geniş və daha səmərəli istifadə olunması onların gərəkliliyini
təsdiqlədi. Bunun nəticəsi kimi, müstəqil zənburəkçi strukturları for-
malaşdırıldı. Həmin strukturların təşkili də Nadir şahın öz qoşunlarının for-
malaşdırılmasına gətirdiyi yeniliklərdən biri idi.
Zənburəklərin lülələrinin çapı Nadir şah qoşunlarında istifadə olunan
ağır tüfənglərin çapından azacıq böyük olmaqla, orta topların çapından
kiçik idi. Bu toplar lüləsinin əhatəsinə dolandırılmış tuğ və lüləsinin
aşağısında olan mil və ox vasitəsilə şamdan adlanan yastığın üzərində
bərkidilirdi. Sonra da bu yastıq dəvənin donqarları arasında bərkidilmiş
dayaq üzərinə qoyulurdu. Zənburəklər dəvələr vasitəsilə daşınırdı. Onlar-
dan istifadə zamanı dəvələr dizləri üzərinə yatırdılar və dəvələrin üzərindən
götürülmədən onlardan atəş açılırdı. Hər dəvə yalnız bir zənburək aparırdı.
Bunun üçün xüsusi dəvələr seçilir və həmin dəvələr zənburək daşınması
üçün hazırlanırdı Zənburəkçi dəvənin donqarının arxasında bərkidilmiş
palanın üzərində oturaraq, adətən, sol əli ilə zənburəkin lüləsinin arxasından
tutardı. Dəvənin sağ tərəfinə zənburəkin fitili, sol tərəfinə isə barıt və mərmi
torbası asılardı. Mərmi torbasına 20-dək mərmi yükləmək olurdu. Atəş açıl-
masına başlanan zaman zənburəkçi dəvənin qatlanmış ayaqlarından birini
açardı ki, atəşin qorxusundan dəvə asanlıqla ayağa qalxa bilməsin. Bundan
Úàùàíýèð Ùöñåéí ßôøàð
122


başqa, zənburək lüləsinin yastıq üzərində fırlanması dəvənin yerini də -
yişmədən müxtəlif istiqamətlərə atəş açmağa imkan verirdi. Zənburəklərin
atəş uzaqlığı çox da böyük deyildi. Bununla belə, atəşlərin yaratdığı gurultu
qarşı tərəfdə vahimə yaratmağa kömək edirdi. Zənburəkçilər göy rəngli
canlıq, geniş şalvar və uzun boğazı olan çarıq geyinirdilər. Başlarına isə
yarıdan yuxarı konus şəklində daralan hündür papaq qoyurdular.
1
Nadir şah qoşunlarında zənburəklərdən başqa badlic və səfpozan kimi
kiçik toplardan da istifadə olunurdu. Çox təəssüf ki, bu top növlərinin
texniki xüsusiyyətləri haqqında Nadir şah dövrünün mənbələrində lazımi
məlumatlar yoxdur.
Zənburəkçilər zənburəkçibaşına tabe olurdular. Nadir şahın qoşun-
larında belə bir vəzifə mövcud idi. Bütün topçuluğa və toptökmə işinə isə
topçubaşı rəhbərlik edirdi. Topçubaşı istər qoşun rəhbərliyində, istərsə də
dövlətin strukturlarında nüfuzlu yerə malik idi. Nadir şah topçubaşı və -
zifəsinə həm təcrübəli, həm də etibarlı sərkərdələrini təyin edirdi.  Vilayət
ha kimlərinin yanında da topçubaşı vəzifəsi var idi. Onlar vilayət hərbi
qüvvələrinin topçularına rəhbərlik edirdi.
Nadir şah qoşunlarında  olan topların sayı haqqında dəqiq məlumat
yoxdur. Mənbələrdə də belə bir statistika aparılmamışdır. Ona görə də
tədqiqatçılar təxmini olaraq belə güman edirlər ki, hind qoşunlarının topları
da qənimət kimi ələ keçiriləndən sonra Nadir şah qoşunlarında bütün
növlərdən olan topların ümumi sayı 5000-ə yaxın idi.
2
Yuxarıda haqqında danışılan tüfəngdarlar, soyuq silahlarla  silahlanan-
lar və topçular Nadir şahın piyadalarının əsasını və əsas zərbə qüvvəsini
təşkil edirdilər. Amma  bunlardan başqa bir sıra xidmət və köməkçi
qüvvələri də var idi ki, təyinatı etibarilə onları piyadalara  şamil etmək olar.
Bu xidmət qüvvələri döyüşlərdə, adətən, birbaşa iştirak etmirdilər. Onların
təyinatı qüvvələrin döyüş hazırlığı və döyüşlərin  təşkilində xidməti
yardımların göstərilməsi idi.
Belə xidmət qüvvələrindən biri nəsəğçilər idi. Nəsəğçilər ən yaxşı
sərkərdələr və döyüşçülər arasından seçilirdi, nəsəğçibaşının rəhbərliyi al-
Àçÿðáàéúàí Íàäèð ßôøàð äþâëÿòè
123
1
Амирбекова Н. Вопросы военной истории Азербайджана в период ханств. Баку, 2004,
с. 32-33.
2
Tehrani M.Ş. Tarix-e Nadir şahi Nadirname. Tehran, 1348, s. 345.


tında fəaliyyət göstərirdi. Onların vəzifəsi döyüşlər gedən zaman qoşunların
nizamına nəzarət etmək idi. Nəsəğçilər, adətən, piyada qoşun dəstələrinin
arxasında yerləşdirilirdilər və bununla da piyadaların ağır döyüşlərə tab
gətirməyərək fərarilik etmək cəhdlərinin qarşısı alınırdı. Əslində, döyüşə
girən  piyada da bilirdi ki,  fərarilik etmək fikrinə düşsə onu arxada, cəbhə
boyu yerləşdirilmiş nəsəğçilər saxlayacaqlar. Nəsəğçilər tərəfindən
saxlanılanları çox  sərt cəza gözləyirdi. Ona görə də nəsəğçilər bütün güc -
lərini döyüşün uğurla aparılmasına verirdilər. Nəsəğçilər saxladıqları fərari -
ləri edam etmək səlahiyyətinə də malik idilər.
1
Nəsəğçilərin başqa bir vəzifəsi də düşərgədə yerləşən qoşun dəstələ -
ri nin arasında qanunçuluğun və asayişin qorunması, qoşunların şəxsi əm-
lakının, əşyalarının mühafizəsi, düşərgə daxilində təhlükəsizliyin təmin
edilməsi, ordubazarın fəaliyyətinin tənzimlənməsi, döyüşlərin gedişində
dünyasını dəyişənlərin dəfninin təşkili idi. Nadir şah qoşunları tərkibində
nəsəğçilərin sayının 300 nəfər olduğu bildirilir. Amma bu qüvvələrə
tapşırılan vəzifələrin yerinə yetirilməsi üçün 300 nəfərin kifayət etdiyi
şübhə doğurur. Elə «Aləm Ara-ye Naderi»nin bir yerində Nadir şahın 3 min
nəfərlik nəsəğçi dəstəsindən söz açılır. Bu da nəsəğçi dəstəsinin kifayət
qədər böyük sayda olmasından xəbər verir.
Nəsəğçilərin papağının qarşısına üç ciqqə birləşdirilirdi və hər ciqqəyə
də bir xoruz lələyi sancılırdı.
2
Piyadalara aid olan xidmət dəstələrindən biri də qarovul dəstəsi idi.
Qarovul dəstələri ayrıca struktur vahidinə və rəhbərliyə malik olan xidmət
dəstəsi idi. Bu dəstə qarovulsaların rəhbərliyi altında fəaliyyət göstərirdi.
Qarovulun təyinatı qoşunların düşərgə istirahətləri zamanı, bir çox hallarda
isə marş yerinə yetirdiyi vaxt mühafizəsinin təmin edilməsi idi. Xüsusən
gecə vaxtlarında düşərgələrin qorunması, kənar və qəfil hücum lar dan
mühafizə olunması qarovulun vəzifəsi idi. Qarovul mənsubları öz təyinat-
ları ilə bağlı bildirirdilər ki, başqalarının rahat yatıb istirahət etməsi üçün
onlar səhərə qədər yuxularına haram qatmalı olurlar.
3
Mənbələrdə olan məlumatlar onu deməyə əsas verir ki, qaravul bir sıra
Úàùàíýèð Ùöñåéí ßôøàð
124
1
H.T.Homayun. Göstərilən əsəri, s.169.
2
Moqtəder Qulamhüseyn. Göstərilən əsəri, s.170.
3
Mərufi. Göstərilən əsəri, s.818.


Yüklə 13,42 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə